Təbiətin gizli möcüzələri
-
0:01 - 0:02Texnologiya, incəsənət və
-
0:02 - 0:07elm arasındakı kəsişmə nədən ibarətdir?
-
0:07 - 0:09Maraq və təəccüb,
-
0:09 - 0:12çünki o bizi araşdırmağa vadar edir,
-
0:12 - 0:15çünki bizi görə bilmədiyimiz şeylər əhatə edir.
-
0:15 - 0:17İnsanları zamanın və
-
0:17 - 0:18məkanın qapıları arasından
-
0:18 - 0:21səyahət etdirmək, görünməyəni göstərmək
-
0:21 - 0:23üçün filmdən istifadə etməyi xoşlayıram;
-
0:23 - 0:25çünki bu, bizim
-
0:25 - 0:27görüş dairəmizi genişləndirir,
-
0:27 - 0:29dərketmə qabiliyyətimizi artırır,
-
0:29 - 0:32zehnimizi açır
-
0:32 - 0:34və qəlbimizə işləyir.
-
0:34 - 0:35Beləliklə, bunlar mənim 3D İMAX
-
0:35 - 0:37filmim "Görünməz Dünyanın sirləri"-dən
-
0:37 - 0:40bəzi epizodlardır.
-
0:40 - 0:42(Musiqi)
-
0:42 - 0:44Burada gözlərimizin aşkar edə bilməyi üçün
-
0:44 - 0:46çox yavaş olan hərəkət vardır,
-
0:46 - 0:49və sürətli çəkiliş bizi kəşf etməyə, həmçinin
-
0:49 - 0:52həyatdakı perspektivlərimizi inkişaf etdirməyə vadar edir.
-
0:52 - 0:56Biz orqanizmlərin necə peyda olduğunu və böyüdüyünü,
-
0:56 - 1:00tənəyin günəş işığına baxmaq üçün torpaqdan başlayaraq
-
1:00 - 1:03necə sarmaşıb həyatına davam etdiyini görə bilərik.
-
1:04 - 1:06Sürətli çəkiliş bizim böyük şkalada
-
1:06 - 1:08planetimizi hərəkət halında görməyimizə imkan yaradır.
-
1:11 - 1:13Biz təkcə əngin təbiət görüntüsünə deyil,
-
1:14 - 1:14həm də bəşəriyyətin aramsız hərəkətinə də baxa bilərik.
-
1:18 - 1:21Hər sayrışan nöqtə bir sərnişin təyyarəsidir
-
1:21 - 1:22və hava nəqliyyatı verilənlərini
-
1:22 - 1:24sürətli çəkiliş görüntüsünə çevirsək,
-
1:24 - 1:27biz daim üzərimizdə olan lakin görünməyən bir şeyin:
-
1:27 - 1:28Birləşmiş Ştatların üzərindəki geniş
-
1:28 - 1:34hava səyahəti şəbəkəsinin şahidi ola bilərik.
-
1:34 - 1:37Bunu dənizdəki gəmilərə də tətbiq edə bilərik.
-
1:37 - 1:39Məlumatı fəaliyyətdə olan
-
1:39 - 1:44qlobal iqtisadiyyatın sürətli çəkiliş görüntüsünə çevirə bilərik.
-
1:50 - 1:51Onilliklərin məlumatı
-
1:51 - 1:53bizə vahid planetimizin
-
1:53 - 1:55okean boyunca cərəyan edən axınlarla
-
1:55 - 1:58və atmosfer boyu uzanan buludlarla möhkəmlənmiş,
-
1:58 - 2:03ildırımla titrəyən,
-
2:03 - 2:05şimal qütb parıltısı ilə taclanan
-
2:05 - 2:08tək bir orqanizm kimi görüntüsünü verir.
-
2:08 - 2:12Bu, sürətli çəkilişin son həddinin nümunəsi ola bilər:
-
2:12 - 2:16canlandırılmış Yer Kürəsinin anatomiyası.
-
2:19 - 2:21Digər tərəfdən,
-
2:21 - 2:25gözlərimiz üçün çox cəld hərəkət edən şeylər də mövcuddur,
-
2:25 - 2:27ancaq bizim həmin aləmi də təhlil edən
-
2:27 - 2:30texnologiyamız var.
-
2:32 - 2:33Sürətli kameralarla
-
2:33 - 2:35biz zaman fasiləsinin əksini edə bilərik.
-
2:35 - 2:37Təsəvvürümüzdən min dəfələrlə
-
2:37 - 2:41daha sürətli olan şəkillər çəkə bilərik.
-
2:41 - 2:45Təbiətin bacarıqlı alətlərinin necə çalışdığını görə bilər və
-
2:45 - 2:48hətta bəlkə də onları yamsılaya bilərik.
-
2:50 - 2:53Yanınızda qanad çaldığı zaman
-
2:53 - 2:54siz aydınlaşdıra bilməsəniz də,
-
2:54 - 2:57iynəcə ən yaxşı uçan canlıdır.
-
2:57 - 3:01O pərvaz edə bilər, geriyə doğru,
-
3:01 - 3:04hətta tərsinə uça bilər.
-
3:04 - 3:08Həşəratın qanadlarındakı işarələri izləməklə
-
3:08 - 3:11əmələ gələn hava axınını görə bilərik.
-
3:11 - 3:12Heç kimin bilməməyinə baxmayaraq,
-
3:12 - 3:15yüksək sürət, iynəcənin eyni anda
-
3:15 - 3:17hər dörd qanadını fərqli istiqamətdə
-
3:17 - 3:20hərəkət etdirir.
-
3:20 - 3:21Öyrəndiklərimiz, mühüm və uzaq
-
3:21 - 3:23yerlər haqda təsəvvürümüzü
-
3:23 - 3:25genişləndirən yeni növdə uçucu
-
3:25 - 3:31aparatlara gətirib çıxara bilər.
-
3:32 - 3:34Bizlər nəhəngik və görə
-
3:34 - 3:37bilmədiyimiz kiçik şeylərdən bixəbərik.
-
3:37 - 3:40Elektron mikroskop, əşyaları
-
3:40 - 3:41milyon dəfə böyüdə bilən
-
3:41 - 3:43təsvirləri əmələ gətirən
-
3:43 - 3:45elektronları alovlandırır.
-
3:45 - 3:49Bu kəpənək yumurtasıdır.
-
3:49 - 3:53Bədəninizdə bütün ömrünü kirpiklərdə
-
3:53 - 3:55məskunlaşaraq keçirən, gecə isə
-
3:55 - 3:57dərinizdə sürünən mayt kimi
-
3:57 - 4:01görünməz canlılar yaşayır.
-
4:01 - 4:04Tapa bilərsiniz bu nədir?
-
4:04 - 4:06Akula dərisi.
-
4:08 - 4:11Tırtıl ağzı.
-
4:12 - 4:15Meyvə milçəyinin gözü.
-
4:17 - 4:20Yumurta qabığı.
-
4:22 - 4:25Birə.
-
4:27 - 4:31İlbizin dili.
-
4:32 - 4:34Heyvan krallığını tanıdığımızı zənn etməyimizə
-
4:34 - 4:37baxmayaraq, kəşf olunmağı gözləyən
-
4:37 - 4:41milyonlarla kiçik növ ola bilər.
-
4:43 - 4:46Hörümçəyin də mükəmməl sirləri var:
-
4:46 - 4:48belə ki, onun ipək ipliyi poladdan
-
4:48 - 4:50möhkəm olsa da,
-
4:50 - 4:52tamamilə elastikdir.
-
4:52 - 4:54Bu səyahət bizi bütün mərhələlər
-
4:54 - 4:56boyunca nano aləminə aparacaq.
-
4:56 - 4:59Bu ipək insan saçından
-
4:59 - 5:02100 dəfə daha nazikdir.
-
5:02 - 5:05Orada bakteriya,
-
5:05 - 5:08yanında isə ondan 10 dəfə kiçik
-
5:08 - 5:11olan virus var.
-
5:11 - 5:13Və bunun içində 10 dəfə kiçik olan
-
5:15 - 5:15üç DNT teli, həmçinin ən güclü
-
5:18 - 5:21mikroskoplarımızın limitinə
-
5:21 - 5:23yaxınlaşdıqca vahid karbon atomları.
-
5:26 - 5:26Əslində biz ən güclü mikroskopun
-
5:28 - 5:29uc nöqtəsiylə atomları hərəkət etdirə
-
5:30 - 5:30və möhtəşəm nano alətlər yarada bilərik.
-
5:34 - 5:36Bəziləri nə vaxtsa bədənimizi
-
5:38 - 5:40hər növ xəstəlikdən qoruya bilər və
-
5:40 - 5:44yol boyunca tıxalı arteriyaları təmizləyə bilər.
-
5:44 - 5:47Gələcəyin kiçik kimyəvi
-
5:47 - 5:51aparatları yəqin ki bir gün DNT hazırlaya bilər.
-
5:51 - 5:54Biz həyat sirlərini açmaq istəyimizdən
-
5:54 - 5:56meydana gələn
-
5:56 - 6:00müstəsna tərəqqinin astanasındayıq.
-
6:01 - 6:03Beləliklə, sonsuz kosmik toz yağışının
-
6:03 - 6:06altında hava digər planetlərdən
-
6:06 - 6:09gələn tozcuq, mikro-almaz, cəvahirat və
-
6:09 - 6:11supernova püskürmələri ilə doludur.
-
6:11 - 6:13İnsanlar görünməzlə əhatə
-
6:13 - 6:19olunmuş şəkildə həyatlarına davam edirlər.
-
6:19 - 6:20Ətrafımızda görə bildiklərimizdən daha
-
6:20 - 6:22çox şeyin olduğunu bilmək,
-
6:22 - 6:25dünyanı dərketmə səviyyəmizi həmişəlik dəyişir;
-
6:25 - 6:27gizli dünyaya nəzər salmaqla əslində canlı bir
-
6:27 - 6:29kainatda mövcud olduğumuzu görürük
-
6:29 - 6:32və bu yeni perspektiv təəccüb
-
6:32 - 6:35yaratmaqla bizi öz həyətimizin
-
6:35 - 6:38tədqiqatçılarına çevrilməyə sövq edir.
-
6:38 - 6:41Kim bilir hələ nələri görə biləcəyik
-
6:41 - 6:41və hələ hansı təəccüblər həyatımızı dəyişəcək.
-
6:45 - 6:47Bizə isə sadəcə gözləmək qalır.
-
6:50 - 6:50(Alqış)
-
6:55 - 7:02Təşəkkürlər. (Alqış)
- Title:
- Təbiətin gizli möcüzələri
- Speaker:
- Loui Şvartzberq
- Description:
-
Biz zərif və kövrək şeylərin insan gözünə görünmədiyi gizli gözəllik dünyasında yaşayırıq. Bu görünməz dünyanı işılandırmaq üçün kinorejissor Loui Şvartzber zaman və məkanın sərhhədlərini sürətli kamera, sürətli çəkiliş və mikroskopla istiqamətləndirir. TED2014-də o, son layihəsi olan təbiətin heyrətləndirici möcüzələrini yavaşıdan, sürətləndirən və böyüdən "Görünməz Dünyanın sirləri" 3D filminin əsas məqamlarından danışır.
- Video Language:
- English
- Team:
- closed TED
- Project:
- TEDTalks
- Duration:
- 07:24
Ziyaddin Sadigov approved Azerbaijani subtitles for Hidden miracles of the natural world | ||
Ziyaddin Sadigov edited Azerbaijani subtitles for Hidden miracles of the natural world | ||
Ziyaddin Sadigov edited Azerbaijani subtitles for Hidden miracles of the natural world | ||
Ziyaddin Sadigov edited Azerbaijani subtitles for Hidden miracles of the natural world | ||
Ziyaddin Sadigov edited Azerbaijani subtitles for Hidden miracles of the natural world | ||
Ziyaddin Sadigov edited Azerbaijani subtitles for Hidden miracles of the natural world | ||
Ziyaddin Sadigov accepted Azerbaijani subtitles for Hidden miracles of the natural world | ||
Ziyaddin Sadigov edited Azerbaijani subtitles for Hidden miracles of the natural world |