Return to Video

Finding mistakes in one step equations

  • 0:00 - 0:04
    Cəmilə tənliyi addım-addım həll etməyə çalışdı.
  • 0:04 - 0:06
    Burada onun tənliyi necə həll etməyə
  • 0:06 - 0:08
    çalışdığı göstərilir.
  • 0:08 - 0:10
    Cəmilənin səhvini tapmaq tələb olunur.
  • 0:10 - 0:11
    Gəlin Cəmilənin həllinə baxaq.
  • 0:11 - 0:16
    O, 7a = 28 ifadəsi ilə başladı.
  • 0:16 - 0:20
    Sol tərəfdə onu a-ya bölür və
  • 0:20 - 0:23
    sağ tərəfdə onu 7-ə bölür.
  • 0:23 - 0:25
    Qəribə görünür.
  • 0:25 - 0:26
    Tənliyi həll etdikdə
  • 0:26 - 0:28
    tənliyin bir tərəfinə nə edirsinizsə,
  • 0:28 - 0:29
    onu digər tərəfinə də edirsiniz.
  • 0:29 - 0:32
    Burada o, sol tərəfi a-ya bölməyə qərar verdi,
  • 0:32 - 0:35
    sağ tərəfdə də eynən a-ya bölməlidir.
  • 0:35 - 0:38
    Əgər o, sağ tərəfi 7-ə bölmək istəyirsə,
  • 0:38 - 0:40
    onda sol tərəfi də 7-ə bölməlidir.
  • 0:40 - 0:43
    Amma o, hər iki tərəfi fərqli qiymətlərə bölür.
  • 0:43 - 0:46
    Cəmilənin səhvi elə birinci addımdadır.
  • 0:46 - 0:47
    O, misalı düzgün
  • 0:47 - 0:49
    həll etmək məqsədilə
  • 0:49 - 0:53
    a-nı tapmaq üçün hər iki tərəfi
    7-ə bölməlidir.
  • 0:53 - 0:55
    Bu halda sol tərəfdə sadəcə a qalardı,
  • 0:55 - 0:57
    çünki, bu 7a/7 = 4
  • 0:57 - 0:59
    formasında olardı.
  • 0:59 - 1:01
    O, bunun 4-ə bərabər olduğunu deyə bilərdi.
  • 1:01 - 1:02
    Davam edək.
  • 1:02 - 1:05
    Gəlin daha bir neçə misala baxaq.
  • 1:05 - 1:08
    Tural tənliyi addım-addım həll etməyə çalışdı.
  • 1:08 - 1:10
    Gəlin onun səhvini tapaq.
  • 1:10 - 1:11
    Cəbri misallarda çoxlu
  • 1:11 - 1:13
    səhvlər olur.
  • 1:13 - 1:17
    Deməli, g/3 = 4/3.
  • 1:17 - 1:18
    Gəlin baxaq. Birinci addım.
  • 1:18 - 1:22
    g/3 x 3, belə ki, o, sol tərəfi 3-ə vurur
  • 1:22 - 1:27
    və sağ tərəfi isə 1/3-ə vurur.
  • 1:27 - 1:29
    Bir daha, hər iki tərəfə eynisini etməli
  • 1:29 - 1:31
    olmasına baxmayaraq, tərəfləri
  • 1:31 - 1:32
    fərqli ədədlərə vurur.
  • 1:32 - 1:35
    Əgər fərqli şeylər etsəniz, onda
  • 1:35 - 1:38
    tənliyiniz doğru olmaz.
  • 1:38 - 1:39
    Diqqət edək,
  • 1:39 - 1:43
    g/3 = 4 olarsa, əgər 3-ə vursanız
  • 1:43 - 1:46
    və bunu da sadəcə 1/3-ə vursanız,
  • 1:46 - 1:47
    onda bu tərəf daha böyük olacaq,
  • 1:47 - 1:49
    çünki, bu tərəfi 1/3-ə vurduğunuz halda
  • 1:49 - 1:52
    digərini 3-ə vurursunuz.
  • 1:52 - 1:54
    Onda tənlik artıq doğru olmayacaq.
  • 1:54 - 1:56
    Doğruluğu saxlamaq üçün əgər sol tərəfi
  • 1:56 - 1:59
    3-ə vurursunuza, sağ tərəfi də 3-ə vurmalısınız.
  • 1:59 - 2:02
    O, birinci addımda səhv etdi.
  • 2:02 - 2:03
    Cavabı tapdıq.
  • 2:03 - 2:05
    Lalə tənliyi addım-addım həll etməyə çalışdı.
  • 2:05 - 2:07
    Gəlin onun səhvini tapaq.
  • 2:07 - 2:10
    Gəlin baxaq, 12 = p + 6.2.
  • 2:10 - 2:13
    Belə görünür ki,
  • 2:13 - 2:18
    sol tərəfdə o, 6.2 əlavə edir
  • 2:18 - 2:20
    və sağ tərəfdə
  • 2:20 - 2:22
    p + 6.2 olduğu kimi qalır
  • 2:22 - 2:26
    amma belə görünür ki, burda 6.2
    çıxmağa çalışır.
  • 2:26 - 2:29
    Eyni ədəddir, amma bu tərəfdə
  • 2:29 - 2:32
    toplanılır, digərində isə çıxılır.
  • 2:32 - 2:35
    Onlar hər iki tərəfdə eyni hesablanmır.
  • 2:35 - 2:37
    Əgər sol tərəfə 6.2 əlavə etmək istəyirsinizsə,
  • 2:37 - 2:39
    onda sağ tərəfə də bunu etməlisiniz.
  • 2:39 - 2:41
    Əgər sağ tərəfdən 6.2 çıxırsınızsa,
  • 2:41 - 2:45
    onda sol tərəfə də bunu etməlisiniz.
  • 2:45 - 2:48
    Birinci addımda çox səhv oldu.
  • 2:48 - 2:51
    Gəlin birinci addımda səhv olmayan misala baxaq.
  • 2:51 - 2:52
    Baxaq.
  • 2:52 - 2:54
    Ağaxan tənliyi addım-addım həll etməyə çalışdı.
  • 2:54 - 2:59
    4c = 12, sol tərəfi 4-ə bölür
  • 3:00 - 3:03
    və daha sonra sağ tərəfi 4-ə vurur.
  • 3:03 - 3:05
    Xeyr, əgər siz sol tərəfi 4-ə bölürsünüzsə,
  • 3:05 - 3:07
    onda sağ tərəfi də 4-ə bölməlisiniz.
  • 3:07 - 3:08
    Onu 4-ə vurmursunuz.
  • 3:08 - 3:11
    Səhv birinci addımdadır.
  • 3:11 - 3:13
    Gəlin daha bir misala da baxaq.
  • 3:13 - 3:18
    n + 12 = 18.3.
  • 3:18 - 3:20
    Burada n + 12 ifadəsi var və
  • 3:20 - 3:24
    Reyhan ondan 12 çıxır.
  • 3:24 - 3:25
    Əgər o, sol tərəfdən 12 çıxırsa,
  • 3:25 - 3:28
    o, həm də sağ tərəfdən 12 çıxmalıdır.
  • 3:28 - 3:29
    Belə görünür ki, elə də edib.
  • 3:29 - 3:31
    O, 18.3-dən 12 çıxıb.
  • 3:31 - 3:34
    O, hər iki tərəfdən 12 çıxıb.
  • 3:34 - 3:38
    Deməli, sol tərəf indi n + 12 -12, yəni
  • 3:38 - 3:39
    sadəcə n şəklindədir. Belə olması üçün
  • 3:39 - 3:42
    o, hər iki tərəfdən12 çıxdı,
    deməli sol tərəfdə n qalır
  • 3:42 - 3:47
    və sağ tərəfdə isə 18.3 - 12.
  • 3:47 - 3:51
    Deməli, 18 - 12 = 6, deməli, bu 6.3 olmalıdır.
  • 3:51 - 3:54
    O, burada kiçik bir
  • 3:54 - 3:59
    hesablama səhvi edib.
  • 3:59 - 4:04
    Misalın cavabını tapdıq.
Title:
Finding mistakes in one step equations
Description:

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
04:05

Azerbaijani subtitles

Revisions Compare revisions