Texnologiya, incəsənət və elm arasındakı kəsişmə nədən ibarətdir? Maraq və təəccüb, çünki o bizi araşdırmağa vadar edir, çünki bizi görə bilmədiyimiz şeylər əhatə edir. İnsanları zamanın və məkanın qapıları arasından səyahət etdirmək, görünməyəni göstərmək üçün filmdən istifadə etməyi xoşlayıram; çünki bu, bizim görüş dairəmizi genişləndirir, dərketmə qabiliyyətimizi artırır, zehnimizi açır və qəlbimizə işləyir. Beləliklə, bunlar mənim 3D İMAX filmim "Görünməz Dünyanın sirləri"-dən bəzi epizodlardır. (Musiqi) Burada gözlərimizin aşkar edə bilməyi üçün çox yavaş olan hərəkət vardır, və sürətli çəkiliş bizi kəşf etməyə, həmçinin həyatdakı perspektivlərimizi inkişaf etdirməyə vadar edir. Biz orqanizmlərin necə peyda olduğunu və böyüdüyünü, tənəyin günəş işığına baxmaq üçün torpaqdan başlayaraq necə sarmaşıb həyatına davam etdiyini görə bilərik. Sürətli çəkiliş bizim böyük şkalada planetimizi hərəkət halında görməyimizə imkan yaradır. Biz təkcə əngin təbiət görüntüsünə deyil, həm də bəşəriyyətin aramsız hərəkətinə də baxa bilərik. Hər sayrışan nöqtə bir sərnişin təyyarəsidir və hava nəqliyyatı verilənlərini sürətli çəkiliş görüntüsünə çevirsək, biz daim üzərimizdə olan lakin görünməyən bir şeyin: Birləşmiş Ştatların üzərindəki geniş hava səyahəti şəbəkəsinin şahidi ola bilərik. Bunu dənizdəki gəmilərə də tətbiq edə bilərik. Məlumatı fəaliyyətdə olan qlobal iqtisadiyyatın sürətli çəkiliş görüntüsünə çevirə bilərik. Onilliklərin məlumatı bizə vahid planetimizin okean boyunca cərəyan edən axınlarla və atmosfer boyu uzanan buludlarla möhkəmlənmiş, ildırımla titrəyən, şimal qütb parıltısı ilə taclanan tək bir orqanizm kimi görüntüsünü verir. Bu, sürətli çəkilişin son həddinin nümunəsi ola bilər: canlandırılmış Yer Kürəsinin anatomiyası. Digər tərəfdən, gözlərimiz üçün çox cəld hərəkət edən şeylər də mövcuddur, ancaq bizim həmin aləmi də təhlil edən texnologiyamız var. Sürətli kameralarla biz zaman fasiləsinin əksini edə bilərik. Təsəvvürümüzdən min dəfələrlə daha sürətli olan şəkillər çəkə bilərik. Təbiətin bacarıqlı alətlərinin necə çalışdığını görə bilər və hətta bəlkə də onları yamsılaya bilərik. Yanınızda qanad çaldığı zaman siz aydınlaşdıra bilməsəniz də, iynəcə ən yaxşı uçan canlıdır. O pərvaz edə bilər, geriyə doğru, hətta tərsinə uça bilər. Həşəratın qanadlarındakı işarələri izləməklə əmələ gələn hava axınını görə bilərik. Heç kimin bilməməyinə baxmayaraq, yüksək sürət, iynəcənin eyni anda hər dörd qanadını fərqli istiqamətdə hərəkət etdirir. Öyrəndiklərimiz, mühüm və uzaq yerlər haqda təsəvvürümüzü genişləndirən yeni növdə uçucu aparatlara gətirib çıxara bilər. Bizlər nəhəngik və görə bilmədiyimiz kiçik şeylərdən bixəbərik. Elektron mikroskop, əşyaları milyon dəfə böyüdə bilən təsvirləri əmələ gətirən elektronları alovlandırır. Bu kəpənək yumurtasıdır. Bədəninizdə bütün ömrünü kirpiklərdə məskunlaşaraq keçirən, gecə isə dərinizdə sürünən mayt kimi görünməz canlılar yaşayır. Tapa bilərsiniz bu nədir? Akula dərisi. Tırtıl ağzı. Meyvə milçəyinin gözü. Yumurta qabığı. Birə. İlbizin dili. Heyvan krallığını tanıdığımızı zənn etməyimizə baxmayaraq, kəşf olunmağı gözləyən milyonlarla kiçik növ ola bilər. Hörümçəyin də mükəmməl sirləri var: belə ki, onun ipək ipliyi poladdan möhkəm olsa da, tamamilə elastikdir. Bu səyahət bizi bütün mərhələlər boyunca nano aləminə aparacaq. Bu ipək insan saçından 100 dəfə daha nazikdir. Orada bakteriya, yanında isə ondan 10 dəfə kiçik olan virus var. Və bunun içində 10 dəfə kiçik olan üç DNT teli, həmçinin ən güclü mikroskoplarımızın limitinə yaxınlaşdıqca vahid karbon atomları. Əslində biz ən güclü mikroskopun uc nöqtəsiylə atomları hərəkət etdirə və möhtəşəm nano alətlər yarada bilərik. Bəziləri nə vaxtsa bədənimizi hər növ xəstəlikdən qoruya bilər və yol boyunca tıxalı arteriyaları təmizləyə bilər. Gələcəyin kiçik kimyəvi aparatları yəqin ki bir gün DNT hazırlaya bilər. Biz həyat sirlərini açmaq istəyimizdən meydana gələn müstəsna tərəqqinin astanasındayıq. Beləliklə, sonsuz kosmik toz yağışının altında hava digər planetlərdən gələn tozcuq, mikro-almaz, cəvahirat və supernova püskürmələri ilə doludur. İnsanlar görünməzlə əhatə olunmuş şəkildə həyatlarına davam edirlər. Ətrafımızda görə bildiklərimizdən daha çox şeyin olduğunu bilmək, dünyanı dərketmə səviyyəmizi həmişəlik dəyişir; gizli dünyaya nəzər salmaqla əslində canlı bir kainatda mövcud olduğumuzu görürük və bu yeni perspektiv təəccüb yaratmaqla bizi öz həyətimizin tədqiqatçılarına çevrilməyə sövq edir. Kim bilir hələ nələri görə biləcəyik və hələ hansı təəccüblər həyatımızı dəyişəcək. Bizə isə sadəcə gözləmək qalır. (Alqış) Təşəkkürlər. (Alqış)