1 00:00:00,000 --> 00:00:01,976 Mən hekayənəvisəm. 2 00:00:02,000 --> 00:00:04,976 Sizə bir neçə şəxsi hekayə danışmaq istəyirəm. 3 00:00:05,000 --> 00:00:09,976 Onlara "tək hekayənin təhlükəsi" adını vermişəm. 4 00:00:10,746 --> 00:00:13,976 Mən şərqi Nigeriyda bir universitet şəhərciyində böyümüşəm. 5 00:00:14,158 --> 00:00:17,467 Anam deyir ki, mən oxumağa iki yaşımdan başlamışam, 6 00:00:17,491 --> 00:00:20,507 amma düşünürəm ki, dörd desəm daha düzgün olar. 7 00:00:21,753 --> 00:00:23,564 Yəni, mən oxumağa erkən başlamışam. 8 00:00:23,588 --> 00:00:26,976 Oxuduqlarım da ingilis və amerikan uşaq ədəbiyyatı idi. 9 00:00:27,706 --> 00:00:29,976 Mən həm də yazmağa erkən başlamışam 10 00:00:30,000 --> 00:00:33,976 və yazmağa başlayanda təxminən yeddi yaşım vardı. 11 00:00:34,000 --> 00:00:36,048 Karandaşla hekayələr yazır və onları şəkillərlə bəzəyirdim, 12 00:00:36,072 --> 00:00:39,604 yazıq anamı onları oxumağa məcbur edirdim. 13 00:00:39,628 --> 00:00:43,196 Yazdığım hekayələr tamamilə oxuduqlarım kimi idi: 14 00:00:43,220 --> 00:00:47,976 Bütün qəhramanlarım ağ-dərili və mavi gözlü idi, 15 00:00:48,000 --> 00:00:50,307 onlar qarda oynayırdılar, 16 00:00:50,331 --> 00:00:52,418 alma yeyirdilər 17 00:00:52,442 --> 00:00:53,839 (Gülüş) 18 00:00:54,013 --> 00:00:56,024 və onlar xeyli hava haqqında danışırdılar. 19 00:00:56,048 --> 00:00:58,176 "Necə də gözəl günəş çıxıb." 20 00:00:58,409 --> 00:01:00,373 (Gülüş) 21 00:01:00,397 --> 00:01:03,531 Halbuki, mən faktiki olaraq Nigeriyada yaşayırdım, 22 00:01:03,555 --> 00:01:05,333 heç vaxt da Nigeriyadan xaricdə olmamışdım. 23 00:01:07,143 --> 00:01:10,404 Bizdə qar yağmır, biz manqo yeyirik 24 00:01:10,428 --> 00:01:12,276 və biz heç vaxt hava haqqında danışmırıq, 25 00:01:12,300 --> 00:01:13,976 çünki ehtiyac yoxdur. 26 00:01:14,269 --> 00:01:16,976 Bundan əlavə, qəhramanlarım çoxlu zəncəfilli pivə içirdi, 27 00:01:17,000 --> 00:01:19,381 çünki oxuduğum ingilis kitablarındakı qəhramanlar 28 00:01:19,405 --> 00:01:20,976 zəncəfilli pivə içirdilər. 29 00:01:21,301 --> 00:01:22,711 Amma zəncəfilli pivənin nə olduğu haqda mənim heç təsəvvürüm belə yox idi. 30 00:01:24,121 --> 00:01:25,531 (Gülüş) 31 00:01:25,555 --> 00:01:27,005 Uzun illər boyunca da 32 00:01:27,029 --> 00:01:29,976 zəncəfilli pivənin dadına baxmaq mənim üçün ümidsiz arzu olaraq qaldı. 33 00:01:30,476 --> 00:01:31,976 Amma bu başqa hekayədir. 34 00:01:32,000 --> 00:01:34,483 Məncə, bu o deməkdir ki, 35 00:01:34,507 --> 00:01:37,361 biz hekayələrin qarşısında 36 00:01:37,385 --> 00:01:38,976 necə də həssas və zəif oluruq, 37 00:01:39,000 --> 00:01:40,385 xüsusilə də uşaq yaşlarımızda. 38 00:01:41,639 --> 00:01:45,409 Çünki oxuduğum bütün kitablarda qəhramanların hamısı əcnəbi idi, 39 00:01:45,433 --> 00:01:47,552 mən düşünməyə başlamışdım ki, bu kitablarda 40 00:01:47,576 --> 00:01:50,746 təbii olaraq ancaq əcnəbilər olmalıdır 41 00:01:50,770 --> 00:01:54,489 və mənim şəxsən aşina olduğum şeylər haqda olmamalıdır. 42 00:01:55,600 --> 00:01:58,219 Amma Afrika kitablarını kəşf etməyimlə işlər dəyişdi. 43 00:01:59,000 --> 00:02:00,976 Onların çoxu elə də tanınmır, 44 00:02:01,000 --> 00:02:03,869 və xarici kitablar kimi asan tapılan deyil. 45 00:02:03,893 --> 00:02:06,976 Amma Çinua Açebe və Kamara Laye kimi yazıçıların sayəsində 46 00:02:07,000 --> 00:02:10,976 mənim ədəbiyyat barədə fikirlərim dəyişdi. 47 00:02:11,000 --> 00:02:13,214 Başa düşdüm ki, mənim kimi insanlar 48 00:02:13,238 --> 00:02:15,245 - şokolad rəngli dərili, 49 00:02:15,269 --> 00:02:18,531 "at quyruğu" formasına gəlməyən buruq saçlı qızlar - 50 00:02:18,555 --> 00:02:20,365 da ədəbiyyatda mövcuddur. 51 00:02:20,682 --> 00:02:23,976 Mən bələd olduğum şeylər haqqında yazmağa başladım. 52 00:02:24,737 --> 00:02:27,976 Oxuduğum amerikan və ingilis kitablarını xoşlayırdım. 53 00:02:28,000 --> 00:02:31,976 Onlar mənim təxəyyülümü oyatdı, mənə yeni dünyalar açdı. 54 00:02:32,000 --> 00:02:33,976 Amma arzuolunmayan nəticə o idi ki, 55 00:02:34,000 --> 00:02:36,048 mən mənim kimi insanların 56 00:02:36,072 --> 00:02:37,498 ədəbiyyatda mövcud olduğunu bilmirdim. 57 00:02:38,451 --> 00:02:41,976 Beləliklə, afrikalı yazıçıları kəşf etmək 58 00:02:42,000 --> 00:02:45,877 məni kitablar haqqında tək hekayəyə sahib olmaqdan xilas etdi. 59 00:02:47,000 --> 00:02:49,976 Mən adi, orta-gəlirli nigeriyalı ailədənəm. 60 00:02:50,000 --> 00:02:51,976 Atam professor idi. 61 00:02:52,385 --> 00:02:54,068 Anam isə idarəçi. 62 00:02:55,369 --> 00:02:58,171 Bizim evdə, təbii olaraq, 63 00:02:58,195 --> 00:03:02,544 əsasən yaxın kəndlərdən olan köməkçilər olurdu. 64 00:03:03,182 --> 00:03:06,468 Mən səkkiz yaşıma keçəndə evə yeni köməkçi gəldi. 65 00:03:07,102 --> 00:03:08,356 Onun adı Fide idi. 66 00:03:09,658 --> 00:03:13,959 Anamın onun haqda dediyi tək şey onun ailəsinin kasıb olduğu idi. 67 00:03:15,000 --> 00:03:19,976 Anam onun ailəsinə yams və düyü, bir də bizim köhnə paltarlarımızı göndərirdi. 68 00:03:20,000 --> 00:03:22,620 Mən yeməyimi axıra kimi yeməyəndə anam 69 00:03:22,644 --> 00:03:26,976 “Hamısını ye, bilmirsən Fidenin ailəsi kimi insanların heç nəyi yoxdur?!” deyirdi. 70 00:03:27,000 --> 00:03:30,976 Mənim Fidenin ailəsinin halına acıyırdım. 71 00:03:31,576 --> 00:03:34,473 Sonra bir cümə axşamı biz onlara baş çəkmək üçün kəndlərinə getdik 72 00:03:34,497 --> 00:03:37,976 və onun anası bizə gözəl naxışlı səbət göstərdi. 73 00:03:38,000 --> 00:03:40,976 Bunu onun qardaşı boyanmış rafiyadan düzəltmişdi. 74 00:03:41,000 --> 00:03:42,976 Mən heyrətə gəlmişdim. 75 00:03:43,000 --> 00:03:45,976 Mənim heç vaxt ağlıma gəlməzdi ki, onun ailəsində 76 00:03:46,000 --> 00:03:48,976 kimsə nəsə düzəldə bilər. 77 00:03:49,000 --> 00:03:51,976 Onlar haqda eşitdiyim tək şey onların necə də kasıb olduğu idi, 78 00:03:52,000 --> 00:03:56,467 buna görə də kasıblıqdan başqa bir şeylə qarşılaşacağıma inanmırdım. 79 00:03:57,143 --> 00:03:59,514 Onların kasıblığı onlar haqda bildiyim tək hekayə idi. 80 00:04:01,000 --> 00:04:03,524 İllər sonra, mən Nigeriyanı tərk edib 81 00:04:03,548 --> 00:04:06,230 təhsil üçün Birləşmiş Ştatlara gələndə bu haqda düşündüm. 82 00:04:06,341 --> 00:04:07,674 19 yaşım vardı. 83 00:04:08,421 --> 00:04:11,198 Amerikalı otaq yoldaşım heyrətə düşmüşdü. 84 00:04:12,000 --> 00:04:15,586 İngiliscə belə gözəl danışmağı harada öyrəndiyimi soruşdu 85 00:04:15,610 --> 00:04:17,698 və mən Nigeriyada 86 00:04:17,722 --> 00:04:20,436 ingilis dilinin rəsmi dil olduğunu deyəndə o təəccübləndi. 87 00:04:21,753 --> 00:04:25,976 O “qəbilə musiqisi” adlandırdığı musiqimizə qulaq asmaq istəyəndə də 88 00:04:26,000 --> 00:04:27,976 xeyli çaşqınlıq keçirdi, 89 00:04:28,000 --> 00:04:29,976 çünki mən ona Merayya Keri kasetini göstərmişdim. 90 00:04:30,000 --> 00:04:32,976 (Gülüş) 91 00:04:33,000 --> 00:04:36,693 Ona elə gəlirdi ki, mən mətbəx plitəsinin necə istifadə edildiyini bilmirəm. 92 00:04:37,782 --> 00:04:39,038 Mənə toxunan nə idi? 93 00:04:39,062 --> 00:04:42,137 Onun hələ məni tanımazdan əvvəl mənə ürəyi acımışdı. 94 00:04:42,528 --> 00:04:45,976 Onun mənə qarşı ilk mövqeyi, bir afrikalı kimi 95 00:04:46,000 --> 00:04:49,036 bir az yuxarıdan aşağı və rəhm dolu idi. 96 00:04:50,000 --> 00:04:53,496 Otaq yoldaşımın Afrika haqda tək hekayəsi vardı: 97 00:04:53,623 --> 00:04:55,977 bədbəxtlik haqda tək hekayə. 98 00:04:56,412 --> 00:04:57,698 Bu tək hekayədə 99 00:04:57,722 --> 00:05:01,976 bir afrikalının ona oxşamasının mümkünlüyünə yer yox idi. 100 00:05:02,000 --> 00:05:04,976 Rəhmdən daha qarışıq hisslərə də... 101 00:05:05,000 --> 00:05:08,976 Bərabər insanlar kimi ünsiyyətin mümkünlüyünə də... 102 00:05:09,000 --> 00:05:11,123 Onu da deməliyəm ki, Birləşmiş Ştatlara getməmişdən əvvəl 103 00:05:11,147 --> 00:05:13,428 özümü heç vaxt afrikalı kimi təqdim etməmişdim. 104 00:05:14,000 --> 00:05:16,976 Amma ABŞ-da, Afrikadan söz düşəndə hamı üzünü mənə tuturdu. 105 00:05:17,000 --> 00:05:19,746 Mənim Namibiya kimi yerlərlə bağlı heç nə bilmədiyimi ağıllarına da gətirmirdilər. 106 00:05:21,000 --> 00:05:23,096 Amma mən bu yeni kimliyi qəbul etdim 107 00:05:23,120 --> 00:05:25,976 və bir çox tərəfdən özümü bir afrikalı kimi qəbul edirəm. 108 00:05:26,000 --> 00:05:29,976 Buna baxmayaraq, mən hələ də Afrika ölkə kimi qəbul ediləndə əsəbiləşirəm. 109 00:05:30,000 --> 00:05:33,976 Misal üçün, elə bu yaxınlarda, 110 00:05:34,000 --> 00:05:35,285 2 gün əvvəl Laqosdan qayıdanda 111 00:05:35,309 --> 00:05:38,191 Virgin havayollarında səslənən 112 00:05:38,215 --> 00:05:42,976 bir elanda belə dedilər: "Hindistan, Afrika və digər ölkələr." 113 00:05:43,000 --> 00:05:44,317 (Gülüş) 114 00:05:44,476 --> 00:05:47,976 Bundan sonra mən ABŞ-da bir afrikalı kimi bir neçə il qaldım. 115 00:05:48,000 --> 00:05:51,174 Mən otaq yoldaşımın mənə münasibətini başa düşməyə başladım. 116 00:05:52,000 --> 00:05:54,025 Əgər mən Nigeriyada böyüməsəydim 117 00:05:54,049 --> 00:05:57,190 və mənim Afrika ilə bağlı ancaq hamının bildiyi şeyləri bilsəydim 118 00:05:57,214 --> 00:06:02,386 mən də Afrikanın gözəl mənzərəli, 119 00:06:02,410 --> 00:06:03,976 gözəl heyvanların 120 00:06:04,000 --> 00:06:05,976 və anlaşılmaz insanların yaşadığı yer kimi təsəvvür edərdim. 121 00:06:06,000 --> 00:06:09,631 O insanlar ki, mənasız müharibələr edir, aclıqdan və QİÇS-dən ölür, 122 00:06:09,655 --> 00:06:11,976 öz yerlərinə danışa bilmir 123 00:06:12,000 --> 00:06:16,155 və qayğıkeş, ağ-dərili əcnəbi tərəfindən xilası gözləyirlər. 124 00:06:16,928 --> 00:06:19,097 Mən də afrikalılara o gözlə baxardım, 125 00:06:19,121 --> 00:06:21,824 necə ki uşaq olanda Fidenin ailəsinə elə baxırdım. 126 00:06:23,000 --> 00:06:26,976 Nəticə etibarilə, fikrimcə Afrikanın tək hekayəsi Qərb ədəbiyyatından gəlir. 127 00:06:27,000 --> 00:06:31,976 Bu sitat Con Lok adlı 128 00:06:32,000 --> 00:06:34,976 1561-ci ildə qərbi Afrikaya səyahət etmiş 129 00:06:35,000 --> 00:06:38,663 və təssüratlarını qeydə almış londonlu tacirə aiddir. 130 00:06:40,203 --> 00:06:43,976 Qara-dərili afrikalılar haqda "evləri olmayan vəhşilər" deyəndən sonra 131 00:06:44,000 --> 00:06:47,976 o əlavə edir: "Onlar həm də başsızdırlar, 132 00:06:48,000 --> 00:06:51,968 ağızları və gözləri də sinələrindədir." 133 00:06:53,000 --> 00:06:55,096 Bunu hər dəfə oxuyanda gülürəm. 134 00:06:55,120 --> 00:06:58,500 Con Lokun təxəyyülünə heyran olmamaq olmur. 135 00:06:59,373 --> 00:07:01,239 Amma onun yazdıqlarında vacib olan şey 136 00:07:01,263 --> 00:07:02,976 bunun Qərb ədəbiyyatındakı 137 00:07:03,000 --> 00:07:05,976 ənənəvi Afrika hekayələrinin təməlini qoymasıdır. 138 00:07:06,000 --> 00:07:09,367 Səhra-altı Afrikanın mənfilərlə dolu, 139 00:07:09,479 --> 00:07:11,634 fərqli, qaranlıq, 140 00:07:11,658 --> 00:07:16,976 görkəmli şair Redyard Kiplinqin təbirilə desəm, 141 00:07:17,000 --> 00:07:18,941 "yarı şeytan, yarı uşaq" insanların yaşadığı bir yer olduğuna dair təhkiyə ənənəsi. 142 00:07:20,211 --> 00:07:22,976 Beləliklə, mən başa düşməyə başladım ki, mənim amerikalı otaq yoldaşım 143 00:07:23,000 --> 00:07:24,976 həyatı boyunca 144 00:07:25,000 --> 00:07:28,976 bu tək hekayənin müxtəlif versiyalarını eşidib və görüb. 145 00:07:29,000 --> 00:07:30,976 Bu bir professorun bir dəfə 146 00:07:31,000 --> 00:07:34,766 romanım haqda "həqiqi Afrika belə olmur" deməsinə oxşayır. 147 00:07:35,869 --> 00:07:37,560 Romanımda bəzi şeylərin 148 00:07:37,584 --> 00:07:40,679 səhv olduğu, 149 00:07:40,703 --> 00:07:43,976 bəzi hissələrin zəif olduğu ilə razılaşıram, 150 00:07:44,000 --> 00:07:46,239 amma heç vaxt fikirləşməmişdim ki, 151 00:07:46,263 --> 00:07:48,976 "həqiqi Afrika"nı ifadə etməkdə iflasa uğramışam. 152 00:07:49,000 --> 00:07:52,706 Fakt o idi ki, mən "həqiqi Afrika"nın nə olduğunu bilmirdim. 153 00:07:54,000 --> 00:07:58,396 Professor mənə dedi ki, mənim qəhramanlarım ona çox oxşayır, 154 00:07:58,420 --> 00:08:00,396 təhsillidirlər və orta-gəlirli adamlardır. 155 00:08:00,420 --> 00:08:02,522 Qəhramanlarım maşın sürürdülər. 156 00:08:02,546 --> 00:08:04,976 Onlar acından qırılıb ölmürdülər. 157 00:08:05,000 --> 00:08:07,927 Ona görə də, bu "həqiqi Afrika" romanı deyildi. 158 00:08:09,000 --> 00:08:11,976 Amma onu da deməliyəm ki, mən də 159 00:08:12,000 --> 00:08:14,070 tək hekayə məsələsində ən az onun qədər günahkaram. 160 00:08:15,000 --> 00:08:17,991 Bir neçə il əvvəl, Mən ABŞ-dan Meksikaya getdim. 161 00:08:19,000 --> 00:08:21,667 ABŞ-da siyasi atmosfer o vaxt çox gərgin idi 162 00:08:21,691 --> 00:08:24,976 və immiqrasiya haqda müzakirələr gedirdi. 163 00:08:25,000 --> 00:08:26,976 Amerikada, demək olar, həmişə olduğu kimi 164 00:08:27,000 --> 00:08:29,976 immiqrasiya sözü meksikalı sözü ilə eyni mənanı verirdi. 165 00:08:30,698 --> 00:08:32,631 Meksikalıların sonsuz sayda hekayələri vardı. 166 00:08:32,655 --> 00:08:35,976 Səhiyyə sistemini talayan, 167 00:08:36,000 --> 00:08:37,976 sərhəddən gizlin keçən, 168 00:08:38,000 --> 00:08:40,465 sərhəddə tutulan və s. insanlar haqda... 169 00:08:42,163 --> 00:08:45,976 Yadımdadır ki, Qvadalaxarada gəzməyə çıxdığım ilk gün 170 00:08:46,000 --> 00:08:47,976 işə gedən, 171 00:08:48,000 --> 00:08:49,976 bazar yerlərində lavaş yayan, 172 00:08:50,000 --> 00:08:51,973 siqaret çəkən, gülən insanları müşahidə edirdim. 173 00:08:53,195 --> 00:08:55,976 Yadımdadır ki, ilk təəssüratımda bir az təəccüb vardı. 174 00:08:56,000 --> 00:08:58,976 Sonra bu hissimə görə hədsiz utandım. 175 00:08:59,341 --> 00:09:03,976 Başa düşdüm ki, mən medianın yaratdığı meksikalı anlayışına qapılmışam, 176 00:09:04,000 --> 00:09:06,000 mənim ağlıma gələn tək şey 177 00:09:06,024 --> 00:09:07,849 "bədbəxt immiqrant" idi. 178 00:09:08,769 --> 00:09:11,191 Mənim meksikalılar haqda tək hekayəm vardı 179 00:09:11,215 --> 00:09:13,722 və özümdən heç bu qədər utanmamışdım. 180 00:09:14,071 --> 00:09:16,618 Beləliklə, tək hekayə yaratmaq belə bir şeydir: 181 00:09:16,642 --> 00:09:18,976 İnsanlara tək şey göstərmək, 182 00:09:19,000 --> 00:09:20,976 - sadəcə bir tək şey - 183 00:09:21,000 --> 00:09:22,976 yenidən və yenidən. 184 00:09:23,000 --> 00:09:24,515 Beləcə o yaranır. 185 00:09:25,793 --> 00:09:28,239 Tək hekayə haqda danışanda 186 00:09:28,263 --> 00:09:29,952 güc haqqında da danışmamaq mümkünsüzdür. 187 00:09:31,496 --> 00:09:33,244 Iqbo dilində belə bir söz var. 188 00:09:33,268 --> 00:09:36,919 Hər dəfə dünyanın güc strukturları haqda düşünəndə bu sözü xatırlayıram. 189 00:09:36,943 --> 00:09:38,133 Bu söz "nkali"-dir. 190 00:09:38,332 --> 00:09:42,976 Bu ismi təximən "başqasından böyük olma" kimi tərcümə etmək olar. 191 00:09:43,554 --> 00:09:46,482 Bizim iqtisadi və siyasi dünyamız kimi, 192 00:09:46,506 --> 00:09:50,976 hekayələr də nkali-nin prinsipləri ilə müəyyən olunur: 193 00:09:51,000 --> 00:09:52,976 Onların necə danışıldığı, kimlərin danışdığı, 194 00:09:53,000 --> 00:09:56,237 nə vaxt danışdığı, neçə hekayənin danışıldığı 195 00:09:56,261 --> 00:09:58,468 həqiqətən də gücdən asılıdır. 196 00:10:00,000 --> 00:10:03,143 Güc təkcə başqasının hekayəsini danışmaq deyil, 197 00:10:03,167 --> 00:10:06,976 həm də bunu onun qəti hekayəsi etməkdir. 198 00:10:07,000 --> 00:10:09,096 Fələstinli şair Mürid Barğuti yazır ki, 199 00:10:09,120 --> 00:10:11,976 əgər insanların mülkünü əlindən almaq istəyirsənsə 200 00:10:12,000 --> 00:10:14,976 bunun ən sadə yolu onların hekayəsini danışmaqdır 201 00:10:15,000 --> 00:10:17,230 və buna "ikinci" hissədən başlamalısan. 202 00:10:18,484 --> 00:10:22,382 Hekayəyə yerli amerikalıların oxları ilə başlayın, 203 00:10:22,406 --> 00:10:24,976 ingilislərin gəlişi ilə yox. 204 00:10:25,000 --> 00:10:27,977 Beləcə tamam fərqli hekayəniz olacaq. 205 00:10:28,001 --> 00:10:32,433 Hekayəyə Afrikanın uğursuz idarəsilə başlayın, 206 00:10:32,457 --> 00:10:35,976 Afrikada müstəmləkələrin qurulması ilə yox. 207 00:10:36,000 --> 00:10:38,742 Beləcə tamam fərqli hekayəniz olacaq. 208 00:10:40,000 --> 00:10:41,976 Təzəlikcə bir universitetdə çıxışım zamanı 209 00:10:42,000 --> 00:10:45,785 tələbələrdən biri mənə 210 00:10:45,809 --> 00:10:48,928 nigeriyalı kişilərin fiziki şiddətə meyilli olmağının 211 00:10:48,952 --> 00:10:50,896 utandırıcı hal olduğunu dedi. Romanımdakı ata xarakteri kimi. 212 00:10:52,000 --> 00:10:55,976 Mən də ona təzəlikcə "Amerikalı Psixopat" adlı roman oxuduğumu dedim. 213 00:10:56,000 --> 00:10:57,976 (Gülüş) 214 00:10:58,000 --> 00:10:59,976 Gənc amerikalıların serial qatil olması 215 00:11:00,000 --> 00:11:02,976 necə də utanc doğurur. 216 00:11:03,000 --> 00:11:06,976 (Gülüş) 217 00:11:07,000 --> 00:11:12,976 (Alqış) 218 00:11:13,000 --> 00:11:15,976 Bunu əsəbləşib demişdim. 219 00:11:16,000 --> 00:11:17,976 (Gülüş) 220 00:11:18,000 --> 00:11:20,191 Amma bu mənə heç vaxt əsas vermədi ki, 221 00:11:20,215 --> 00:11:23,976 sadəcə bir romanda qəhramanın seriyalı qatil olmasından 222 00:11:24,000 --> 00:11:27,976 bütün amerikalıların da belə olduğu nəticəsini çıxaram. 223 00:11:28,000 --> 00:11:30,976 Bu o demək deyil ki, mən həmin tələbədən daha yaxşı insanam. 224 00:11:31,000 --> 00:11:33,976 Bu o deməkdir ki, Amerikanın mədəni və iqtisadi gücü nəticəsində 225 00:11:34,000 --> 00:11:35,976 mən Amerika haqda çoxlu hekayələr oxumuşam. 226 00:11:36,000 --> 00:11:39,976 Mən Tayleri, Apdaykı, Steynbeki və Qitskilli oxumuşam. 227 00:11:40,000 --> 00:11:42,560 Mənim Amerika haqda tək hekayəm olmayıb. 228 00:11:43,671 --> 00:11:45,377 İllər əvvəl, öyrənəndə ki 229 00:11:45,401 --> 00:11:49,742 uğur qazanmaq üçün yazıçılardan 230 00:11:49,766 --> 00:11:51,976 həqiqətən də bəxbəxt uşaqlıq keçirməsini gözləyirlər, 231 00:11:52,000 --> 00:11:56,000 mən valideynlərimin mənə necə dəhşətli şeylər edə biləcəyini uydurmaq haqda düşünməyə başladım. 232 00:11:56,024 --> 00:11:57,976 (Gülüş) 233 00:11:58,000 --> 00:12:01,976 Amma doğru olan o idi ki, uşaqlığım çox şən, 234 00:12:02,000 --> 00:12:04,976 gülüş və sevgi ilə dolu bir mehriban ailədə keçmişdi. 235 00:12:05,000 --> 00:12:08,211 Amma qaçqın düşərgələrində ölən babalarım da vardı. 236 00:12:08,750 --> 00:12:12,976 Qohumum Poli müvafiq müalicə almadığına görə rəhmətə getdi. 237 00:12:13,000 --> 00:12:15,976 Ən yaxın dostlarımdan biri Okoloma təyyarə qəzasında öldü, 238 00:12:16,000 --> 00:12:18,976 çünki yanğınsöndürən maşınlarımızda su yox idi. 239 00:12:19,000 --> 00:12:21,976 Mən repressiv hərbi hökümətdə böyümüşəm. 240 00:12:22,000 --> 00:12:23,976 Təhsilin səviyyəsi aşağı idi 241 00:12:24,000 --> 00:12:26,976 və bəzən valideynlərim əməkhaqlarını ala bilmirdilər. 242 00:12:27,000 --> 00:12:30,977 Səhər yeməyində cemin, 243 00:12:31,001 --> 00:12:33,498 sonra yağın yoxa çıxdığını görürdüm, 244 00:12:33,522 --> 00:12:35,976 sonra çörək bahalaşdı, 245 00:12:36,000 --> 00:12:37,871 sonra süd məhdudlaşmağa başladı. 246 00:12:39,000 --> 00:12:42,657 Bütün bunlardan əlavə, öyrəşdiyimiz siyasi qorxu 247 00:12:42,681 --> 00:12:44,363 həyatımıza daxil oldu. 248 00:12:45,823 --> 00:12:47,960 Bütün bu hekayələr məni mən edir. 249 00:12:48,457 --> 00:12:51,976 Amma təkcə bu mənfi hekayələrdə təkid etmək 250 00:12:52,000 --> 00:12:54,976 təcrübələrimi dayazlaşdırmaq deməkdir 251 00:12:55,000 --> 00:12:58,664 və məni formalaşdıran digər çoxlu hekayələri gözdən qaçırmaqdır. 252 00:12:59,394 --> 00:13:01,976 Tək hekayə stereotipləri yaradır 253 00:13:02,000 --> 00:13:06,976 və steretiplərlə bağlı problem onların səhv olmasında deyil, 254 00:13:07,000 --> 00:13:08,976 onların yarımçıq olmasındadır. 255 00:13:09,357 --> 00:13:11,960 Onlar bir hekayəni tək hekayə edir. 256 00:13:13,000 --> 00:13:15,572 Əlbəttə, Afrika bədbəxtliklərlə dolu qitədir: 257 00:13:15,596 --> 00:13:18,976 Bir tərəfdə dəhşətli zorlamaların olduğu böyük Konqo, 258 00:13:19,000 --> 00:13:20,626 digər tərəfdə ürək sıxan, 259 00:13:20,650 --> 00:13:25,150 bir iş vakansiyasına 5000 nəfərin müraciət etdiyi Nigeriya var. 260 00:13:26,000 --> 00:13:29,563 Amma bədbəxtliklə bağlı olmayan başqa hekayələr də var 261 00:13:29,587 --> 00:13:32,976 və onlar haqqında danışmaq da digərlərində olduğu kimi çox vacibdir. 262 00:13:33,000 --> 00:13:34,976 Mən həmişə hiss etmişəm ki, 263 00:13:35,000 --> 00:13:37,976 bir yeri və ya insanı tanımaq 264 00:13:38,000 --> 00:13:41,976 onun haqqındakı bütün hekayələri bilmədən mümkün deyil. 265 00:13:42,000 --> 00:13:45,580 Tək hekayənin aqibəti budur: 266 00:13:45,604 --> 00:13:47,561 insanın ləyaqətini əlindən alır. 267 00:13:48,332 --> 00:13:51,976 İnsanların bərabərliyini tanımağımızı çətinləşdirir. 268 00:13:52,000 --> 00:13:56,164 Bu bizim oxşarlığımızdan daha çox, fərqli olmağımızı vurğulayır. 269 00:13:57,000 --> 00:13:59,489 Meksika səfərimdən əvvəl 270 00:13:59,513 --> 00:14:02,976 immiqrasiya haqda müzakirələri hər iki tərəfdən 271 00:14:03,000 --> 00:14:04,976 - ABŞ və Meksika tərəfdən izləsəydim görəsən necə olardı? 272 00:14:05,000 --> 00:14:08,976 Görəsən anam Fidenin ailəsinin kasıblığı ilə yanaşı 273 00:14:09,000 --> 00:14:10,976 çox çalışqan olduğunu desəydi necə olardı? 274 00:14:11,000 --> 00:14:13,096 Görəsən Afrika haqda müxtəlif hekayələri 275 00:14:13,120 --> 00:14:16,976 bütün dünyaya yayımlayan telekanalımız olsaydı necə olardı? 276 00:14:17,000 --> 00:14:21,331 Nigeriyalı yazıçı Çinua Açebe bunu "hekayələrin balansı" adlandırır. 277 00:14:21,355 --> 00:14:25,331 Görəsən otaq yoldaşım Nigeriyalı naşirim 278 00:14:25,355 --> 00:14:26,976 Muxtar Bakare haqda bilsəydi, 279 00:14:27,000 --> 00:14:29,048 bilsəydi ki o bankdakı işini tərk edərək 280 00:14:29,072 --> 00:14:31,977 arzularını gerçəkləşdirmək üçün nəşriyyat açıb, necə olardı? 281 00:14:32,001 --> 00:14:35,688 Çoxları inanırdı ki, nigeriyalılar ədəbiyyat oxumur. 282 00:14:35,712 --> 00:14:36,966 O razılaşmadı. 283 00:14:36,990 --> 00:14:40,076 O başa düşdü ki, oxumağı bacaran hər kəs oxuyacaq. 284 00:14:40,100 --> 00:14:43,976 Təki sən ədəbiyyatı əl çatan və göz qabağında et. 285 00:14:44,666 --> 00:14:46,976 Mənim ilk romanımı nəşr edəndən qısa müddət sonra 286 00:14:47,000 --> 00:14:49,976 mən müsahibə vermək üçün Laqosda bir TV kanala getdim. 287 00:14:50,000 --> 00:14:53,191 Xəbərlərdə işləyən bir qadın mənə yaxınlaşdı və dedi: 288 00:14:53,215 --> 00:14:55,976 "Mən sizin romanı doğrudan da bəyəndim. Təkcə sonunu xoşlamadım. 289 00:14:56,000 --> 00:14:59,239 Siz onun davamını yazmalısınız, necə yazacağınızı deyim..." 290 00:14:59,263 --> 00:15:01,977 (Gülüş) 291 00:15:02,001 --> 00:15:04,977 Beləcə mənə bu romanın arxasını necə yazacağımı danışmağa başladı. 292 00:15:05,564 --> 00:15:07,976 Mən heyrətə gəlməklə yanaşı, həm də həyəcanlanmışdım. 293 00:15:08,000 --> 00:15:10,976 Orda, özünü oxucu hesab etməyən, 294 00:15:11,000 --> 00:15:13,003 siravi nigeriyalı saya biləcəyimiz qadın var idi. 295 00:15:13,901 --> 00:15:15,525 O, təkcə kitabı oxumaqla kifayətlənməmişdi, 296 00:15:15,549 --> 00:15:17,358 həm də ona yiyələnmişdi 297 00:15:17,382 --> 00:15:20,485 və özünü davamını necə yazacağımı deməkdə haqlı sayırdı. 298 00:15:21,580 --> 00:15:24,976 Görəsən otaq yoldaşım dostum Fumi Ondanı - 299 00:15:25,000 --> 00:15:27,976 Laqosda TV şouda aparıcılıq edən 300 00:15:28,000 --> 00:15:31,000 və unutmağı seçdiyimiz hekayələri danışmağa ömrünü həsr edən bu qorxusuz qadını tanısaydı necə olardı? 301 00:15:31,695 --> 00:15:34,976 Görəsən otaq yoldaşım keçən həftə Laqos xəstəxanasında 302 00:15:35,000 --> 00:15:37,976 keçirilən ürək əməliyyatı haqda bilsəydi necə olardı? 303 00:15:38,000 --> 00:15:41,976 Görəsən otaq yoldaşım müasir Nigeriya musiqisi haqda, 304 00:15:42,000 --> 00:15:44,976 ingiliscə və pidcin dilində, 305 00:15:45,000 --> 00:15:46,976 iqbo, yoruba və ico dillərində oxuyan, 306 00:15:47,000 --> 00:15:50,976 Cey-Zidən Felaya, Bob Merlidən onların babalarına qədər 307 00:15:51,000 --> 00:15:53,182 fərqli təsirləri qarışdıran istedadlı insanlar haqda bilsəydi necə olardı? 308 00:15:54,000 --> 00:15:56,239 Görəsən otaq yoldaşım təzəlikcə 309 00:15:56,263 --> 00:15:59,976 pasportlarını dəyişmək istəyən qadınlar üçün ərlərindən razılıq tələb edən gülünc qanunu 310 00:16:00,000 --> 00:16:02,976 dəyişmək üçün Nigeriya məhkəməsinə üz tutan 311 00:16:03,000 --> 00:16:05,976 hüquqşünas qadını tanısaydı necə olardı? 312 00:16:06,000 --> 00:16:08,976 Görəsən otaq yoldaşım Nollivud haqda, 313 00:16:09,000 --> 00:16:13,380 böyük texniki çətinliklərə baxmayaraq film çəkən yaradıcı insanlar barədə bilsə necə olardı? 314 00:16:13,404 --> 00:16:14,976 Bu filmlər çox məşhurdur 315 00:16:15,000 --> 00:16:19,976 və nigeriyalıların nə istehsal edib nə istehlak etdiyinə çox gözəl nümunələrdir. 316 00:16:20,000 --> 00:16:23,286 Görəsən otaq yoldaşım saç dəstləri satmaqla təzəlikcə öz şəxsi biznesini quran, 317 00:16:23,310 --> 00:16:26,976 saçlarımı hörən saç ustam haqda eşitsəydi necə olardı? 318 00:16:27,000 --> 00:16:30,976 Ya da digər öz işlərini quran, hərdən uğursuz olan, 319 00:16:31,000 --> 00:16:33,938 amma arzulamağa davam edən milyonlarla nigeriyalıdan? 320 00:16:35,000 --> 00:16:36,976 Hər dəfə vətənə qayıdanda 321 00:16:37,000 --> 00:16:39,976 bir çox nigeriyalını narahat edən şeylərlə qarşılaşıram: 322 00:16:40,000 --> 00:16:43,444 yararsız infrastrukturla, müflisləşmiş hökümətlə... 323 00:16:43,468 --> 00:16:45,523 Amma, bunlarla yanaşı, insanlarla. 324 00:16:45,547 --> 00:16:48,976 O insanlar ki, hökümət dəstəyi almaq bir yana, 325 00:16:49,000 --> 00:16:50,261 hətta bu hökümətə rəğmən ağlasığmaz möhkəmlik göstərirlər. 326 00:16:51,373 --> 00:16:53,976 Hər yay mən Laqosda yazıçılıq kursları keçirəm. 327 00:16:54,000 --> 00:16:56,976 Xeyli insanın müraciət etməsi, 328 00:16:57,000 --> 00:16:59,976 xeyli insanın yazıçı olmağa, 329 00:17:00,000 --> 00:17:01,386 hekayələr danışmağa can atması məni heyrətləndirir. 330 00:17:02,275 --> 00:17:05,298 Nigeriyalı naşirimlə mən təzəlikcə bir qeyri-kommersiya təşkilatı yaratmışıq, 331 00:17:05,322 --> 00:17:06,976 Təşkilat Farafina Trast adlanır. 332 00:17:07,000 --> 00:17:09,976 Bizim kitabxanalar yaratmaq, 333 00:17:10,000 --> 00:17:12,143 mövcud kitabxanaları bərpa etmək, 334 00:17:12,167 --> 00:17:14,976 kitabxanalarında heç nəyi olmayan 335 00:17:15,000 --> 00:17:17,096 dövlət kitabları üçün kitab təmin etmək 336 00:17:17,120 --> 00:17:19,501 və çoxlu-çoxlu oxuma-yazma kursları 337 00:17:19,525 --> 00:17:20,976 təşkil etmək kimi böyük arzularımız var. 338 00:17:21,000 --> 00:17:24,199 Bizim sayca çox olan hekayələrimizi danışmağa can atanlar üçün. 339 00:17:24,326 --> 00:17:25,976 Hekayələr vacibdir. 340 00:17:26,000 --> 00:17:27,976 Hekayələrin çoxluğu vacibdir. 341 00:17:28,000 --> 00:17:31,976 Hekayələr oğurluqda, böhtanda istifadə edildi. 342 00:17:32,000 --> 00:17:35,976 Amma hekayələr həm də gücləndirməkdə və humanistləşmədə də istifadə edilə bilər. 343 00:17:36,642 --> 00:17:38,976 Hekayələr insanların ləyaqətini qıra bilər, 344 00:17:39,000 --> 00:17:42,703 amma hekayələr həm də qırılmış ləyaqəti bərpa da edə bilər. 345 00:17:44,000 --> 00:17:46,048 Amerikalı yazıçı Elis Uolker bunu 346 00:17:46,072 --> 00:17:49,976 şimala köç edən cənublu yaxınları barədə yazıb. 347 00:17:50,000 --> 00:17:51,976 Onların geridə qoyduqları cənublu həyatlarını 348 00:17:52,000 --> 00:17:54,068 bir kitabda belə ifadə edib: 349 00:17:55,592 --> 00:17:58,976 "Yanımda oturdular, özləri də kitab oxuyurdular, 350 00:17:59,000 --> 00:18:04,528 mən oxuyanda da qulaq asırdılar və elə bil hər yer cənnətə dönmüşdü." 351 00:18:05,579 --> 00:18:08,441 Nitqimi bu sözlərlə bitirmək istəyirəm: 352 00:18:08,465 --> 00:18:10,976 Tək hekayəni qəbul etməyəndə, 353 00:18:11,000 --> 00:18:13,976 bir yer haqqında tək bir hekayənin olmadığını 354 00:18:14,000 --> 00:18:16,441 başa düşəndə 355 00:18:16,465 --> 00:18:17,976 elə bil hər yer cənnətə dönəcək. 356 00:18:18,695 --> 00:18:19,817 Çox sağ olun. 357 00:18:19,841 --> 00:18:22,841 (Alqış)