Aşağıdakı ifadələrdən hansı
x üstəgəl 2y üstəgəl x üstəgəl 2-yə
bərabərdir?
Düzgün cavabları seçin.
Bunu bir qədər sadələşdirməyə çalışaq.
Bu ifadəni yenidən yazaq.
x üstəgəl 2y üstəgəl x üstəgəl 2.
Variantlara baxmadan diqqətimi
çəkən bir məqam var.
Burada və burada x həddi var.
1 x-in üzərinə başqa bir x əlavə etsək,
cavabda 2x alınar.
Fərqli bir rəngdən istifadə edək.
Bu x və bu x-i
toplasaq, cavabda 2x alınar.
Bütün mərhələləri ətraflı yazaq.
x üstəgəl x üstəgəl 2y
üstəgəl 2.
Buradakı 2 ədəd x-i
2x kimi yaza bilərik.
2x üstəgəl 2y
üstəgəl 2.
Variantlara nəzər salaq.
Bu variantda
2x üstəgəl 4y üstəgəl 4 yazılıb.
Bu doğru deyil.
İfadə 2x üstəgəl 2y üstəgəl 2-yə bərabər olmalıdır.
Bu variant doğru deyil.
Bu çox maraqlıdır.
2 mötərizə xaricinə çıxarılıb.
Burada 2-ni mötərizə xaricinə çıxarsaq,
nə alınar?
Gördüyünüz kimi 2 buradakı bütün
hədlərin ortaq vuruğudur.
Onu mötərizə xaricinə çıxaraq.
2 vur.
x-ləri eyni rənglə yazacam.
2 vur x üstəgəl,
burada sadəcə y qalır.
Burada isə 2-ni mötərizə xaricinə
çıxardıqda
cavabda 1 qalır.
2 vur (x üstəgəl y üstəgəl 1).
Cavab eynidir.
Bir cavab tapdığmızdan
"yuxarıdakılarda heç biri" cavabını seçmirik.