Texnologiya, incəsənət və
elm arasındakı kəsişmə nədən ibarətdir?
Maraq və təəccüb,
çünki o bizi araşdırmağa vadar edir,
çünki bizi görə bilmədiyimiz şeylər əhatə edir.
İnsanları zamanın və
məkanın qapıları arasından
səyahət etdirmək, görünməyəni göstərmək
üçün filmdən istifadə etməyi xoşlayıram;
çünki bu, bizim
görüş dairəmizi genişləndirir,
dərketmə qabiliyyətimizi artırır,
zehnimizi açır
və qəlbimizə işləyir.
Beləliklə, bunlar mənim 3D İMAX
filmim "Görünməz Dünyanın sirləri"-dən
bəzi epizodlardır.
(Musiqi)
Burada gözlərimizin aşkar edə bilməyi üçün
çox yavaş olan hərəkət vardır,
və sürətli çəkiliş bizi kəşf etməyə, həmçinin
həyatdakı perspektivlərimizi inkişaf etdirməyə vadar edir.
Biz orqanizmlərin necə peyda olduğunu və böyüdüyünü,
tənəyin günəş işığına baxmaq üçün torpaqdan başlayaraq
necə sarmaşıb həyatına davam etdiyini görə bilərik.
Sürətli çəkiliş bizim böyük şkalada
planetimizi hərəkət halında görməyimizə imkan yaradır.
Biz təkcə əngin təbiət görüntüsünə deyil,
həm də bəşəriyyətin aramsız hərəkətinə də baxa bilərik.
Hər sayrışan nöqtə bir sərnişin təyyarəsidir
və hava nəqliyyatı verilənlərini
sürətli çəkiliş görüntüsünə çevirsək,
biz daim üzərimizdə olan lakin görünməyən bir şeyin:
Birləşmiş Ştatların üzərindəki geniş
hava səyahəti şəbəkəsinin şahidi ola bilərik.
Bunu dənizdəki gəmilərə də tətbiq edə bilərik.
Məlumatı fəaliyyətdə olan
qlobal iqtisadiyyatın sürətli çəkiliş görüntüsünə çevirə bilərik.
Onilliklərin məlumatı
bizə vahid planetimizin
okean boyunca cərəyan edən axınlarla
və atmosfer boyu uzanan buludlarla möhkəmlənmiş,
ildırımla titrəyən,
şimal qütb parıltısı ilə taclanan
tək bir orqanizm kimi görüntüsünü verir.
Bu, sürətli çəkilişin son həddinin nümunəsi ola bilər:
canlandırılmış Yer Kürəsinin anatomiyası.
Digər tərəfdən,
gözlərimiz üçün çox cəld hərəkət edən şeylər də mövcuddur,
ancaq bizim həmin aləmi də təhlil edən
texnologiyamız var.
Sürətli kameralarla
biz zaman fasiləsinin əksini edə bilərik.
Təsəvvürümüzdən min dəfələrlə
daha sürətli olan şəkillər çəkə bilərik.
Təbiətin bacarıqlı alətlərinin necə çalışdığını görə bilər və
hətta bəlkə də onları yamsılaya bilərik.
Yanınızda qanad çaldığı zaman
siz aydınlaşdıra bilməsəniz də,
iynəcə ən yaxşı uçan canlıdır.
O pərvaz edə bilər, geriyə doğru,
hətta tərsinə uça bilər.
Həşəratın qanadlarındakı işarələri izləməklə
əmələ gələn hava axınını görə bilərik.
Heç kimin bilməməyinə baxmayaraq,
yüksək sürət, iynəcənin eyni anda
hər dörd qanadını fərqli istiqamətdə
hərəkət etdirir.
Öyrəndiklərimiz, mühüm və uzaq
yerlər haqda təsəvvürümüzü
genişləndirən yeni növdə uçucu
aparatlara gətirib çıxara bilər.
Bizlər nəhəngik və görə
bilmədiyimiz kiçik şeylərdən bixəbərik.
Elektron mikroskop, əşyaları
milyon dəfə böyüdə bilən
təsvirləri əmələ gətirən
elektronları alovlandırır.
Bu kəpənək yumurtasıdır.
Bədəninizdə bütün ömrünü kirpiklərdə
məskunlaşaraq keçirən, gecə isə
dərinizdə sürünən mayt kimi
görünməz canlılar yaşayır.
Tapa bilərsiniz bu nədir?
Akula dərisi.
Tırtıl ağzı.
Meyvə milçəyinin gözü.
Yumurta qabığı.
Birə.
İlbizin dili.
Heyvan krallığını tanıdığımızı zənn etməyimizə
baxmayaraq, kəşf olunmağı gözləyən
milyonlarla kiçik növ ola bilər.
Hörümçəyin də mükəmməl sirləri var:
belə ki, onun ipək ipliyi poladdan
möhkəm olsa da,
tamamilə elastikdir.
Bu səyahət bizi bütün mərhələlər
boyunca nano aləminə aparacaq.
Bu ipək insan saçından
100 dəfə daha nazikdir.
Orada bakteriya,
yanında isə ondan 10 dəfə kiçik
olan virus var.
Və bunun içində 10 dəfə kiçik olan
üç DNT teli, həmçinin ən güclü
mikroskoplarımızın limitinə
yaxınlaşdıqca vahid karbon atomları.
Əslində biz ən güclü mikroskopun
uc nöqtəsiylə atomları hərəkət etdirə
və möhtəşəm nano alətlər yarada bilərik.
Bəziləri nə vaxtsa bədənimizi
hər növ xəstəlikdən qoruya bilər və
yol boyunca tıxalı arteriyaları təmizləyə bilər.
Gələcəyin kiçik kimyəvi
aparatları yəqin ki bir gün DNT hazırlaya bilər.
Biz həyat sirlərini açmaq istəyimizdən
meydana gələn
müstəsna tərəqqinin astanasındayıq.
Beləliklə, sonsuz kosmik toz yağışının
altında hava digər planetlərdən
gələn tozcuq, mikro-almaz, cəvahirat və
supernova püskürmələri ilə doludur.
İnsanlar görünməzlə əhatə
olunmuş şəkildə həyatlarına davam edirlər.
Ətrafımızda görə bildiklərimizdən daha
çox şeyin olduğunu bilmək,
dünyanı dərketmə səviyyəmizi həmişəlik dəyişir;
gizli dünyaya nəzər salmaqla əslində canlı bir
kainatda mövcud olduğumuzu görürük
və bu yeni perspektiv təəccüb
yaratmaqla bizi öz həyətimizin
tədqiqatçılarına çevrilməyə sövq edir.
Kim bilir hələ nələri görə biləcəyik
və hələ hansı təəccüblər həyatımızı dəyişəcək.
Bizə isə sadəcə gözləmək qalır.
(Alqış)
Təşəkkürlər. (Alqış)