Return to Video

Kim deyir ki, ərəbcə danışmaq bizi "cool" göstərmir?

  • 0:01 - 0:03
    Sabahınız xeyir!
  • 0:03 - 0:06
    Oyaqsız?
  • 0:07 - 0:09
    Onlar üzərində adım yazılmış nişanı götürdülər. Amma mən sizdən soruşmaq istəyirdim.
  • 0:09 - 0:12
    Burada kimsə öz nişanının üstündə adını ərəb dilində yazıb?
  • 0:12 - 0:17
    Kimsə yazıb? Heç kim? Yaxşı, problem yoxdur.
  • 0:18 - 0:21
    Bir müddət əvvəl bir gün
  • 0:22 - 0:26
    mən restoranda dostumla oturmuşdum və yemək sifariş edirdim.
  • 0:26 - 0:30
    Mən ofisianta baxdım və dedim:
  • 0:30 - 0:33
    "Menyunuz var? (ərəbcə)"
  • 0:34 - 0:37
    O, sözü səhv eşitdiyini düşünərək mənə qəribə baxdı.
  • 0:38 - 0:40
    O, dedi: "Bağışlayın? (ingiliscə)"
  • 0:40 - 0:44
    Mən dedim: "Menyu (ərəbcə), zəhmət olmasa."
  • 0:44 - 0:47
    O cavab verdi: "Bilmirsiz ona nə deyirlər?"
  • 0:48 - 0:49
    "Bilirəm."
  • 0:49 - 0:53
    O dedi: "Xeyr! Ona 'menu'(ingiliscə) və ya 'menu' (fransızca) deyilir."
  • 0:53 - 0:55
    Fransızca tələffüzüm düzgündür?
  • 0:55 - 0:57
    "Gəl, gəl bununla məşğul ol!" ofisiant dedi.
  • 0:57 - 1:01
    O, mənimlə danışmaqdan iyrənirdi. O, elə bil öz-özünə deyirdi ki,
  • 1:01 - 1:05
    "Əgər bu dünyadakı ən axırıncı qız olsaydı da, mən onun tərəfə baxmazdım!"
  • 1:05 - 1:08
    "Menu" sözünü ərəbcə deməyin nə mənası var?
  • 1:08 - 1:16
    Cəmi ikicə sözlə Livanlı gənc oğlan qızı geridə qalmış və cahil kimi
  • 1:16 - 1:18
    mühakimə etdi.
  • 1:19 - 1:24
    O, necə bu cür danışa bilərdi axı?
  • 1:24 - 1:27
    Həmin anda mən düşünməyə başladım.
  • 1:27 - 1:28
    Bu məni əsəbləşdirdi.
  • 1:28 - 1:29
    Bu, adamın həqiqətən xətrinə dəyir!
  • 1:29 - 1:32
    Məni öz ölkəmdə öz dilimdə danışdığıma görə qəbul etmirlər.
  • 1:32 - 1:34
    Bu, başqa harada baş verə bilər?
  • 1:34 - 1:38
    Biz bura necə düşmüşük?
  • 1:38 - 1:42
    Amma biz burda olduqca, mənim kimi burda çox adam var ki,
  • 1:42 - 1:45
    öz həyatlarında elə bir mərhələyə çatırlar ki,
  • 1:45 - 1:47
    onlar sadəcə müasir və mədəni olduqlarını
  • 1:47 - 1:50
    deyə bilmək üçün onlarla keçmişdə baş verən
  • 1:50 - 1:52
    hər şeydən qeyri-ixtiyari olaraq əl çəkirlər.
  • 1:52 - 1:55
    Mən bütün mədəniyyətimi, fikirlərimi,
  • 1:55 - 1:59
    ağlımı və xatirələrimi unutmalıyam?
  • 2:00 - 2:03
    Müharibə barədə olan uşaqlıq xatirələri bizim ən yaxşı xatirələrimiz ola bilərdi!
  • 2:03 - 2:08
    Mən ərəb dilində öyrəndiyim hər şeyi sadəcə uyğunlaşmaq
  • 2:08 - 2:12
    onlardan biri olmaq üçün unutmalıyam?
  • 2:12 - 2:14
    Burada məntiq hardadı?
  • 2:14 - 2:18
    Bütün bunlara baxmayaraq, mən onu başa düşməyə çalışdım.
  • 2:18 - 2:24
    Mən onu onun məni mühakimə etdiyi qəddarlıqla mühakimə etmək istəmədim.
  • 2:24 - 2:28
    Ərəb dili bu günün tələblərinə cavab vermir.
  • 2:28 - 2:30
    O, elmin, tədqiqatın dili deyil.
  • 2:30 - 2:31
    və ya bizim universitetlərdə alışdığımız
  • 2:31 - 2:33
    iş yerində alışdığımız
  • 2:33 - 2:35
    geniş tədqiqat layihəsi təqdim etmək üçün
  • 2:36 - 2:42
    etibar etdiyimiz dil də deyil.
  • 2:42 - 2:45
    Və o, bizim hava limanında istifadə etdiyimiz dil də deyil.
  • 2:45 - 2:47
    Əgər belə etsəydik, onlar bizim paltarlarımızı soyundurardı.
  • 2:49 - 2:52
    Bəs mən dilimi harda istifadə etməliyəm? Biz hamımız bu sualı verməliyik!
  • 2:52 - 2:56
    Siz istəyirsiz ki, biz ərəb dilini istifadə edək. Harda istifadə etməliyik?
  • 2:57 - 2:59
    Bu bir reallıqdır.
  • 2:59 - 3:04
    Lakin bizim düşünməli olduğumuz daha vacib başqa bir reallıq var.
  • 3:05 - 3:08
    Ərəb dili ana dilidir.
  • 3:08 - 3:14
    Araşdırmada deyilir ki, digər dillərdə mükəmməl ola bilmək üçün
  • 3:14 - 3:17
    öz ana dilində mükəmməl olmalısan.
  • 3:18 - 3:24
    Ana dilində mükəmməllik digər dillərdə fikirlərini yaradıcı şəkildə ifadə edə bilmək üçün şərtdir.
  • 3:25 - 3:26
    Necə?
  • 3:26 - 3:28
    Cibran Xəlil Cibran
  • 3:28 - 3:32
    ilk dəfə yazmağa başlayanda ərəb dilindən istifadə edib.
  • 3:33 - 3:39
    Onun bütün fikirləri, təsəvvürləri və fəlsəfəsi
  • 3:39 - 3:43
    xüsusi qoxusu olan,
  • 3:43 - 3:45
    xüsusi səs eşidilən
  • 3:45 - 3:46
    böyüdüyü kənddəki
  • 3:46 - 3:48
    kiçik oğlandan qaynaqlanmışdı.
  • 3:48 - 3:53
    Beləliklə, o ingilis dilində yazmağa başlayanda, onun kifayət qədər bazası var idi.
  • 3:53 - 3:55
    Hətta o, ingilis dilində yazanda
  • 3:55 - 3:59
    onun yazılarını oxuyan zaman siz həmin qoxunu hiss edirsiniz,
  • 3:59 - 4:01
    həmin hissləri keçirdirsiniz.
  • 4:01 - 4:05
    Siz təsəvvür edə bilirsiniz ki, ingilis dilində yazan Odur,
  • 4:05 - 4:10
    Livan dağlarından gələn həmin oğlandır.
  • 4:11 - 4:17
    Bu heç kimin mübahisə etməyəcəyi bir misaldır.
  • 4:17 - 4:22
    İkincisi, tez-tez deyilir ki, əgər bir milləti öldürmək istəyirsənsə,
  • 4:22 - 4:25
    milləti öldürməyin tək yolu,
  • 4:25 - 4:26
    onun dilini öldürməkdir.
  • 4:27 - 4:32
    Bu, inkişaf etmiş cəmiyyətlərin bildiyi bir reallıqdır.
  • 4:32 - 4:39
    Almanlar, fransızlar, yaponlar, çinlilər - bu millətlər bu rellığın fərqindədir.
  • 4:39 - 4:43
    Buna görə də onlar öz dillərini qorumağı qanuniləşdirir.
  • 4:43 - 4:45
    Onlar bunu müqəddəsləşdirirlər.
  • 4:45 - 4:51
    Buna görə də onlar dildən istehsalda istifadə edir, dili inkişaf etdirmək üçün çoxlu pul ödəyirlər.
  • 4:51 - 4:54
    Biz onlardan daha çox bilirik?
  • 4:54 - 4:55
    Yaxşı,
  • 4:55 - 4:57
    biz inkişaf etmiş dünyadan deyilik,
  • 4:57 - 4:59
    bu ali düşüncə hələ bizə gəlib çatmayıb
  • 4:59 - 5:02
    və biz mədəni dünya ilə ayaqlaşmaq istəyərdik.
  • 5:03 - 5:07
    Bir zamanlar bizim kimi olan, lakin inkişaf üçün
  • 5:08 - 5:09
    tədqiqatlar aparıb, həmin ölkələrlə ayaqlaşan
  • 5:09 - 5:11
    Türkiyə, Malayziya və s. kimi ölkələr
  • 5:11 - 5:14
    pillələri çıxdıqca dillərini də
  • 5:14 - 5:18
    özləri ilə daşıdılar,
  • 5:18 - 5:21
    onu almaz kimi qorudular.
  • 5:21 - 5:23
    Onlar dili özlərinə yaxın tutdular.
  • 5:23 - 5:27
    Çünki əgər sən Türkiyədən və ya başqa bir yerdən bir məhsul alırsansa
  • 5:27 - 5:29
    və onun üstündə türk dilində etiket yoxdursa,
  • 5:30 - 5:32
    demək, o, yerli məhsul deyil.
  • 5:32 - 5:35
    Siz onun yerli məhsul olmasına inanmazdınız.
  • 5:35 - 5:38
    Onlar əvvəlki kimi alıcı olardılar.
  • 5:38 - 5:43
    bizim əksər zamanlarda olduğumuz kimi keyfiyyətsiz alıcılar.
  • 5:43 - 5:49
    Beləliklə, yenilik etmək və istehsal etmək üçün onlar öz dillərini qorumalı oldular.
  • 5:51 - 5:56
    Əgər mən desəm ki, "Azadlıq, suverenlik, müstəqillik"(ərəb dilində)
  • 5:56 - 5:59
    bu sizə nəyi xatırladacaq?
  • 6:01 - 6:02
    Heç nəyi xatırlatmır, düzdür?
  • 6:03 - 6:07
    Kim, necə və niyə olmasına baxmayaraq.
  • 6:08 - 6:14
    Dil təkcə ağzımızdan sözlərin gəlib tökülməsi, söhbət üçün olan vasitə deyil.
  • 6:14 - 6:18
    Dil bizim həyatımızdakı müəyyən mərhələləri və bizim emosiyalarımıza
  • 6:19 - 6:24
    bağlı olan terminologiyanı nümayiş etdirir.
  • 6:24 - 6:26
    Beləliklə də, biz "Azadlıq, suverenlik, müstəqillik" deyəndə,
  • 6:26 - 6:30
    hər birinizin düşüncəsində xüsusi şəkillər canlanır,
  • 6:30 - 6:32
    xüsusi tarixi dövrdə,
  • 6:32 - 6:35
    xüsusi gündə xüsusi hisslər vardır.
  • 6:35 - 6:38
    Dil bir, iki və ya üç söz və ya hərf birləşməsi deyil.
  • 6:39 - 6:41
    O, bizim necə düşündüyümüzü, bir-birimizi necə gördüyümüzü,
  • 6:41 - 6:47
    digərlərinin bizi necə gördüyünü əlaqələndirən daxili ideyadır.
  • 6:47 - 6:49
    İntellekt nədir?
  • 6:49 - 6:51
    Necə deyə bilərsiniz ki, bu insan başa düşür, ya yox?
  • 6:52 - 6:59
    Beləliklə, əgər mən desəm ki, "Azadlıq, suverenlik, müstəqillik (ingiliscə)"
  • 7:00 - 7:02
    və yaxud əgər sizin oğlunuz gəlib desə ki,
  • 7:02 - 7:07
    "Ata, sən azadlıq (ingiliscə) dövründə yaşamısan?"
  • 7:07 - 7:09
    Nə hiss edərsiz?
  • 7:10 - 7:13
    Əgər problem görmürsünüzsə,
  • 7:14 - 7:17
    yaxşı olar ki, mən çıxım gedim və boş yerə danışmayım.
  • 7:17 - 7:23
    İdeya budur ki, bu ifadələr bizə xüsusi bir şeyi xatırladır.
  • 7:23 - 7:29
    Mənim fransızla evli olan fransızdilli bir dostum var.
  • 7:29 - 7:32
    Mən bir gün ondan soruşdum ki, işlər necə gedir?
  • 7:32 - 7:34
    O, dedi: "Hər şey yaxşıdır.
  • 7:34 - 7:38
    Lakin mən bir gün bütün gecəni onun üçün
  • 7:38 - 7:41
    'toqborni' sözünü tərcümə etmək üçün çalışmışam."
  • 7:41 - 7:42
    (Gülüş)
  • 7:42 - 7:45
    (Alqışlar)
  • 7:50 - 7:53
    Yazıq qadın səhvən ona "toqborni" deyib
  • 7:53 - 7:56
    və sonra da bütün gecəni sözü ona izah etməyə çalışıb.
  • 7:56 - 8:00
    Onun əri məəttəl qalmışdı ki, "İnsan necə bu qədər qəddar ola bilər?"
  • 8:00 - 8:02
    O, intihar etmək istəyir?
  • 8:02 - 8:05
    "Basdır məni? (ingilis dilində)"
  • 8:05 - 8:08
    Bu, bir neçə misaldan biridir.
  • 8:08 - 8:11
    Biz belə düşünməyə başladıq ki, əri başa düşməyəcəyinə görə,
  • 8:11 - 8:13
    qadın ona həmin sözü deyə bilməz.
  • 8:13 - 8:16
    və o başa düşməməkdə haqlıdır. Onun düşüncə tərzi fərqlidir.
  • 8:17 - 8:20
    Dostum mənə dedi: "O, mənimlə Fairuza qulaq asır
  • 8:20 - 8:25
    və bir gecə mən onun üçün tərcümə etməyə çalışdım ki,
  • 8:25 - 8:28
    mən Fairuzu dinlədiyim zaman hiss etdiklərimi o da hiss etsin."
  • 8:28 - 8:30
    Yazıq qadın onun üçün bunu tərcümə etməyə çalışıb:
  • 8:31 - 8:35
    "Mən onlardan əllərimi uzatdım və səni oğurladım."
  • 8:35 - 8:36
    (Gülüş)
  • 8:36 - 8:37
    Və budur, problem:
  • 8:37 - 8:42
    "Və sən onlara məxsus olduğuna görə, mən əllərimi geri götürdüm və səni tərk etdim."
  • 8:42 - 8:43
    (Gülüş)
  • 8:43 - 8:44
    Bunu mənim üçün tərcümə edin.
  • 8:44 - 8:52
    (Alqış)
  • 8:52 - 8:56
    Biz ərəb dilini qorumaq üçün nə etmişik ?
  • 8:56 - 8:59
    Biz bunu vətəndaş cəmiyyətinin məsələsinə çevirmişik,
  • 8:59 - 9:02
    və ərəb dilini qorumaq üçün kampaniyaya başlamışıq.
  • 9:02 - 9:06
    Baxmayaraq ki, bir çox insanlar mənə deyirdi: "Niyə narahat olursan?
  • 9:06 - 9:09
    Bu başağrısını unut və özün üçün əylən."
  • 9:09 - 9:10
    Problem yoxdur!
  • 9:10 - 9:14
    Ərəb dilini qoruma kampaniyasının şüarı bu idi:
  • 9:14 - 9:16
    "Mən səninlə Şərqdən danışıram, sən isə mənə Qərbdən cavab verirsən."
  • 9:17 - 9:24
    Biz demədik ki, "Yox! Biz bunu və ya onu qəbul etmirik."
  • 9:24 - 9:29
    Biz bu tərzi seçmədik, çünki bu yolla bizi başa düşməzdilər.
  • 9:29 - 9:33
    Və kimsə mənimlə o tərzdə danışırsa, mən ərəb dilinə nifrət edirəm.
  • 9:33 - 9:34
    Biz deyirik ki,
  • 9:34 - 9:37
    (Alqış)
  • 9:37 - 9:40
    Biz öz reallığımızı dəyişmək istəyirik
  • 9:40 - 9:44
    və biz xəyallarımızı, arzularımızı və gündəlik həyatımızı əks etdirən tərzlə,
  • 9:45 - 9:50
    bizim kimi geyinən və bizim kimi düşünən tərzlə qane oluruq.
  • 9:50 - 9:53
    Beləliklə, "Mən səninlə Şərqdən danışıram, lakin sən mənə Qərbdən cavab verirsən"
  • 9:53 - 9:54
    yerində bir şüar idi.
  • 9:54 - 9:58
    Çox sadə, eyni zamanda, yaradıcı və inandırıcı.
  • 9:59 - 10:02
    Bundan sonra biz torpaqda hərflər yazılmış
  • 10:02 - 10:06
    başqa bir kampaniyaya başladıq.
  • 10:06 - 10:08
    Siz bu nümunəni bayırda görmüsünüz,
  • 10:08 - 10:13
    qara və sarı lent ilə əhatələnmiş hərf səhnəsi
  • 10:13 - 10:16
    üstündə "Dilini öldürmə!" yazılıb.
  • 10:16 - 10:19
    Niyə? Həqiqətən də, dilini öldürmə.
  • 10:19 - 10:22
    Biz doğurdan da dilimizi öldürməməliyik.
  • 10:22 - 10:27
    Əgər biz dilimizi öldürməli olsaydıq, biz kimliyimizi tapmalı olardıq.
  • 10:27 - 10:29
    Biz mövcudiyyətimizi tapmalı olardıq.
  • 10:29 - 10:32
    Biz başlanğıca geri dönməli olardıq.
  • 10:32 - 10:38
    Bu, bizim müasir və mədəni olmaq şansımızı itirməkdən də ciddi məsələdir.
  • 10:39 - 10:45
    Bundan sonra biz ərəb hərfləri geyinmiş oğlanların və qızların şəkillərini yaydıq.
  • 10:46 - 10:48
    "Cool" qızların və oğlanların şəkillərini.
  • 10:48 - 10:50
    Biz çox "cool"uq!
  • 10:51 - 10:55
    Və kim desə ki, "Aha, sən ingiliscə söz işlətdin!"
  • 10:55 - 10:59
    Mən deyirəm, "Yox! Mən 'cool' sözünü mənimsəmişəm."
  • 10:59 - 11:03
    Qoyun, nə qədər inkar edirlərsə, etsinlər. Amma mənə daha gözəl bir söz verin ki,
  • 11:03 - 11:06
    reallığı daha yaxşı ifadə etsin.
  • 11:06 - 11:08
    Mən "internet" deməyə davam edəcəm.
  • 11:08 - 11:10
    Mən demərəm ki, "Mən dünya hörümçək toruna gedirəm."
  • 11:10 - 11:12
    (Gülüş)
  • 11:12 - 11:15
    Çünki bu yaraşmır! Biz özümüzü aldatmamalıyıq.
  • 11:16 - 11:19
    Lakin bu nöqtəyə gələnə kimi biz inanmalıyıq ki,
  • 11:20 - 11:22
    əgər məsələ dildirsə, biz daha böyük olanlara və ya bizim
  • 11:22 - 11:25
    üzərimizdə nüfuzu olduğunu düşünənlərə icazə verməməliyik ki,
  • 11:25 - 11:31
    bizi idarə etsin və ya bizə özlərinin istədiklərini düşündürsünlər və hiss etdirsinlər.
  • 11:32 - 11:35
    Yaradıcı olmaq ideyadır.
  • 11:36 - 11:38
    Əgər biz kainata uça bilmiriksə və ya raket düzəldə bilmiriksə və s.
  • 11:38 - 11:40
    biz yaradıcı ola bilərik.
  • 11:40 - 11:44
    Hal-hazırda sizin hər biriniz yaradıcı bir layihəsiniz.
  • 11:44 - 11:46
    Sizin ana dilinizdəki yaradıcılıq özü bir yoldur.
  • 11:47 - 11:50
    Gəlin bu andan başlayaq.
  • 11:51 - 11:53
    Gəlin roman yazaq və ya qısa bir film çəkək.
  • 11:53 - 11:56
    Bircə roman bizi yenidən qlobal edə bilər.
  • 11:56 - 12:00
    Bu ərəb dilini yenidən nömrə bir olmağa gətirib çıxara bilər.
  • 12:00 - 12:04
    Demək, "heç bir çıxış yolu yoxdur" söyləmək düz deyil. Çıxış yolu var!
  • 12:04 - 12:08
    Lakin biz bilməli və inanmalıyıq ki, çıxış yolu var
  • 12:08 - 12:11
    və həmin çıxış yolunun bir hissəsi olmaq bizim borcumuzdur.
  • 12:12 - 12:15
    Yekun olaraq, siz bu gün nə edə bilərsiniz?
  • 12:15 - 12:18
    Tvitlər, kim tvitləyir?
  • 12:20 - 12:25
    Mənim vaxtım qurtarsa da, sizdən çox xahiş edirəm
  • 12:25 - 12:30
    istər ərəbcə, ingiliscə, fransızca yaxud da çin dilində olsun.
  • 12:31 - 12:36
    Amma ərəb dilində yazanda rəqəmlərlə qarışıq Latın qrafikası ilə yazmayın.
  • 12:36 - 12:40
    (Alqış)
  • 12:40 - 12:44
    Bu, fəlakətdir! Bu, dil deyil!
  • 12:44 - 12:47
    Siz virtual dünyaya virtual dil ilə daxil olursunuz.
  • 12:48 - 12:50
    Belə bir yerdən geri dönərək ucalmaq asan deyil.
  • 12:51 - 12:53
    Bu, bizim edə biləcəyimiz ilk işdir.
  • 12:53 - 12:55
    İkincisi, bizim edə biləcəyimiz bir çox başqa şeylər də var.
  • 12:55 - 12:58
    Biz bu gün burada bir-birimizi inandırmaq üçün toplaşmamışıq.
  • 12:58 - 13:01
    Biz buradayıq ki, bu dili qorumağın vacibliyini diqqət mərkəzinə çatdıraq.
  • 13:01 - 13:04
    İndi isə sizə bir sirr açım.
  • 13:05 - 13:10
    Körpə ilk dəfə öz atasını dil vasitəsilə
  • 13:10 - 13:13
    tanıyır.
  • 13:13 - 13:18
    Mənim qızım doğulanda, mən ona deyəcəyəm ki, "Bu sənin atandır, əzizim. (Ərəbcə)"
  • 13:18 - 13:22
    Mən ona ingilis dilində "This is your dad, honey." deməyəcəyəm.
  • 13:23 - 13:26
    Və qızım Nura söz verirəm ki, supermarketdə o mənə
  • 13:26 - 13:28
    ərəbcə "Çox sağ ol" desə
  • 13:28 - 13:33
    Mən ona " 'Merci, Maman' söylə "deməyəcəyəm və ümid etməyəcəyəm ki, onu heç kim eşitmədi.
  • 13:33 - 13:36
    (Alqış)
  • 13:44 - 13:49
    Gəlin, özümüzü bu mədəni uyğunlaşdırmaqdan qurtaraq.
  • 13:49 - 13:52
    (Alqış)
Title:
Kim deyir ki, ərəbcə danışmaq bizi "cool" göstərmir?
Speaker:
سوزان تلحوق
Description:

Bu söhbətdə Suzan Tolhauk ərəb dilini müasirləşdirmə və yaradıcı ifadə yolu ilə canlandırılması təşəbbüsünü irəli sürür. Onun işi ərəbdilli dünyanın kimliyini geri gətirmək və aşağı olma kompleksindən yaxa qurtarmağa yönlənib.

more » « less
Video Language:
Arabic
Team:
closed TED
Project:
TEDTalks
Duration:
14:12

Azerbaijani subtitles

Revisions