Craig Venterin incəliklə göstərdiyi kimi, genlərimizi dəyişmənin bir yolu yenilərini yaratmaqdır. Digər yol isə həyat tərzimizi dəyişməkdir. Və biz bu dəyişikliklərin nə qədər güclü və dinamik ola biləcəyini öyrənirik, hətta siz bu dəyişikliklərin təsirini hiss etmək üçün çox gözləməli də olmayacaqsınız. Nə vaxt ki sağlam yeyirsiniz, stressi idarə edirsiniz, idman edirsiniz və daha çox sevirsiniz, sizin beyniniz daha çox qan axını və oksigenlə təmin olunur. Lakin daha vacibi, beyniniz ölçülə biləcək qədər böyüyür. Bir neçə il bundan əvvəl imkansız olaraq düşündüyümüz şeylər artıq ölçülə bilinir. Bu Robin Williams tərəfindən bizdən bir neçə il əvvəl tapılmışdı. Beləliklə, beyninizin yeni hüceyrələri yaratmağı üçün bir neçə şey edə bilərsiniz. Mənim ən sevdiklərim, şokolad və çay, qaragilə, az miqdarda spirtli içki, stressi idarə etmə və marijuanada tapılan kanabanoidlərdir. Mən yalnız elçiyəm. (Gülüş) Harada qalmışdıq? (Gülüş) Bəzi şeylər isə vəziyyəti daha da pisləşdirə bilər, beyin hüceyrələrinizi itirməyimizə gətirib çıxara bilər. Həmişə eşitdiklərimiz, yağlı piy və şəkər, nikotin, opiatlar, kokain, həddindən artıq spirtli içki və xronik stress. Siz həyat tərzinizi dəyişəndə sizin dərinizdə qan dövranı artır və siz daha gec qocalırsınız və dəriniz daha az qırışır. Ürəyiniz də daha çox qan dövranı əldə edir. Biz göstərmişik ki siz hətta ürək xəstəliklərini də müalicə edə bilərsiniz. Yuxarıda, solda gördüyünüz bu tutulmuş qan damarları yalnız bir ildən sonra ciddi dərəcədə genişlənir. Və aşağıda, solda kardioloji PET göstərilir, mavi qan dövranının olmadığını göstərir. Bir il sonra - narıncı və ağ maksimum qan dövranıdır. Biz göstərə bilmişik ki bu dəyişiklikləri etməklə siz prostat xərşəngi və döş xərçənginin qarşısını ala və əks istiqamətdə inkişaf əldə edə bilərsiniz. Biz müşahidə etdik ki, labaratoriya şəraitində şişlərin inkişafı bu dəyişiklikləri edən qrupda 70 % etməyən qrupda isə 9 % dayandırılmışdır. Bu fərq çox əhəmiyyətli idi. Hətta sizin cinsi orqanlarınızda da qan dövranı artır, və sizin cinsi gücünüz də artır. Siqaret çəkməyə qarşı ən effektiv reklamlardan biri Sağlamıq Xidməti Departamenti tərəfindən göstərilmişdir ki, qan damarlarını sixan nikotin ürək ağrısı və ya ürək döyüntüsünə səbəb olar bilər, amma o həm də impotentliyə gətirib çixara bilər. Siqaret çəkən kişilərin yarısı impotentdir. Bu necə də cazibədardır. Biz bu yaxınlarda yeni bir tədqiqat çap edəcəyik bu tədqiqata əsasən prostat xərçəngində genlərin ifadə olmunmasını dəyişmək mümkündür. Bu hərarət xəritəsi adlanır və sağ tərəfdə olan müxtəlif rənglər müxtəlif genlərdir. Və biz müşahidə etdik ki 500-dən çox gen müsbət olaraq dəyişdi və xəstəliyin qarşısını alan yaxşı genləri işə salaraq xəstəlik yaradan genləri fəaliyyətdən saldı. Və düşünürəm ki, bu müşahidələr çox əhəmiyyətlidir bir çox insana yeni ümid və seçimlər təqdim edir. Navigenix, DNA Direct və 23andMe kimi şirkətlər sizə genetik profilinizi verməklə həm də bəzi insanlara bu barədə "Mən bu haqda nəsə edə bilərəm mi?" hissini verir Beləliklə, genlərimiz bizim taleyimiz deyil və əgər bu dəyişiklikləri etsək - onlar meyillilikdir, lakin normalda etdiyimizdən daha böyük dəyişikliklər etsək genlərimizin necə ifadə olunduğunu dəyişə bilərik. Təşəkkürlər. (Alqış)