Return to Video

İnkişaf edə bilməcəyinə inamın gücü

  • 0:00 - 0:04
    "Hələ" sözünün gücü haqqında danışım.
  • 0:04 - 0:06
    Eşitdiyimə görə Çikaqo koleclərinin birini
  • 0:06 - 0:11
    bitirmək üçün tələbələr müəyyən sayda
    fənlərdən imtahan verirlər
  • 0:11 - 0:16
    və imtahanı keçə bilməyəndə,
    "Hələ yox" qiyməti alırlar.
  • 0:16 - 0:18
    Bunun əla fikir olduğunu düşündüm.
  • 0:18 - 0:22
    Çünki imtahandan kəsiləndə
    yararsız və heç nə olduğumuzu düşünürük.
  • 0:22 - 0:25
    "Hələ yox" qiyməti alanda isə
  • 0:25 - 0:29
    öyrənmək yolunda olduğumuzu
    başa düşürük.
  • 0:29 - 0:32
    Bu da bizə gələcəyə
    doğru bir yol açır.
  • 0:32 - 0:40
    "Hələ yox" kəlməsi karyeramın əvvəlində,
    vacib bir dövrdə mənə təkan verdi
  • 0:40 - 0:42
    və mənim üçün dönüş nöqtəsi oldu.
  • 0:42 - 0:44
    Uşaqların problem və çətinliklərin
  • 0:44 - 0:49
    öhdəsindən necə gələcəklərini
    görmək istəyirdim,
  • 0:49 - 0:52
    buna görə də 10 yaşlı uşaqlara
  • 0:52 - 0:57
    onların həlli üçün bir az
    çətin bir tapşırıq verdim.
  • 0:57 - 1:02
    Bəziləri inanılmaz müsbət
    reaksiya göstərdi.
  • 1:02 - 1:06
    "Çətinlikləri xoşlayıram"
  • 1:06 - 1:11
    və "Bunun öyrədici olacağına
    ümid edirəm" dedilər.
  • 1:11 - 1:17
    Onlar bacarıqlarının inkişaf edəcəyini
    dərk edirdilər.
  • 1:17 - 1:21
    Çünki onlar "inkişaf zehni"
    adlandırdığım yanaşmaya malik idilər.
  • 1:21 - 1:27
    Digər şagirdlər isə bunu bir faciə
    və fəlakət kimi qəbul etdilər.
  • 1:27 - 1:31
    Daha sabit baxışa malik olduqlara görə
  • 1:31 - 1:38
    zehnləri tapşırığa tabe olmuş
    və onlar uğur qazana bilməmişdilər.
  • 1:38 - 1:43
    "Hələ" sözünün gücündən həzz almaq əvəzinə
  • 1:43 - 1:47
    "indi"nin zülmündən əziyyət çəkirdilər.
  • 1:47 - 1:50
    Bəs onlar sonra neylədilər?
  • 1:50 - 1:52
    Nə etdiklərini sizə danışım.
  • 1:52 - 1:58
    Bir tapşırıqda, kəsiləcəkləri halda
    daha çox oxumaq əvəzinə
  • 1:58 - 2:02
    gələn dəfə yəqin ki,
    köçürəcəklərini demişdilər.
  • 2:02 - 2:05
    Digər bir tapşırıqda isə kəsiləndən sonra
  • 2:05 - 2:08
    onlara nisbətən daha pis nəticə göstərmiş
  • 2:08 - 2:13
    birinə baxıb özlərini daha yaxşı
    hiss etmişdilər
  • 2:13 - 2:19
    və bütün tapşırıqlar boyu
    çətinliklərdən qaçmışdılar.
  • 2:19 - 2:25
    Alimlər tələbələrin səhvlərlə
    qarşılaşdığı zaman
  • 2:25 - 2:28
    beyinlərində yaranan elektik fəaliyyətini
    ölçüblər.
  • 2:28 - 2:32
    Solda "sabit" zehnə malik
    tələbələri görürsüz.
  • 2:32 - 2:34
    Beyinləri çox passivdir.
  • 2:34 - 2:37
    Onlar səhvlərdən qaçırlar.
  • 2:37 - 2:40
    Səhvlərə baş qoşmaq istəmirlər.
  • 2:40 - 2:43
    Sağdakı isə "infişaf edən" zehnə
    malik olub,
  • 2:43 - 2:47
    bacarıqlarının inkişafına
    inanan tələbələrdir.
  • 2:47 - 2:49
    Onlar daha dərindən məşğul olurlar.
  • 2:49 - 2:52
    Beyinlər "hələ" sözü ilə yaşayır,
  • 2:52 - 2:54
    işə ürəklərini verirlər.
  • 2:54 - 2:57
    Səhvlərin üzərində işləyirlər,
  • 2:57 - 3:01
    səhvlərdən dərs alıb onları düzəldirlər.
  • 3:02 - 3:05
    Uşaqlarımızı necə böyüdürük?
  • 3:05 - 3:09
    Onları "hələ" yerinə "indi" üçünmü
    böyüdürük?
  • 3:09 - 3:14
    Əla qiymətlərə can atmaları üçünmü
    böyüdürük?
  • 3:14 - 3:20
    Böyük xəyallar qurmağı bacarmayan
    uşaqlarmı yetişdiririk?
  • 3:20 - 3:27
    Ən böyük hədəfləri bir sonrakı A qiyməti
    və ya sınaq nəticəsidirmi?
  • 3:27 - 3:33
    Və onlar bu daimi
    qiymətləndirilmə ehtiyaclarını
  • 3:33 - 3:36
    gələcəkdə də davam etdirəcəklərmi?
  • 3:36 - 3:40
    Bəlkə də hə. Çünki iş sahibləri
    və şirkət işçiləri
  • 3:40 - 3:43
    artıq mükafatlandırılmadan
  • 3:43 - 3:47
    bir gün də belə işləmək istəməyən
  • 3:47 - 3:50
    gənc nəslin yetişdiyini deyir.
  • 3:50 - 3:53
    Yaxşı, bəs nə edə bilərik?
  • 3:53 - 3:57
    "Hələ" sözünə necə özümüzə yaxınlaşdıra
    bilərik?
  • 3:57 - 3:59
    Bir neçəyolunu deyim.
  • 3:59 - 4:06
    İlk növbədə, bilik və istedaddan başqa da
    qiymətləndirmə keyfiyyətləri tapmalıyıq.
  • 4:06 - 4:08
    Köhnə üsul özünü doğrultmur.
  • 4:08 - 4:10
    Artıq belə etməyin.
  • 4:10 - 4:15
    Uşaqların gördüyü
    işi qiymətləndirin;
  • 4:15 - 4:19
    onların səylərini, strategiyalarını,
    diqqətlərini,
  • 4:19 - 4:21
    əzm və irəliləyişlərini.
  • 4:21 - 4:22
    Təriflənən proses
  • 4:22 - 4:27
    davamlı və möhkəm uşaqlar yetişdirir.
  • 4:27 - 4:30
    "Hələ" sözünü işlətməyin
    digər yollar da var.
  • 4:30 - 4:34
    Bu yaxınlarda Vaşinqton Universitetindən
  • 4:34 - 4:37
    onlayn oyun developerləri ilə birləşərək
  • 4:37 - 4:42
    "hələ" sözünü mükafatlandıran yeni
    riyazi oyun yaratdıq.
  • 4:42 - 4:48
    Bu oyunda şagirdlər səy, strategiya
    və proqreslərinə görə mükafatlanırlar.
  • 4:48 - 4:51
    Adi riyazi oyunlar düzgün cavabı
  • 4:51 - 4:55
    verən kimi mükafatlandırırlar,
  • 4:55 - 4:58
    bu oyun isə prosesi mükafatlandırır.
  • 4:58 - 5:01
    Və onlar daha çox səy,
  • 5:01 - 5:03
    daha güclü strategiya
  • 5:03 - 5:07
    uzun müddət ərzində daha çox məşğuliyyət
  • 5:07 - 5:13
    və çox çətin problemləri həll edərkən
    daha çox əzm göstərdilər.
  • 5:13 - 5:16
    İşlətdiyimiz sadəcə "hələ" yaxud
    "hələ yox" sözləri
  • 5:16 - 5:20
    uşaqlara daha çox əminlik,
  • 5:20 - 5:27
    daha artıq əzmkarlıq yaradan
    gələcəyə yol açır.
  • 5:27 - 5:32
    Və bununla şagirdlərin
    zehnini dəyişə bilərik.
  • 5:32 - 5:35
    Araşdırmaların birində biz uşaqlara
  • 5:35 - 5:39
    hər dəfə öz komfort zonalarından çıxanda
  • 5:39 - 5:43
    yeni və çətin nəsə öyrənmələri,
  • 5:43 - 5:49
    neyronların beyinlərində yeni,
    daha möhkəm bağlar yaratdıqlarını
  • 5:49 - 5:52
    və onların daha ağıllı
    olmalarını öyrətdik.
  • 5:52 - 5:55
    Görün bu tapşırıqlarda nə baş verdi:
  • 5:55 - 5:59
    "inkişaf" zehni barədə
    bilməyən şagirdlər
  • 5:59 - 6:04
    məktəbin bu çətin keçid dövründə
    aşağı nəticələr göstərməyə davam etdilər,
  • 6:04 - 6:11
    amma bu barədə bilən uşaqlar
    qiymətlərində kəskin artım göstərdilər.
  • 6:11 - 6:17
    Bu müsbət inkişafı biz
    minlərlə uşaqlarda
  • 6:17 - 6:24
    xüsusən də əziyyət çəkən
    şagirdlərdə müşahidə etmişik.
  • 6:24 - 6:28
    İndi isə bir az bərabərlik barədə
    də danışaq.
  • 6:28 - 6:33
    Ölkəmizdə, bir qrup şagirdlər
  • 6:33 - 6:35
    xroniki olaraq zəif nəticələr göstərirlər,
  • 6:35 - 6:38
    bu misalçun, kasıb küçələrdə
  • 6:38 - 6:42
    və ya hindu tayfalarında yaşayan
    uşaqlardır.
  • 6:42 - 6:49
    Uzun müddətdir zəif nəticə göstərdiklərindən,
    bir çoxları bunun qarşısıalınmaz sayır.
  • 6:49 - 6:57
    Amma müəllimlər sinifdə "hələ"yə arxalanan
    "artma" zehni yaradanda
  • 6:57 - 7:01
    bərabərlik yaranır.
  • 7:01 - 7:05
    Bir neçə misal gətirim.
  • 7:05 - 7:11
    Nyu Yorkun, Harlem ərazisində
    bir bağça bir ildə
  • 7:11 - 7:19
    Milli Nailiyyət testi zamanı 95-cu
    yeri tutdular.
  • 7:19 - 7:26
    Uşaqların bir çoxu məktəbə gələrkən
    heç qələmi əllərində tuta bilmirdilər.
  • 7:26 - 7:28
    Bir ildə,
  • 7:28 - 7:33
    Cənubi Bronksun 4-cü sinif şagirdləri
  • 7:33 - 7:39
    ştatın riyaziyyat testi üzrə
  • 7:39 - 7:43
    Nyu Yorkun dördüncü sinifləri arasında
    birinci yer tutdular.
  • 7:43 - 7:47
    Bir ildən il yarıma qədər
  • 7:47 - 7:53
    hindu şagirləri bölgələrinin məktəblərində
  • 7:53 - 7:59
    ərazinin ən aşağısından
    yuxarıya yüksəlmişdilər
  • 7:59 - 8:05
    və o əraziyə Sietllin varlı bölgələri
    da daxil idi.
  • 8:05 - 8:12
    Beləliklə, hindu uşaqları Microsoft
    uşaqlarını ötmüşdülər.
  • 8:12 - 8:16
    Bu, səy və çətinliyin mənasının
  • 8:16 - 8:20
    dəyişilməsi nəticəsində baş vermişdi.
  • 8:20 - 8:25
    Bundan öncə, səy və çətinlik
  • 8:25 - 8:30
    onların savadsız və təslim olmuş
    kimi hiss etmələrinə səbəb olurdu.
  • 8:30 - 8:33
    İndisə, səy və çətinlik
  • 8:33 - 8:37
    neyronlarının yeni və daha möhkəm bağlar
  • 8:37 - 8:39
    yaratmalarına gətirib çıxarırdı.
  • 8:39 - 8:43
    Məhz bu zaman onlar daha ağıllı olurlar.
  • 8:43 - 8:48
    Bu yaxınlarda 13 yaşında oğlan uşağından
    bir məktub aldım.
  • 8:48 - 8:52
    O yazırdı: "Əziz prof. Dvek,
  • 8:52 - 8:58
    yazılarınızın əsaslı elmi tədqiqatlara
    arxalandığını dəyərləndirərək,
  • 8:58 - 9:04
    onları tətbiq etməyə qərar verdim.
  • 9:04 - 9:08
    Dərslərimdə,
  • 9:08 - 9:11
    ailəm və məktəbdəki uşaqlarla
  • 9:11 - 9:15
    münasibətlərimdə daha çox
    səy göstərməyə başladım
  • 9:15 - 9:22
    və bütün bu sahələrdə çox böyük
    irəliləyiş qazandım.
  • 9:22 - 9:27
    Mən indi başa düşürəm ki, ömrümün
    çox hissəsini boşuna sərf etmişəm".
  • 9:29 - 9:35
    Gəlin daha çox həyat boşuna sərf etməyək.
  • 9:35 - 9:39
    Bacarıqların bu tərzdə artmasına
  • 9:39 - 9:44
    qadir olduğunu artıq öyrəndiyimiz üçün,
  • 9:44 - 9:50
    uşaqların, bütün uşaqların o artımı
  • 9:50 - 9:57
    yaradacaq yerlərdə, "hələ" kəlməsilə
    dolu yerlərdə
  • 9:57 - 10:03
    yaşamalarını əsas insan
    hüququna çevirək.
  • 10:03 - 10:05
    Təşəkkür edirəm.
  • 10:05 - 10:07
    (Alqış)
Title:
İnkişaf edə bilməcəyinə inamın gücü
Speaker:
Kerol Dvek
Description:

Kerol Dvek beynimizin öyrənmə və problemləri həll etmə bacarığının inkişafını mümkün hesab eildiyi "inkişaf yanaşması" barədə tədqiqat aparıb. Çıxışında, həlli bir qədər çətin olan problemlərə dair düşünmənin iki tərzi haqqında danışır. Həll etməyə ağlınız yetmir, yaxud hələ ki həll edə bilməyibsiniz. Bunu həll etmək üçün kifayət qədər ağıllı deyilsiniz...yoxsa bunu hələlik həll etməmisiniz fikirləşirsiniz?yanaşmalar haqqında əla ir nitqdir.

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDTalks
Duration:
10:20

Azerbaijani subtitles

Revisions