WEBVTT 00:00:00.000 --> 00:00:01.976 Mən hekayənəvisəm. 00:00:02.000 --> 00:00:04.976 Sizə bir neçə şəxsi hekayə danışmaq istəyirəm. 00:00:05.000 --> 00:00:09.976 Onlara "tək hekayənin təhlükəsi" adını vermişəm. 00:00:10.746 --> 00:00:13.976 Mən şərqi Nigeriyda bir universitet şəhərciyində böyümüşəm. 00:00:14.158 --> 00:00:17.467 Anam deyir ki, mən oxumağa iki yaşımdan başlamışam, 00:00:17.491 --> 00:00:20.507 amma düşünürəm ki, dörd desəm daha düzgün olar. 00:00:21.753 --> 00:00:23.564 Yəni, mən oxumağa erkən başlamışam. 00:00:23.588 --> 00:00:26.976 Oxuduqlarım da ingilis və amerikan uşaq ədəbiyyatı idi. NOTE Paragraph 00:00:27.706 --> 00:00:29.976 Mən həm də yazmağa erkən başlamışam 00:00:30.000 --> 00:00:33.976 və yazmağa başlayanda təxminən yeddi yaşım vardı. 00:00:34.000 --> 00:00:36.048 Karandaşla hekayələr yazır və onları şəkillərlə bəzəyirdim, 00:00:36.072 --> 00:00:39.604 yazıq anamı onları oxumağa məcbur edirdim. 00:00:39.628 --> 00:00:43.196 Yazdığım hekayələr tamamilə oxuduqlarım kimi idi: 00:00:43.220 --> 00:00:47.976 Bütün qəhramanlarım ağ-dərili və mavi gözlü idi, 00:00:48.000 --> 00:00:50.307 onlar qarda oynayırdılar, 00:00:50.331 --> 00:00:52.418 alma yeyirdilər 00:00:52.442 --> 00:00:53.839 (Gülüş) 00:00:54.013 --> 00:00:56.024 və onlar xeyli hava haqqında danışırdılar. 00:00:56.048 --> 00:00:58.176 "Necə də gözəl günəş çıxıb." 00:00:58.409 --> 00:01:00.373 (Gülüş) 00:01:00.397 --> 00:01:03.531 Halbuki, mən faktiki olaraq Nigeriyada yaşayırdım, 00:01:03.555 --> 00:01:05.333 heç vaxt da Nigeriyadan xaricdə olmamışdım. 00:01:07.143 --> 00:01:10.404 Bizdə qar yağmır, biz manqo yeyirik 00:01:10.428 --> 00:01:12.276 və biz heç vaxt hava haqqında danışmırıq, 00:01:12.300 --> 00:01:13.976 çünki ehtiyac yoxdur. NOTE Paragraph 00:01:14.269 --> 00:01:16.976 Bundan əlavə, qəhramanlarım çoxlu zəncəfilli pivə içirdi, 00:01:17.000 --> 00:01:19.381 çünki oxuduğum ingilis kitablarındakı qəhramanlar 00:01:19.405 --> 00:01:20.976 zəncəfilli pivə içirdilər. 00:01:21.301 --> 00:01:22.711 Amma zəncəfilli pivənin nə olduğu haqda mənim heç təsəvvürüm belə yox idi. 00:01:24.121 --> 00:01:25.531 (Gülüş) 00:01:25.555 --> 00:01:27.005 Uzun illər boyunca da 00:01:27.029 --> 00:01:29.976 zəncəfilli pivənin dadına baxmaq mənim üçün ümidsiz arzu olaraq qaldı. 00:01:30.476 --> 00:01:31.976 Amma bu başqa hekayədir. NOTE Paragraph 00:01:32.000 --> 00:01:34.483 Məncə, bu o deməkdir ki, 00:01:34.507 --> 00:01:37.361 biz hekayələrin qarşısında 00:01:37.385 --> 00:01:38.976 necə də həssas və zəif oluruq, 00:01:39.000 --> 00:01:40.385 xüsusilə də uşaq yaşlarımızda. 00:01:41.639 --> 00:01:45.409 Çünki oxuduğum bütün kitablarda qəhramanların hamısı əcnəbi idi, 00:01:45.433 --> 00:01:47.552 mən düşünməyə başlamışdım ki, bu kitablarda 00:01:47.576 --> 00:01:50.746 təbii olaraq ancaq əcnəbilər olmalıdır 00:01:50.770 --> 00:01:54.489 və mənim şəxsən aşina olduğum şeylər haqda olmamalıdır. 00:01:55.600 --> 00:01:58.219 Amma Afrika kitablarını kəşf etməyimlə işlər dəyişdi. 00:01:59.000 --> 00:02:00.976 Onların çoxu elə də tanınmır, 00:02:01.000 --> 00:02:03.869 və xarici kitablar kimi asan tapılan deyil. NOTE Paragraph 00:02:03.893 --> 00:02:06.976 Amma Çinua Açebe və Kamara Laye kimi yazıçıların sayəsində 00:02:07.000 --> 00:02:10.976 mənim ədəbiyyat barədə fikirlərim dəyişdi. 00:02:11.000 --> 00:02:13.214 Başa düşdüm ki, mənim kimi insanlar 00:02:13.238 --> 00:02:15.245 - şokolad rəngli dərili, 00:02:15.269 --> 00:02:18.531 "at quyruğu" formasına gəlməyən buruq saçlı qızlar - 00:02:18.555 --> 00:02:20.365 da ədəbiyyatda mövcuddur. 00:02:20.682 --> 00:02:23.976 Mən bələd olduğum şeylər haqqında yazmağa başladım. NOTE Paragraph 00:02:24.737 --> 00:02:27.976 Oxuduğum amerikan və ingilis kitablarını xoşlayırdım. 00:02:28.000 --> 00:02:31.976 Onlar mənim təxəyyülümü oyatdı, mənə yeni dünyalar açdı. 00:02:32.000 --> 00:02:33.976 Amma arzuolunmayan nəticə o idi ki, 00:02:34.000 --> 00:02:36.048 mən mənim kimi insanların 00:02:36.072 --> 00:02:37.498 ədəbiyyatda mövcud olduğunu bilmirdim. 00:02:38.451 --> 00:02:41.976 Beləliklə, afrikalı yazıçıları kəşf etmək 00:02:42.000 --> 00:02:45.877 məni kitablar haqqında tək hekayəyə sahib olmaqdan xilas etdi. NOTE Paragraph 00:02:47.000 --> 00:02:49.976 Mən adi, orta-gəlirli nigeriyalı ailədənəm. 00:02:50.000 --> 00:02:51.976 Atam professor idi. 00:02:52.385 --> 00:02:54.068 Anam isə idarəçi. 00:02:55.369 --> 00:02:58.171 Bizim evdə, təbii olaraq, 00:02:58.195 --> 00:03:02.544 əsasən yaxın kəndlərdən olan köməkçilər olurdu. 00:03:03.182 --> 00:03:06.468 Mən səkkiz yaşıma keçəndə evə yeni köməkçi gəldi. 00:03:07.102 --> 00:03:08.356 Onun adı Fide idi. 00:03:09.658 --> 00:03:13.959 Anamın onun haqda dediyi tək şey onun ailəsinin kasıb olduğu idi. 00:03:15.000 --> 00:03:19.976 Anam onun ailəsinə yams və düyü, bir də bizim köhnə paltarlarımızı göndərirdi. 00:03:20.000 --> 00:03:22.620 Mən yeməyimi axıra kimi yeməyəndə anam 00:03:22.644 --> 00:03:26.976 “Hamısını ye, bilmirsən Fidenin ailəsi kimi insanların heç nəyi yoxdur?!” deyirdi. 00:03:27.000 --> 00:03:30.976 Mənim Fidenin ailəsinin halına acıyırdım. NOTE Paragraph 00:03:31.576 --> 00:03:34.473 Sonra bir cümə axşamı biz onlara baş çəkmək üçün kəndlərinə getdik 00:03:34.497 --> 00:03:37.976 və onun anası bizə gözəl naxışlı səbət göstərdi. 00:03:38.000 --> 00:03:40.976 Bunu onun qardaşı boyanmış rafiyadan düzəltmişdi. 00:03:41.000 --> 00:03:42.976 Mən heyrətə gəlmişdim. 00:03:43.000 --> 00:03:45.976 Mənim heç vaxt ağlıma gəlməzdi ki, onun ailəsində 00:03:46.000 --> 00:03:48.976 kimsə nəsə düzəldə bilər. 00:03:49.000 --> 00:03:51.976 Onlar haqda eşitdiyim tək şey onların necə də kasıb olduğu idi, 00:03:52.000 --> 00:03:56.467 buna görə də kasıblıqdan başqa bir şeylə qarşılaşacağıma inanmırdım. 00:03:57.143 --> 00:03:59.514 Onların kasıblığı onlar haqda bildiyim tək hekayə idi. NOTE Paragraph 00:04:01.000 --> 00:04:03.524 İllər sonra, mən Nigeriyanı tərk edib 00:04:03.548 --> 00:04:06.230 təhsil üçün Birləşmiş Ştatlara gələndə bu haqda düşündüm. 00:04:06.341 --> 00:04:07.674 19 yaşım vardı. 00:04:08.421 --> 00:04:11.198 Amerikalı otaq yoldaşım heyrətə düşmüşdü. 00:04:12.000 --> 00:04:15.586 İngiliscə belə gözəl danışmağı harada öyrəndiyimi soruşdu 00:04:15.610 --> 00:04:17.698 və mən Nigeriyada 00:04:17.722 --> 00:04:20.436 ingilis dilinin rəsmi dil olduğunu deyəndə o təəccübləndi. 00:04:21.753 --> 00:04:25.976 O “qəbilə musiqisi” adlandırdığı musiqimizə qulaq asmaq istəyəndə də 00:04:26.000 --> 00:04:27.976 xeyli çaşqınlıq keçirdi, 00:04:28.000 --> 00:04:29.976 çünki mən ona Merayya Keri kasetini göstərmişdim. 00:04:30.000 --> 00:04:32.976 (Gülüş) 00:04:33.000 --> 00:04:36.693 Ona elə gəlirdi ki, mən mətbəx plitəsinin necə istifadə edildiyini bilmirəm. NOTE Paragraph 00:04:37.782 --> 00:04:39.038 Mənə toxunan nə idi? NOTE Paragraph 00:04:39.062 --> 00:04:42.137 Onun hələ məni tanımazdan əvvəl mənə ürəyi acımışdı. 00:04:42.528 --> 00:04:45.976 Onun mənə qarşı ilk mövqeyi, bir afrikalı kimi 00:04:46.000 --> 00:04:49.036 bir az yuxarıdan aşağı və rəhm dolu idi. 00:04:50.000 --> 00:04:53.496 Otaq yoldaşımın Afrika haqda tək hekayəsi vardı: 00:04:53.623 --> 00:04:55.977 bədbəxtlik haqda tək hekayə. 00:04:56.412 --> 00:04:57.698 Bu tək hekayədə 00:04:57.722 --> 00:05:01.976 bir afrikalının ona oxşamasının mümkünlüyünə yer yox idi. 00:05:02.000 --> 00:05:04.976 Rəhmdən daha qarışıq hisslərə də... 00:05:05.000 --> 00:05:08.976 Bərabər insanlar kimi ünsiyyətin mümkünlüyünə də... NOTE Paragraph 00:05:09.000 --> 00:05:11.123 Onu da deməliyəm ki, Birləşmiş Ştatlara getməmişdən əvvəl 00:05:11.147 --> 00:05:13.428 özümü heç vaxt afrikalı kimi təqdim etməmişdim. 00:05:14.000 --> 00:05:16.976 Amma ABŞ-da, Afrikadan söz düşəndə hamı üzünü mənə tuturdu. 00:05:17.000 --> 00:05:19.746 Mənim Namibiya kimi yerlərlə bağlı heç nə bilmədiyimi ağıllarına da gətirmirdilər. 00:05:21.000 --> 00:05:23.096 Amma mən bu yeni kimliyi qəbul etdim 00:05:23.120 --> 00:05:25.976 və bir çox tərəfdən özümü bir afrikalı kimi qəbul edirəm. 00:05:26.000 --> 00:05:29.976 Buna baxmayaraq, mən hələ də Afrika ölkə kimi qəbul ediləndə əsəbiləşirəm. 00:05:30.000 --> 00:05:33.976 Misal üçün, elə bu yaxınlarda, 00:05:34.000 --> 00:05:35.285 2 gün əvvəl Laqosdan qayıdanda 00:05:35.309 --> 00:05:38.191 Virgin havayollarında səslənən 00:05:38.215 --> 00:05:42.976 bir elanda belə dedilər: "Hindistan, Afrika və digər ölkələr." 00:05:43.000 --> 00:05:44.317 (Gülüş) NOTE Paragraph 00:05:44.476 --> 00:05:47.976 Bundan sonra mən ABŞ-da bir afrikalı kimi bir neçə il qaldım. 00:05:48.000 --> 00:05:51.174 Mən otaq yoldaşımın mənə münasibətini başa düşməyə başladım. 00:05:52.000 --> 00:05:54.025 Əgər mən Nigeriyada böyüməsəydim 00:05:54.049 --> 00:05:57.190 və mənim Afrika ilə bağlı ancaq hamının bildiyi şeyləri bilsəydim 00:05:57.214 --> 00:06:02.386 mən də Afrikanın gözəl mənzərəli, 00:06:02.410 --> 00:06:03.976 gözəl heyvanların 00:06:04.000 --> 00:06:05.976 və anlaşılmaz insanların yaşadığı yer kimi təsəvvür edərdim. 00:06:06.000 --> 00:06:09.631 O insanlar ki, mənasız müharibələr edir, aclıqdan və QİÇS-dən ölür, 00:06:09.655 --> 00:06:11.976 öz yerlərinə danışa bilmir 00:06:12.000 --> 00:06:16.155 və qayğıkeş, ağ-dərili əcnəbi tərəfindən xilası gözləyirlər. 00:06:16.928 --> 00:06:19.097 Mən də afrikalılara o gözlə baxardım, 00:06:19.121 --> 00:06:21.824 necə ki uşaq olanda Fidenin ailəsinə elə baxırdım. NOTE Paragraph 00:06:23.000 --> 00:06:26.976 Nəticə etibarilə, fikrimcə Afrikanın tək hekayəsi Qərb ədəbiyyatından gəlir. 00:06:27.000 --> 00:06:31.976 Bu sitat Con Lok adlı 00:06:32.000 --> 00:06:34.976 1561-ci ildə qərbi Afrikaya səyahət etmiş 00:06:35.000 --> 00:06:38.663 və təssüratlarını qeydə almış londonlu tacirə aiddir. 00:06:40.203 --> 00:06:43.976 Qara-dərili afrikalılar haqda "evləri olmayan vəhşilər" deyəndən sonra 00:06:44.000 --> 00:06:47.976 o əlavə edir: "Onlar həm də başsızdırlar, 00:06:48.000 --> 00:06:51.968 ağızları və gözləri də sinələrindədir." NOTE Paragraph 00:06:53.000 --> 00:06:55.096 Bunu hər dəfə oxuyanda gülürəm. 00:06:55.120 --> 00:06:58.500 Con Lokun təxəyyülünə heyran olmamaq olmur. 00:06:59.373 --> 00:07:01.239 Amma onun yazdıqlarında vacib olan şey 00:07:01.263 --> 00:07:02.976 bunun Qərb ədəbiyyatındakı 00:07:03.000 --> 00:07:05.976 ənənəvi Afrika hekayələrinin təməlini qoymasıdır. 00:07:06.000 --> 00:07:09.367 Səhra-altı Afrikanın mənfilərlə dolu, 00:07:09.479 --> 00:07:11.634 fərqli, qaranlıq, 00:07:11.658 --> 00:07:16.976 görkəmli şair Redyard Kiplinqin təbirilə desəm, 00:07:17.000 --> 00:07:18.941 "yarı şeytan, yarı uşaq" insanların yaşadığı bir yer olduğuna dair təhkiyə ənənəsi. NOTE Paragraph 00:07:20.211 --> 00:07:22.976 Beləliklə, mən başa düşməyə başladım ki, mənim amerikalı otaq yoldaşım 00:07:23.000 --> 00:07:24.976 həyatı boyunca 00:07:25.000 --> 00:07:28.976 bu tək hekayənin müxtəlif versiyalarını eşidib və görüb. 00:07:29.000 --> 00:07:30.976 Bu bir professorun bir dəfə 00:07:31.000 --> 00:07:34.766 romanım haqda "həqiqi Afrika belə olmur" deməsinə oxşayır. 00:07:35.869 --> 00:07:37.560 Romanımda bəzi şeylərin 00:07:37.584 --> 00:07:40.679 səhv olduğu, 00:07:40.703 --> 00:07:43.976 bəzi hissələrin zəif olduğu ilə razılaşıram, 00:07:44.000 --> 00:07:46.239 amma heç vaxt fikirləşməmişdim ki, 00:07:46.263 --> 00:07:48.976 "həqiqi Afrika"nı ifadə etməkdə iflasa uğramışam. 00:07:49.000 --> 00:07:52.706 Fakt o idi ki, mən "həqiqi Afrika"nın nə olduğunu bilmirdim. 00:07:54.000 --> 00:07:58.396 Professor mənə dedi ki, mənim qəhramanlarım ona çox oxşayır, 00:07:58.420 --> 00:08:00.396 təhsillidirlər və orta-gəlirli adamlardır. 00:08:00.420 --> 00:08:02.522 Qəhramanlarım maşın sürürdülər. 00:08:02.546 --> 00:08:04.976 Onlar acından qırılıb ölmürdülər. 00:08:05.000 --> 00:08:07.927 Ona görə də, bu "həqiqi Afrika" romanı deyildi. NOTE Paragraph 00:08:09.000 --> 00:08:11.976 Amma onu da deməliyəm ki, mən də 00:08:12.000 --> 00:08:14.070 tək hekayə məsələsində ən az onun qədər günahkaram. 00:08:15.000 --> 00:08:17.991 Bir neçə il əvvəl, Mən ABŞ-dan Meksikaya getdim. 00:08:19.000 --> 00:08:21.667 ABŞ-da siyasi atmosfer o vaxt çox gərgin idi 00:08:21.691 --> 00:08:24.976 və immiqrasiya haqda müzakirələr gedirdi. 00:08:25.000 --> 00:08:26.976 Amerikada, demək olar, həmişə olduğu kimi 00:08:27.000 --> 00:08:29.976 immiqrasiya sözü meksikalı sözü ilə eyni mənanı verirdi. 00:08:30.698 --> 00:08:32.631 Meksikalıların sonsuz sayda hekayələri vardı. 00:08:32.655 --> 00:08:35.976 Səhiyyə sistemini talayan, 00:08:36.000 --> 00:08:37.976 sərhəddən gizlin keçən, 00:08:38.000 --> 00:08:40.465 sərhəddə tutulan və s. insanlar haqda... NOTE Paragraph 00:08:42.163 --> 00:08:45.976 Yadımdadır ki, Qvadalaxarada gəzməyə çıxdığım ilk gün 00:08:46.000 --> 00:08:47.976 işə gedən, 00:08:48.000 --> 00:08:49.976 bazar yerlərində lavaş yayan, 00:08:50.000 --> 00:08:51.973 siqaret çəkən, gülən insanları müşahidə edirdim. 00:08:53.195 --> 00:08:55.976 Yadımdadır ki, ilk təəssüratımda bir az təəccüb vardı. 00:08:56.000 --> 00:08:58.976 Sonra bu hissimə görə hədsiz utandım. 00:08:59.341 --> 00:09:03.976 Başa düşdüm ki, mən medianın yaratdığı meksikalı anlayışına qapılmışam, 00:09:04.000 --> 00:09:06.000 mənim ağlıma gələn tək şey 00:09:06.024 --> 00:09:07.849 "bədbəxt immiqrant" idi. 00:09:08.769 --> 00:09:11.191 Mənim meksikalılar haqda tək hekayəm vardı 00:09:11.215 --> 00:09:13.722 və özümdən heç bu qədər utanmamışdım. 00:09:14.071 --> 00:09:16.618 Beləliklə, tək hekayə yaratmaq belə bir şeydir: 00:09:16.642 --> 00:09:18.976 İnsanlara tək şey göstərmək, 00:09:19.000 --> 00:09:20.976 - sadəcə bir tək şey - 00:09:21.000 --> 00:09:22.976 yenidən və yenidən. 00:09:23.000 --> 00:09:24.515 Beləcə o yaranır. NOTE Paragraph 00:09:25.793 --> 00:09:28.239 Tək hekayə haqda danışanda 00:09:28.263 --> 00:09:29.952 güc haqqında da danışmamaq mümkünsüzdür. 00:09:31.496 --> 00:09:33.244 Iqbo dilində belə bir söz var. 00:09:33.268 --> 00:09:36.919 Hər dəfə dünyanın güc strukturları haqda düşünəndə bu sözü xatırlayıram. 00:09:36.943 --> 00:09:38.133 Bu söz "nkali"-dir. 00:09:38.332 --> 00:09:42.976 Bu ismi təximən "başqasından böyük olma" kimi tərcümə etmək olar. 00:09:43.554 --> 00:09:46.482 Bizim iqtisadi və siyasi dünyamız kimi, 00:09:46.506 --> 00:09:50.976 hekayələr də nkali-nin prinsipləri ilə müəyyən olunur: 00:09:51.000 --> 00:09:52.976 Onların necə danışıldığı, kimlərin danışdığı, 00:09:53.000 --> 00:09:56.237 nə vaxt danışdığı, neçə hekayənin danışıldığı 00:09:56.261 --> 00:09:58.468 həqiqətən də gücdən asılıdır. NOTE Paragraph 00:10:00.000 --> 00:10:03.143 Güc təkcə başqasının hekayəsini danışmaq deyil, 00:10:03.167 --> 00:10:06.976 həm də bunu onun qəti hekayəsi etməkdir. 00:10:07.000 --> 00:10:09.096 Fələstinli şair Mürid Barğuti yazır ki, 00:10:09.120 --> 00:10:11.976 əgər insanların mülkünü əlindən almaq istəyirsənsə 00:10:12.000 --> 00:10:14.976 bunun ən sadə yolu onların hekayəsini danışmaqdır 00:10:15.000 --> 00:10:17.230 və buna "ikinci" hissədən başlamalısan. 00:10:18.484 --> 00:10:22.382 Hekayəyə yerli amerikalıların oxları ilə başlayın, 00:10:22.406 --> 00:10:24.976 ingilislərin gəlişi ilə yox. 00:10:25.000 --> 00:10:27.977 Beləcə tamam fərqli hekayəniz olacaq. 00:10:28.001 --> 00:10:32.433 Hekayəyə Afrikanın uğursuz idarəsilə başlayın, 00:10:32.457 --> 00:10:35.976 Afrikada müstəmləkələrin qurulması ilə yox. 00:10:36.000 --> 00:10:38.742 Beləcə tamam fərqli hekayəniz olacaq. NOTE Paragraph 00:10:40.000 --> 00:10:41.976 Təzəlikcə bir universitetdə çıxışım zamanı 00:10:42.000 --> 00:10:45.785 tələbələrdən biri mənə 00:10:45.809 --> 00:10:48.928 nigeriyalı kişilərin fiziki şiddətə meyilli olmağının 00:10:48.952 --> 00:10:50.896 utandırıcı hal olduğunu dedi. Romanımdakı ata xarakteri kimi. 00:10:52.000 --> 00:10:55.976 Mən də ona təzəlikcə "Amerikalı Psixopat" adlı roman oxuduğumu dedim. 00:10:56.000 --> 00:10:57.976 (Gülüş) 00:10:58.000 --> 00:10:59.976 Gənc amerikalıların serial qatil olması 00:11:00.000 --> 00:11:02.976 necə də utanc doğurur. 00:11:03.000 --> 00:11:06.976 (Gülüş) 00:11:07.000 --> 00:11:12.976 (Alqış) 00:11:13.000 --> 00:11:15.976 Bunu əsəbləşib demişdim. 00:11:16.000 --> 00:11:17.976 (Gülüş) NOTE Paragraph 00:11:18.000 --> 00:11:20.191 Amma bu mənə heç vaxt əsas vermədi ki, 00:11:20.215 --> 00:11:23.976 sadəcə bir romanda qəhramanın seriyalı qatil olmasından 00:11:24.000 --> 00:11:27.976 bütün amerikalıların da belə olduğu nəticəsini çıxaram. 00:11:28.000 --> 00:11:30.976 Bu o demək deyil ki, mən həmin tələbədən daha yaxşı insanam. 00:11:31.000 --> 00:11:33.976 Bu o deməkdir ki, Amerikanın mədəni və iqtisadi gücü nəticəsində 00:11:34.000 --> 00:11:35.976 mən Amerika haqda çoxlu hekayələr oxumuşam. 00:11:36.000 --> 00:11:39.976 Mən Tayleri, Apdaykı, Steynbeki və Qitskilli oxumuşam. 00:11:40.000 --> 00:11:42.560 Mənim Amerika haqda tək hekayəm olmayıb. NOTE Paragraph 00:11:43.671 --> 00:11:45.377 İllər əvvəl, öyrənəndə ki 00:11:45.401 --> 00:11:49.742 uğur qazanmaq üçün yazıçılardan 00:11:49.766 --> 00:11:51.976 həqiqətən də bəxbəxt uşaqlıq keçirməsini gözləyirlər, 00:11:52.000 --> 00:11:56.000 mən valideynlərimin mənə necə dəhşətli şeylər edə biləcəyini uydurmaq haqda düşünməyə başladım. 00:11:56.024 --> 00:11:57.976 (Gülüş) 00:11:58.000 --> 00:12:01.976 Amma doğru olan o idi ki, uşaqlığım çox şən, 00:12:02.000 --> 00:12:04.976 gülüş və sevgi ilə dolu bir mehriban ailədə keçmişdi. NOTE Paragraph 00:12:05.000 --> 00:12:08.211 Amma qaçqın düşərgələrində ölən babalarım da vardı. 00:12:08.750 --> 00:12:12.976 Qohumum Poli müvafiq müalicə almadığına görə rəhmətə getdi. 00:12:13.000 --> 00:12:15.976 Ən yaxın dostlarımdan biri Okoloma təyyarə qəzasında öldü, 00:12:16.000 --> 00:12:18.976 çünki yanğınsöndürən maşınlarımızda su yox idi. 00:12:19.000 --> 00:12:21.976 Mən repressiv hərbi hökümətdə böyümüşəm. 00:12:22.000 --> 00:12:23.976 Təhsilin səviyyəsi aşağı idi 00:12:24.000 --> 00:12:26.976 və bəzən valideynlərim əməkhaqlarını ala bilmirdilər. 00:12:27.000 --> 00:12:30.977 Səhər yeməyində cemin, 00:12:31.001 --> 00:12:33.498 sonra yağın yoxa çıxdığını görürdüm, 00:12:33.522 --> 00:12:35.976 sonra çörək bahalaşdı, 00:12:36.000 --> 00:12:37.871 sonra süd məhdudlaşmağa başladı. 00:12:39.000 --> 00:12:42.657 Bütün bunlardan əlavə, öyrəşdiyimiz siyasi qorxu 00:12:42.681 --> 00:12:44.363 həyatımıza daxil oldu. NOTE Paragraph 00:12:45.823 --> 00:12:47.960 Bütün bu hekayələr məni mən edir. 00:12:48.457 --> 00:12:51.976 Amma təkcə bu mənfi hekayələrdə təkid etmək 00:12:52.000 --> 00:12:54.976 təcrübələrimi dayazlaşdırmaq deməkdir 00:12:55.000 --> 00:12:58.664 və məni formalaşdıran digər çoxlu hekayələri gözdən qaçırmaqdır. 00:12:59.394 --> 00:13:01.976 Tək hekayə stereotipləri yaradır 00:13:02.000 --> 00:13:06.976 və steretiplərlə bağlı problem onların səhv olmasında deyil, 00:13:07.000 --> 00:13:08.976 onların yarımçıq olmasındadır. 00:13:09.357 --> 00:13:11.960 Onlar bir hekayəni tək hekayə edir. NOTE Paragraph 00:13:13.000 --> 00:13:15.572 Əlbəttə, Afrika bədbəxtliklərlə dolu qitədir: 00:13:15.596 --> 00:13:18.976 Bir tərəfdə dəhşətli zorlamaların olduğu böyük Konqo, 00:13:19.000 --> 00:13:20.626 digər tərəfdə ürək sıxan, 00:13:20.650 --> 00:13:25.150 bir iş vakansiyasına 5000 nəfərin müraciət etdiyi Nigeriya var. 00:13:26.000 --> 00:13:29.563 Amma bədbəxtliklə bağlı olmayan başqa hekayələr də var 00:13:29.587 --> 00:13:32.976 və onlar haqqında danışmaq da digərlərində olduğu kimi çox vacibdir. NOTE Paragraph 00:13:33.000 --> 00:13:34.976 Mən həmişə hiss etmişəm ki, 00:13:35.000 --> 00:13:37.976 bir yeri və ya insanı tanımaq 00:13:38.000 --> 00:13:41.976 onun haqqındakı bütün hekayələri bilmədən mümkün deyil. 00:13:42.000 --> 00:13:45.580 Tək hekayənin aqibəti budur: 00:13:45.604 --> 00:13:47.561 insanın ləyaqətini əlindən alır. 00:13:48.332 --> 00:13:51.976 İnsanların bərabərliyini tanımağımızı çətinləşdirir. 00:13:52.000 --> 00:13:56.164 Bu bizim oxşarlığımızdan daha çox, fərqli olmağımızı vurğulayır. NOTE Paragraph 00:13:57.000 --> 00:13:59.489 Meksika səfərimdən əvvəl 00:13:59.513 --> 00:14:02.976 immiqrasiya haqda müzakirələri hər iki tərəfdən 00:14:03.000 --> 00:14:04.976 - ABŞ və Meksika tərəfdən izləsəydim görəsən necə olardı? 00:14:05.000 --> 00:14:08.976 Görəsən anam Fidenin ailəsinin kasıblığı ilə yanaşı 00:14:09.000 --> 00:14:10.976 çox çalışqan olduğunu desəydi necə olardı? 00:14:11.000 --> 00:14:13.096 Görəsən Afrika haqda müxtəlif hekayələri 00:14:13.120 --> 00:14:16.976 bütün dünyaya yayımlayan telekanalımız olsaydı necə olardı? 00:14:17.000 --> 00:14:21.331 Nigeriyalı yazıçı Çinua Açebe bunu "hekayələrin balansı" adlandırır. NOTE Paragraph 00:14:21.355 --> 00:14:25.331 Görəsən otaq yoldaşım Nigeriyalı naşirim 00:14:25.355 --> 00:14:26.976 Muxtar Bakare haqda bilsəydi, 00:14:27.000 --> 00:14:29.048 bilsəydi ki o bankdakı işini tərk edərək 00:14:29.072 --> 00:14:31.977 arzularını gerçəkləşdirmək üçün nəşriyyat açıb, necə olardı? 00:14:32.001 --> 00:14:35.688 Çoxları inanırdı ki, nigeriyalılar ədəbiyyat oxumur. 00:14:35.712 --> 00:14:36.966 O razılaşmadı. 00:14:36.990 --> 00:14:40.076 O başa düşdü ki, oxumağı bacaran hər kəs oxuyacaq. 00:14:40.100 --> 00:14:43.976 Təki sən ədəbiyyatı əl çatan və göz qabağında et. NOTE Paragraph 00:14:44.666 --> 00:14:46.976 Mənim ilk romanımı nəşr edəndən qısa müddət sonra 00:14:47.000 --> 00:14:49.976 mən müsahibə vermək üçün Laqosda bir TV kanala getdim. 00:14:50.000 --> 00:14:53.191 Xəbərlərdə işləyən bir qadın mənə yaxınlaşdı və dedi: 00:14:53.215 --> 00:14:55.976 "Mən sizin romanı doğrudan da bəyəndim. Təkcə sonunu xoşlamadım. 00:14:56.000 --> 00:14:59.239 Siz onun davamını yazmalısınız, necə yazacağınızı deyim..." 00:14:59.263 --> 00:15:01.977 (Gülüş) 00:15:02.001 --> 00:15:04.977 Beləcə mənə bu romanın arxasını necə yazacağımı danışmağa başladı. 00:15:05.564 --> 00:15:07.976 Mən heyrətə gəlməklə yanaşı, həm də həyəcanlanmışdım. 00:15:08.000 --> 00:15:10.976 Orda, özünü oxucu hesab etməyən, 00:15:11.000 --> 00:15:13.003 siravi nigeriyalı saya biləcəyimiz qadın var idi. 00:15:13.901 --> 00:15:15.525 O, təkcə kitabı oxumaqla kifayətlənməmişdi, 00:15:15.549 --> 00:15:17.358 həm də ona yiyələnmişdi 00:15:17.382 --> 00:15:20.485 və özünü davamını necə yazacağımı deməkdə haqlı sayırdı. NOTE Paragraph 00:15:21.580 --> 00:15:24.976 Görəsən otaq yoldaşım dostum Fumi Ondanı - 00:15:25.000 --> 00:15:27.976 Laqosda TV şouda aparıcılıq edən 00:15:28.000 --> 00:15:31.000 və unutmağı seçdiyimiz hekayələri danışmağa ömrünü həsr edən bu qorxusuz qadını tanısaydı necə olardı? 00:15:31.695 --> 00:15:34.976 Görəsən otaq yoldaşım keçən həftə Laqos xəstəxanasında 00:15:35.000 --> 00:15:37.976 keçirilən ürək əməliyyatı haqda bilsəydi necə olardı? 00:15:38.000 --> 00:15:41.976 Görəsən otaq yoldaşım müasir Nigeriya musiqisi haqda, 00:15:42.000 --> 00:15:44.976 ingiliscə və pidcin dilində, 00:15:45.000 --> 00:15:46.976 iqbo, yoruba və ico dillərində oxuyan, 00:15:47.000 --> 00:15:50.976 Cey-Zidən Felaya, Bob Merlidən onların babalarına qədər 00:15:51.000 --> 00:15:53.182 fərqli təsirləri qarışdıran istedadlı insanlar haqda bilsəydi necə olardı? 00:15:54.000 --> 00:15:56.239 Görəsən otaq yoldaşım təzəlikcə 00:15:56.263 --> 00:15:59.976 pasportlarını dəyişmək istəyən qadınlar üçün ərlərindən razılıq tələb edən gülünc qanunu 00:16:00.000 --> 00:16:02.976 dəyişmək üçün Nigeriya məhkəməsinə üz tutan 00:16:03.000 --> 00:16:05.976 hüquqşünas qadını tanısaydı necə olardı? 00:16:06.000 --> 00:16:08.976 Görəsən otaq yoldaşım Nollivud haqda, 00:16:09.000 --> 00:16:13.380 böyük texniki çətinliklərə baxmayaraq film çəkən yaradıcı insanlar barədə bilsə necə olardı? 00:16:13.404 --> 00:16:14.976 Bu filmlər çox məşhurdur 00:16:15.000 --> 00:16:19.976 və nigeriyalıların nə istehsal edib nə istehlak etdiyinə çox gözəl nümunələrdir. 00:16:20.000 --> 00:16:23.286 Görəsən otaq yoldaşım saç dəstləri satmaqla təzəlikcə öz şəxsi biznesini quran, 00:16:23.310 --> 00:16:26.976 saçlarımı hörən saç ustam haqda eşitsəydi necə olardı? 00:16:27.000 --> 00:16:30.976 Ya da digər öz işlərini quran, hərdən uğursuz olan, 00:16:31.000 --> 00:16:33.938 amma arzulamağa davam edən milyonlarla nigeriyalıdan? NOTE Paragraph 00:16:35.000 --> 00:16:36.976 Hər dəfə vətənə qayıdanda 00:16:37.000 --> 00:16:39.976 bir çox nigeriyalını narahat edən şeylərlə qarşılaşıram: 00:16:40.000 --> 00:16:43.444 yararsız infrastrukturla, müflisləşmiş hökümətlə... 00:16:43.468 --> 00:16:45.523 Amma, bunlarla yanaşı, insanlarla. 00:16:45.547 --> 00:16:48.976 O insanlar ki, hökümət dəstəyi almaq bir yana, 00:16:49.000 --> 00:16:50.261 hətta bu hökümətə rəğmən ağlasığmaz möhkəmlik göstərirlər. 00:16:51.373 --> 00:16:53.976 Hər yay mən Laqosda yazıçılıq kursları keçirəm. 00:16:54.000 --> 00:16:56.976 Xeyli insanın müraciət etməsi, 00:16:57.000 --> 00:16:59.976 xeyli insanın yazıçı olmağa, 00:17:00.000 --> 00:17:01.386 hekayələr danışmağa can atması məni heyrətləndirir. NOTE Paragraph 00:17:02.275 --> 00:17:05.298 Nigeriyalı naşirimlə mən təzəlikcə bir qeyri-kommersiya təşkilatı yaratmışıq, 00:17:05.322 --> 00:17:06.976 Təşkilat Farafina Trast adlanır. 00:17:07.000 --> 00:17:09.976 Bizim kitabxanalar yaratmaq, 00:17:10.000 --> 00:17:12.143 mövcud kitabxanaları bərpa etmək, 00:17:12.167 --> 00:17:14.976 kitabxanalarında heç nəyi olmayan 00:17:15.000 --> 00:17:17.096 dövlət kitabları üçün kitab təmin etmək 00:17:17.120 --> 00:17:19.501 və çoxlu-çoxlu oxuma-yazma kursları 00:17:19.525 --> 00:17:20.976 təşkil etmək kimi böyük arzularımız var. 00:17:21.000 --> 00:17:24.199 Bizim sayca çox olan hekayələrimizi danışmağa can atanlar üçün. 00:17:24.326 --> 00:17:25.976 Hekayələr vacibdir. 00:17:26.000 --> 00:17:27.976 Hekayələrin çoxluğu vacibdir. 00:17:28.000 --> 00:17:31.976 Hekayələr oğurluqda, böhtanda istifadə edildi. 00:17:32.000 --> 00:17:35.976 Amma hekayələr həm də gücləndirməkdə və humanistləşmədə də istifadə edilə bilər. 00:17:36.642 --> 00:17:38.976 Hekayələr insanların ləyaqətini qıra bilər, 00:17:39.000 --> 00:17:42.703 amma hekayələr həm də qırılmış ləyaqəti bərpa da edə bilər. NOTE Paragraph 00:17:44.000 --> 00:17:46.048 Amerikalı yazıçı Elis Uolker bunu 00:17:46.072 --> 00:17:49.976 şimala köç edən cənublu yaxınları barədə yazıb. 00:17:50.000 --> 00:17:51.976 Onların geridə qoyduqları cənublu həyatlarını 00:17:52.000 --> 00:17:54.068 bir kitabda belə ifadə edib: 00:17:55.592 --> 00:17:58.976 "Yanımda oturdular, özləri də kitab oxuyurdular, 00:17:59.000 --> 00:18:04.528 mən oxuyanda da qulaq asırdılar və elə bil hər yer cənnətə dönmüşdü." 00:18:05.579 --> 00:18:08.441 Nitqimi bu sözlərlə bitirmək istəyirəm: 00:18:08.465 --> 00:18:10.976 Tək hekayəni qəbul etməyəndə, 00:18:11.000 --> 00:18:13.976 bir yer haqqında tək bir hekayənin olmadığını 00:18:14.000 --> 00:18:16.441 başa düşəndə 00:18:16.465 --> 00:18:17.976 elə bil hər yer cənnətə dönəcək. 00:18:18.695 --> 00:18:19.817 Çox sağ olun. 00:18:19.841 --> 00:18:22.841 (Alqış)