(Vizyon: Sabahın ideyaları, bugün) (Sir Ken Robinson "Dəyişən paradiqmalar"- 2008 Benjamin Franklin Medalının qalibi). Çox sağ olun. Medalı alanın əslində mən olduğuma təəccübləndiniz? Təəccübləndiniz? Siz təzyiqi hiss edə bilirdiniz, elə deyilmi? "Kim olacaq?" Çox sağ olun. Mən həqiqətən də bu mükafatı aldığıma görə təvazö edirəm. Əvvəl fikirləşirdim ki, cılız hiss etmək normal hiss deyil, elə deyilmi? Mən tez-tez cılız, hörmətsiz, təhqir olunmuş, bilirsiniz, alçaldılmış hiss etmirəm. Ancaq cılız hiss etmək müəyyən qədər köhnə bir hissdir, elə deyilmi? O bugünun hissi deyil. Ancaq mən onu hiss edirəm və xüsusilə də, ən çox diqqətəlayiq bir insan olan Benjamin Franklinin adına olan bu medala sahib olmaq. O, yaxınlıqda, Kreyvn (Craven) küçəsində yaşayırdı. Evi bir neçə metr aralıqdadır və mən sizə ora getməyi və ona baxmağı məsləhət görürəm. Elə təzəcə təmir olunub. Bu, industrializmin inkişafında çox yaxından cəlb olunan, maarifləndirmənin bir hissəsi olan, Yeni Dünyanın yaranma mərkəzində olan və təhsilə böyük həvəsi olan dahi şəxsiyyətin həyatının yenidən çox güclü yaşadılmasıdır. Həmçinin də, elm, incəsənət, humanitar elmlər və siyasətə dərindən marağı olan şəxs. Alim, düşünürəm ki, maarifləndirmənin ürəyi olan Renessans xadimi- və İncəsənt Kral Cəmiyyətinin ilkin əhəmiyyətli üzlərindən biri. Əgər bu insititutu tanımırsınızsa, məsləhət görürəm ki, onun haqqında araşdırasınız. Düşünürəm ki, düz deyirəm, 1753-cü ildə Vilyam Şipli tərəfindən əsası qoyulub və bütöv adı İncəsənət, İstehsal və Ticarətin Təşviqi üzrə Kral Cəmiyyətidir. Və onun dövlət təhsilinin müvafiq formalarının yayılması və təbliği ilə bağlı uzun tarixi vardır. Mənim özümün də ora ilə uzun bağlılığım olub. Mən burada mühazirə demişəm -hətta Mateu bunu bilməyə bilər- 1990-cı ilin iyulunda məhz bu otaqda.