1 00:00:08,380 --> 00:00:09,511 Təşəkkürlər! 2 00:00:15,490 --> 00:00:21,145 Bir gün Hindistanın Maharaca adlı kralı ad günündə yeni qanun qəbul edir. 3 00:00:21,200 --> 00:00:24,370 Qanuna görə bütün rütbəli şəxslər ona hədiyyə gətirməli idi. 4 00:00:24,370 --> 00:00:28,330 Bəziləri yaxşı ipək, bəziləri qeyri-adi qılınc 5 00:00:28,330 --> 00:00:29,980 bəziləri isə qızıl hədiyyə etdi. 6 00:00:29,980 --> 00:00:32,549 Ən sonda isə üzü-gözü qırışmış yaşlı bir kişi gəldi. 7 00:00:32,549 --> 00:00:36,660 O, yaşadığı kənddən buraya günlərdir dəniz sahili boyunca piyada yol qət etmişdi. 8 00:00:36,660 --> 00:00:41,710 İçəri girən kimi kralın oğlu ondan atası üçün nə hədiyyə gətirdiyini soruşdu. 9 00:00:41,710 --> 00:00:44,750 Qoca göstərmək üçün yavaş-yavaş əlini açdı. 10 00:00:44,750 --> 00:00:49,600 Əlində al qırmızı, sarı, qırmızı və mavi çalarlı çox gözəl bir balıqqulağı var idi. 11 00:00:50,160 --> 00:00:51,380 Kralın oğlu həmin an dedi: 12 00:00:51,460 --> 00:00:54,400 "Bu krala layiq hədiyyə deyil. Belə də hədiyyə olar?" 13 00:00:54,600 --> 00:00:57,400 Qoca başını yavaş yavaş qaldırıb oğlana baxdı və 14 00:00:57,410 --> 00:01:00,750 "Uzun yol qət etməyim də hədiyyənin digər qismidir" cavabını verdi. 15 00:01:01,060 --> 00:01:02,560 (Gülüş) 16 00:01:02,620 --> 00:01:05,660 Bir neçə dəqiqədən sonra da mən sizə bir hədiyyə verəcəm. 17 00:01:05,660 --> 00:01:08,410 Zənnimcə, bu hədiyyə paylaşılmağa dəyər bir hədiyyədir. 18 00:01:08,410 --> 00:01:10,290 Ancaq ondan öncə izin verin, qət etdiyim 19 00:01:10,290 --> 00:01:11,980 uzun yola sizi də aparım. 20 00:01:11,980 --> 00:01:13,620 Çoxlarınız kimi mən də 21 00:01:13,620 --> 00:01:15,320 həyata balaca uşaq olaraq başladım. 22 00:01:15,320 --> 00:01:17,630 İçinizdə neçə nəfər həyata uşaq olaraq başlayıb? 23 00:01:17,630 --> 00:01:19,060 Bəlkə, gənc olaraq doğulmusuz? 24 00:01:19,060 --> 00:01:20,500 Təxminən yarınız.. 25 00:01:20,570 --> 00:01:21,570 (Gülüş) 26 00:01:21,570 --> 00:01:24,910 Bəs geridə qalanlarınız necə? Tam yetkin olaraqmı dünyaya gəlmisiz? 27 00:01:25,060 --> 00:01:27,640 Ananı tanımağı çox istərdim, qardaşım! 28 00:01:27,820 --> 00:01:29,980 Gəlin indi də imkansızlar haqqında danışaq. 29 00:01:30,560 --> 00:01:34,740 Uşaqlıqdan bəri hər zaman imkansızı etməyi arzulamışam. 30 00:01:35,620 --> 00:01:38,880 İllərdir etmək istədiyimi də elə bu gün həyata keçirəcəm. 31 00:01:38,880 --> 00:01:41,000 Çünki bu gün sizlərin gözü önündə 32 00:01:41,020 --> 00:01:43,620 imkansızı etməyə cəhd edəcəm. 33 00:01:43,620 --> 00:01:45,460 Elə burda, TEDxMaastricht səhnəsində. 34 00:01:45,800 --> 00:01:48,160 Ancaq başlamamışdan qabaq 35 00:01:48,530 --> 00:01:50,880 sonda nə olacağı haqda bir az açıqlama verəcəm. 36 00:01:51,220 --> 00:01:52,640 İndi isə sizə 37 00:01:52,640 --> 00:01:55,100 imkansızın əslində imkansız olmadığını göstərəcəm. 38 00:01:55,150 --> 00:01:58,210 Sonda isə sizə paylaşılmağa dəyər bir hədiyyə verəcəyəm. 39 00:01:58,210 --> 00:02:01,350 Həyatda bütün imkansızları bacara biləcəyinizi göstərəcəm. 40 00:02:02,660 --> 00:02:04,950 İmkansızları etməklə bağlı araşdırmamda 41 00:02:04,950 --> 00:02:08,229 iki şeyin dünyadakı insanlar arasında bəşəri dəyəri olduğunu gördüm. 42 00:02:08,229 --> 00:02:09,870 Hər kəsin qorxuları da var, 43 00:02:09,870 --> 00:02:11,640 arzuları da. 44 00:02:12,900 --> 00:02:17,560 Eyni zamanda, bu araşdırmamda 45 00:02:17,560 --> 00:02:20,100 illərdir etdiyim üç şeyin 46 00:02:20,110 --> 00:02:23,290 imkansızı etməyə səbəb olduğunu gördüm. 47 00:02:24,040 --> 00:02:27,050 Birincisi "Ortadaqaldı" və ya sizin deyiminizlə "Trefbol" oyunu 48 00:02:27,210 --> 00:02:28,350 İkincisi "Supermen" 49 00:02:28,350 --> 00:02:29,410 Üçüncüsü isə həşərat. 50 00:02:29,410 --> 00:02:30,970 Bu üçü mənə görə açar sözlərdir. 51 00:02:30,970 --> 00:02:33,980 Həyatda hər zaman imkansızları etməyimin səbəbini bilirsinizmi? 52 00:02:33,980 --> 00:02:36,390 Gəlin sizi uzun yol qət etdiyim səyahətimə aparım. 53 00:02:36,390 --> 00:02:38,680 Burda qorxulardan arzulara 54 00:02:38,740 --> 00:02:40,980 Sözlərdən qılınclara 55 00:02:41,160 --> 00:02:42,740 ortadaqaldı oyunundan 56 00:02:42,850 --> 00:02:44,020 Supermenə, 57 00:02:44,020 --> 00:02:45,530 həşərata gedən yol var. 58 00:02:45,800 --> 00:02:47,360 Ümid edirəm, həm də sizə 59 00:02:47,360 --> 00:02:50,120 imkansızları necə bacara biləcəyinizi də göstərə bilərəm. 60 00:02:52,480 --> 00:02:54,934 4 Oktyabr 2007-ci il. 61 00:02:55,070 --> 00:02:58,120 Ürəyim yerindən çıxacaq kimi idi. Ayaqlarım isə tir-tir əsirdi. 62 00:02:58,120 --> 00:02:59,680 Və mən Harvard Universitetindəki 63 00:02:59,680 --> 00:03:01,050 Sanderts Teatrının 64 00:03:01,050 --> 00:03:03,240 səhnəsinə doğru addımlayıram. 65 00:03:03,240 --> 00:03:06,160 Həmin il "Qılınc udma və onun əks təsirləri" adlı 66 00:03:06,160 --> 00:03:08,660 elmi məqaləmə görə 67 00:03:08,660 --> 00:03:10,270 2007-ci ilin Tibb Sahəsi üzrə 68 00:03:10,270 --> 00:03:11,960 Nobel mükafatına layiq görülmüşdüm. 69 00:03:11,960 --> 00:03:13,275 (Gülüş) 70 00:03:13,840 --> 00:03:17,130 Bu məqalə heç vaxt oxumadığım 71 00:03:17,130 --> 00:03:20,419 "The British Medical Journal" adlı kiçik bir jurnalda dərc edilmişdi. 72 00:03:21,360 --> 00:03:24,740 Mənə görə bu həyata keçməsi mümkün olmayan bir arzu idi. 73 00:03:24,900 --> 00:03:28,120 Bu mənim kimi insana gözlənilməz bir sürpriz idi. 74 00:03:28,130 --> 00:03:31,459 Bu unutmadığım bir şərəf idi. 75 00:03:31,459 --> 00:03:34,539 Ancaq, həyatımdakı ən yaddaqalan hadisə də deyildi. 76 00:03:35,540 --> 00:03:37,640 4 Oktyabr 1967-ci il. 77 00:03:38,020 --> 00:03:40,260 Qorxaq, utancaq, cılız və zəif bir uşaq 78 00:03:41,100 --> 00:03:43,120 hədsiz qorxularından əziyyət çəkirdi. 79 00:03:43,460 --> 00:03:45,579 Səhnəyə doğru addımlamağa hazır olduğunda 80 00:03:45,579 --> 00:03:47,454 ürəyi yerindən çıxacaq kimi döyünürdü, 81 00:03:47,500 --> 00:03:49,162 dizləri isə tir-tir əsirdi. 82 00:03:49,780 --> 00:03:52,120 Danışmaq üçün ağzını açır, 83 00:03:55,710 --> 00:03:58,130 ancaq sözlər heç cür dilinə gəlmirdi. 84 00:03:58,130 --> 00:04:00,040 Qorxusundan tir-tir əsirdi. 85 00:04:00,400 --> 00:04:02,330 Həyəcandan, sanki, bir tərəfi işləmirdi. 86 00:04:02,330 --> 00:04:03,950 Qorxudan yerindəcə donub qalmışdı. 87 00:04:03,960 --> 00:04:06,130 Bu qorxaq, utancaq, cılız və arıq uşaq 88 00:04:06,130 --> 00:04:08,142 hədsiz qorxularından əziyyət çəkirdi. 89 00:04:08,559 --> 00:04:10,150 Onun qaranlıq qorxusu var idi. 90 00:04:10,150 --> 00:04:11,630 Onun yüksəklik qorxusu var idi. 91 00:04:11,630 --> 00:04:13,460 İlanlardan və hörümçəklərdən qorxardı. 92 00:04:13,460 --> 00:04:16,020 İçinizdə hansınız ilan və hörümçəklərdən qorxur? 93 00:04:16,020 --> 00:04:16,930 Bəziləriniz, hə? 94 00:04:16,930 --> 00:04:19,079 Sudan və köpək balıqlarından qorxurdu. 95 00:04:19,079 --> 00:04:21,939 Həkimlərdən, tibb bacılarından, diş həkimlərindən qorxurdu. 96 00:04:21,939 --> 00:04:24,820 İynələrdən, drellərdən və iti alətlərdən qorxurdu. 97 00:04:24,820 --> 00:04:27,380 Ən çox da 98 00:04:27,470 --> 00:04:28,470 insanlardan qorxurdu. 99 00:04:29,380 --> 00:04:31,530 Bu qorxaq, utancaq, cılız və arıq uşaq 100 00:04:31,540 --> 00:04:32,570 mən idim. 101 00:04:33,280 --> 00:04:35,590 Uğursuzluqlardan və imtina edilməkdən qorxurdum. 102 00:04:35,930 --> 00:04:39,660 Özünə dəyər hislərindən yoxsun idim və hər zaman özümü aşağılarda görürdüm. 103 00:04:39,660 --> 00:04:42,240 Hətta, həmin vaxtlar adını belə bilmədiyim 104 00:04:42,240 --> 00:04:44,960 sosial narahatlıq pozğunluğuna düçar olmuş bir uşaq idim. 105 00:04:44,960 --> 00:04:48,610 Çünki, məndən güclü olan uşaqların sataşıb məni döyməklərindən qorxurdum. 106 00:04:48,610 --> 00:04:52,240 Onlar hər zaman mənə ləqəb qoyub gülərdilər. 107 00:04:52,300 --> 00:04:54,450 Məni heç vaxt öz oyunlarına qəbul etməzdilər. 108 00:04:55,020 --> 00:04:58,056 Ancaq, onlar bir gün oyunlarına məni də aldılar. 109 00:04:58,100 --> 00:04:59,427 Ortadaqaldı oyununa. 110 00:04:59,500 --> 00:05:01,443 Topu geri qaytara bilmirdim. 111 00:05:01,760 --> 00:05:03,500 Onlar mənim adımı çağıranda 112 00:05:03,500 --> 00:05:06,330 yuxarı baxıb həmin qırmızı topların səs sürətindən də yuxarı 113 00:05:06,330 --> 00:05:08,200 bir sürətlə üstümə gəldiyini gördüm. 114 00:05:08,210 --> 00:05:09,950 bam, bam, bam! 115 00:05:10,580 --> 00:05:13,220 Məktəbdən evə qayıtdığım günləri xatırlayıram. 116 00:05:13,300 --> 00:05:18,180 Üzüm, qulaqlarım, gözlərim qızarar, ağrıdan yanardım. Qulaqlarım uğuldayardı. 117 00:05:18,180 --> 00:05:21,140 Gözlərim yaşla dolu idi. 118 00:05:21,180 --> 00:05:23,515 Onların sözləri qulağımı deşirdi. 119 00:05:23,740 --> 00:05:25,000 Kimsə sizə 120 00:05:25,020 --> 00:05:28,750 "Çubuq və daşla sümüklərimi sındırsalar da deyilən sözlər məni incitməz" desə 121 00:05:28,880 --> 00:05:30,131 İnanmayın. Yalandır. 122 00:05:30,310 --> 00:05:31,980 Söz insanı bıçaq kimi kəsər. 123 00:05:31,980 --> 00:05:34,030 Söz içini qılınc kimi dələr. 124 00:05:34,210 --> 00:05:36,040 Söz yarası dərin olar. 125 00:05:36,040 --> 00:05:37,780 Elə dərin ki, izi belə görünməz! 126 00:05:38,150 --> 00:05:41,070 Bəli, qorxularım var idi. Sözlər ən qatı düşmənlərim idi. 127 00:05:41,260 --> 00:05:42,491 Hələ də elədir. 128 00:05:43,355 --> 00:05:44,860 Ancaq, arzularım da var idi. 129 00:05:44,860 --> 00:05:47,970 Evə gedib Supermen şəkli olan hekayələrinin içinə qərq olacaqdım. 130 00:05:47,970 --> 00:05:50,594 Supermen haqqında olan şəkilli hekayələri oxuyacaqdım. 131 00:05:50,594 --> 00:05:53,590 Hər zaman Supermen kimi bir super qəhrəman olmağı arzulayardım. 132 00:05:53,590 --> 00:05:56,170 Həqiqət və ədalət uğrunda mübarizə aparmaq istəmişəm. 133 00:05:56,170 --> 00:05:58,980 Xainlərə və kriptonitlərə qarşı mübarizə aparmaq istəmişəm. 134 00:05:58,980 --> 00:06:02,925 Superqəhrəman olub dünyanın hər yerinə uçaraq, həyat qurtarmağı arzulamışam. 135 00:06:03,230 --> 00:06:05,650 Real şeylərə qarşı da böyük həvəsim olub. 136 00:06:05,650 --> 00:06:09,660 "Ginesin Rekordlar kitabı" ilə Ripleyin "Ya inan, ya yox" kitablarını oxuyardım. 137 00:06:09,660 --> 00:06:13,030 Heç siz bunları oxumusunuzmu? 138 00:06:13,030 --> 00:06:14,320 Bu kitabları çox sevirəm! 139 00:06:14,320 --> 00:06:16,270 Real qəhrəmanlıqlar edənləri də görüb, 140 00:06:16,270 --> 00:06:17,790 "Mən də bunları edim" demişəm. 141 00:06:17,790 --> 00:06:19,330 O uşaqlar oynadıqları oyuna 142 00:06:19,330 --> 00:06:20,830 məni də qatmadıqda 143 00:06:20,830 --> 00:06:23,365 real sehrlər, real qəhrəmanlıqlar etməyi arzulamışam. 144 00:06:23,375 --> 00:06:26,049 Onların bacarmadığı, qeyri-adi bir şeyi etmək istəmişəm. 145 00:06:26,049 --> 00:06:28,689 Məqsədlərimə çatmaq, axtardıqlarımı tapmağı istəmişəm. 146 00:06:28,689 --> 00:06:30,949 Həyatımın bir mənası olduğunu bilmək istəmişəm. 147 00:06:30,949 --> 00:06:33,680 Dünyanı dəyişmək naminə qeyri-adi şeylər etmək istəmişəm. 148 00:06:33,680 --> 00:06:36,960 İmkansızın mümkün olduğunu sübut etmək istəmişəm. 149 00:06:38,340 --> 00:06:40,240 10 il elə tez gəlib keçdi ki... 150 00:06:40,240 --> 00:06:42,699 21 yaşıma girməyə bir həftə qalmışdı. 151 00:06:42,699 --> 00:06:46,620 Həmin vaxt bir gündə həyatımı kökündən dəyişdirəcək iki hadisə baş verdi. 152 00:06:46,620 --> 00:06:49,811 Hindistanın cənubunda yerləşən Tamil Nadu adlı rayonda yaşayırdım. 153 00:06:49,811 --> 00:06:51,110 Orada missionerlik edirdim. 154 00:06:51,110 --> 00:06:53,800 Buradakı müəllimim həm də dostum idi. O, bir gün məndən: 155 00:06:53,800 --> 00:06:55,660 "Tromların varmı, Daniel?" deyə soruşdu. 156 00:06:55,660 --> 00:06:57,440 Mən Tromun nə olduğunu soruşdum. 157 00:06:57,440 --> 00:07:01,090 O isə cavabında tromların həyatdakı 158 00:07:01,090 --> 00:07:04,520 əsas qayələr olduğunu, yəni, arzu və qayələrin birləşməsi olduğunu dedi. 159 00:07:04,520 --> 00:07:07,420 Yəni, edə bildiyini, etmək istədiyini et. İstədiyin yerə get. 160 00:07:07,420 --> 00:07:08,629 Olmaq istədiyin kimi ol. 161 00:07:08,629 --> 00:07:10,356 Hara getmək və ya nə etmək istərdin? 162 00:07:10,356 --> 00:07:11,270 Kim olmaq istərdin? 163 00:07:11,290 --> 00:07:14,500 Mən isə " Yox, bacarmaram. Qorxuram. Çox qorxuram" dedim. 164 00:07:14,500 --> 00:07:17,670 Elə həmin gecə düyü saplağından hazırlanmış həsirimlə bunqalonun 165 00:07:17,670 --> 00:07:19,629 damına çıxıb ulduzların altında uzandım. 166 00:07:19,629 --> 00:07:22,559 Yarasa və həşəratların bombalamaq üçün şığımalarını izlədim. 167 00:07:22,559 --> 00:07:25,720 Tək düşündüyüm şeylər tromlar, arzular və məqsədlər 168 00:07:25,720 --> 00:07:28,360 və ortadaqaldı oyunundakı uşaqlar idi. 169 00:07:28,760 --> 00:07:30,730 Bir neçə saatdan sonra mən oyandım. 170 00:07:31,220 --> 00:07:33,940 Ürəyim dəhşət döyünürdü. 171 00:07:34,080 --> 00:07:36,020 Bu dəfə qorxudan yox. 172 00:07:36,420 --> 00:07:38,395 Bütün bədənim qıc olmuşdu. 173 00:07:38,500 --> 00:07:40,180 Düz beş gün 174 00:07:40,330 --> 00:07:44,199 huşum itib düzəlir və ölümlə mübarizə apardım. 175 00:07:44,199 --> 00:07:48,239 Beynimin içi 105 dərəcəli malyariya qızdırmasından yanırdı. 176 00:07:48,390 --> 00:07:51,520 Huşum yerinə qayıdanda isə yenə tək düşündüyüm şey tromlar oldu. 177 00:07:51,520 --> 00:07:54,040 Öz-özümə həyatda başqa nə etmək istədiyimi düşündüm. 178 00:07:54,040 --> 00:07:56,380 Və nəhayət, 21 yaşıma bir gecə qalmış 179 00:07:56,380 --> 00:07:58,030 hər şeyin açığa çıxdığı an 180 00:07:58,030 --> 00:07:59,639 Mən bir şeyi dərk etdim. 181 00:07:59,639 --> 00:08:02,100 5 mikroqramdan da az 182 00:08:02,620 --> 00:08:05,020 çəkisi olan və 183 00:08:05,280 --> 00:08:06,610 duz dənəciyindən də 184 00:08:06,610 --> 00:08:08,390 kiçik olan Anofeles Stefensi adlı 185 00:08:08,390 --> 00:08:09,810 bu balaca həşəratın 186 00:08:09,810 --> 00:08:12,600 80 kiloluq bir adamı məhv etdiyinə görə 187 00:08:12,600 --> 00:08:14,850 bunun mənə görə bir kriptonit olduğunu anladım. 188 00:08:14,860 --> 00:08:18,140 Daha sonra isə başqa şeyi anladım. Ancaq, bu həşəratla bağlı deyildi. 189 00:08:18,140 --> 00:08:20,810 Bu həmin həşəratın içindəki balaca parazitlə bağlı idi. 190 00:08:20,810 --> 00:08:24,270 Plazmodium Falsiparium adlı bu parazit ildə bir milyondan çox insanı öldürür. 191 00:08:24,270 --> 00:08:26,689 Sonra başqa bir şeyi... Bu ondan da kiçik olsa da 192 00:08:26,689 --> 00:08:28,550 ancaq, gözümdə ən böyüyü idi. 193 00:08:28,550 --> 00:08:29,510 Mən qorxunun, 194 00:08:29,510 --> 00:08:31,270 kriptonitimin nə olduğunu anladım. 195 00:08:31,270 --> 00:08:32,120 Məni şikəst edən 196 00:08:32,120 --> 00:08:35,230 və bütün həyatımı paralic edənin bir parazit olduğunu anladım. 197 00:08:35,230 --> 00:08:38,150 Bilirsiniz, təhlükə ilə qorxu arasında bir fərq var. 198 00:08:38,150 --> 00:08:39,698 Təhlükə real, 199 00:08:39,990 --> 00:08:42,000 qorxu isə seçimdir. 200 00:08:42,000 --> 00:08:44,669 Mən qarşımda bir seçimimin olduğunu anladım. 201 00:08:44,669 --> 00:08:48,180 Ya qorxu içində yaşamalı, 202 00:08:49,070 --> 00:08:52,080 ya da qorxularımı ölümə tərk edib 203 00:08:52,080 --> 00:08:56,060 arzularıma çataraq bu həyatı yaşamağı seçəcəkdim. 204 00:08:56,680 --> 00:08:59,560 Bunu da bilirsiz ki, ölüm döşəyində olmaq 205 00:08:59,560 --> 00:09:04,070 və ölümlə burun-buruna gəlmək səni sadəcə yaşamağa sövq edir. 206 00:09:04,070 --> 00:09:07,140 Başa düşdüm ki, bir gün hamı öləcək. Çoxları əsl həyatı yaşamır. 207 00:09:08,040 --> 00:09:09,890 Ölümlü dünyada yaşayırıq. 208 00:09:09,890 --> 00:09:11,580 İnsan öləcəyini öyrəndikdə 209 00:09:11,580 --> 00:09:13,070 əslində yaşamağı da öyrənir. 210 00:09:13,070 --> 00:09:15,140 Beləliklə də, mən dəyişmək qərarına gəldim. 211 00:09:15,140 --> 00:09:16,930 Elə hekayəm də həmin gecədən başladı. 212 00:09:16,930 --> 00:09:18,230 Artıq ölmək istəmirdim. 213 00:09:18,230 --> 00:09:19,940 Başladım bu kiçik duamı etməyə: 214 00:09:19,940 --> 00:09:21,810 " Allahım, əgər 21 yaşıma çata bilsəm, 215 00:09:21,810 --> 00:09:23,750 artıq qorxularımdan asılı yaşamayacam. 216 00:09:23,750 --> 00:09:25,060 Onları ölümə tərk edəcəm. 217 00:09:25,060 --> 00:09:29,530 Arzularıma çatmaq üçün əlimdən gələni edəcəm. 218 00:09:29,530 --> 00:09:31,270 Davranışlarımı dəyişdirmək, 219 00:09:31,270 --> 00:09:33,270 həyatımda qeyri-adi bir şey etmək, 220 00:09:33,270 --> 00:09:35,932 axtardıqlarımı tapmaq və məqsədlərimə çatmaq, 221 00:09:35,932 --> 00:09:38,420 imkansızın əslində mümkün olduğunu bilmək istəyirəm. 222 00:09:38,880 --> 00:09:42,258 O gecə sağ qalıb-qalmadığımı demiyəcəm. Bunu da siz bilin! 223 00:09:42,258 --> 00:09:43,978 (Gülüş) 224 00:09:43,978 --> 00:09:47,100 Ancaq, o gecə mən ilk 10 tromumun siyahısını tutdum. 225 00:09:47,100 --> 00:09:50,210 Böyük qitələrə getmək, 226 00:09:50,210 --> 00:09:51,820 dünyanın 7 möcüzəsini görmək, 227 00:09:51,820 --> 00:09:53,410 bir neçə dil öyrənmək, 228 00:09:53,410 --> 00:09:54,940 kimsəsiz adada yaşamaq, 229 00:09:54,940 --> 00:09:56,370 okeanın içində gəmidə yaşamaq, 230 00:09:56,370 --> 00:09:58,340 Amazondakı qızıldərililərlə birgə yaşamaq 231 00:09:58,340 --> 00:10:01,400 İsveçdəki ən yüksək dağın zirvəsinə dırmanmaq qərarına gəldim. 232 00:10:01,400 --> 00:10:03,470 Gün doğarkən Everest dağına baxmaq istədim. 233 00:10:03,470 --> 00:10:05,450 Naşvildə musiqi biznesi ilə məşğul olmaq, 234 00:10:05,450 --> 00:10:07,050 sirkdə işləmək istədim. 235 00:10:07,050 --> 00:10:09,140 Və mən təyyarədən aşağı tullanmaq istədim. 236 00:10:09,140 --> 00:10:11,940 Bu tromların çoxunu növbəti 20 il ərzində həyata keçirdim. 237 00:10:11,940 --> 00:10:14,850 Hər dəfə yerinə yetirdikcə də o tromları siyahıdan çıxardım. 238 00:10:14,850 --> 00:10:18,680 Sonra isə siyahıma 5-10 trom da əlavə etdim. Beləliklə, siyahım daha da böyüdü. 239 00:10:18,800 --> 00:10:23,280 Son 7 ildə Bahamada kiçik bir adada yaşadım, 240 00:10:23,320 --> 00:10:25,360 Bu 7 il ərzində 241 00:10:25,370 --> 00:10:27,944 samandan dam örtüyü olan kiçik bir daxmada yaşadım. 242 00:10:29,480 --> 00:10:33,710 Orada tək yeyiləcək şey oxatan köpəkbalığı və dəniz pişiyi idi. 243 00:10:33,710 --> 00:10:36,249 Əynimdə isə yalnızca qurşaqdan aşağı örtük var idi. 244 00:10:36,550 --> 00:10:39,160 Mən onda köpəkbalıqları ilə bir yerdə üzməyi öyrəndim. 245 00:10:39,160 --> 00:10:40,980 Daha sonra oradan Meksikaya, 246 00:10:40,980 --> 00:10:45,000 Meksikadan Ekvadordakı Amazon çay hövzəsinə gəlib 247 00:10:45,241 --> 00:10:48,100 oradakı Pujo Ponqo adlı qəbilə ilə yaşadım. 248 00:10:48,100 --> 00:10:52,180 Bu tromlarım sayəsində isə məndə özümə inam hissi formalaşmağa başladı. 249 00:10:52,180 --> 00:10:54,780 Əvvəlcə Naşvildə, daha sonra isə İsveçrənin 250 00:10:54,780 --> 00:10:57,870 Stokholm şəhərinə köçüb, orada musiqi biznesi ilə məşğul oldum. 251 00:10:57,870 --> 00:11:01,920 Orada yaşadığım zaman şimal qütbündəki Kebnekeys dağının təpəsinə dırmandım. 252 00:11:03,300 --> 00:11:04,750 Klounluğu, 253 00:11:04,750 --> 00:11:05,860 janqlyorluğu, 254 00:11:05,860 --> 00:11:07,400 sütunlarla yeriməyi 255 00:11:07,400 --> 00:11:10,430 tək təkərli velosiped sürməyi, od udmağı, şüşə yeməyi öyrəndim. 256 00:11:10,430 --> 00:11:13,710 1997-ci ildə 10-dan az qılınc udanın qaldığı məlumatını əldə etdim. 257 00:11:13,710 --> 00:11:15,410 Öz-özümə "bunu da etməliyəm" dedim. 258 00:11:15,410 --> 00:11:18,920 Bir qılınc udanla görüşüb ondan qılınc udmanın bəzi metodlarını öyrəndim. 259 00:11:18,920 --> 00:11:20,500 O mənə 2 metod öyrədəcəyini dedi. 260 00:11:20,500 --> 00:11:21,976 Birincisi, bu çox təhlükəlidir. 261 00:11:21,976 --> 00:11:23,728 Cəhd edənlərin çoxu həyatını itirib. 262 00:11:23,728 --> 00:11:24,493 İkincisi isə 263 00:11:24,493 --> 00:11:26,206 buna girişməməyimi tövsiyə etdi. 264 00:11:26,206 --> 00:11:27,520 (Gülüş) 265 00:11:27,540 --> 00:11:29,990 Ancaq, mən bunu da tromlarımın siyahısına saldım. 266 00:11:30,440 --> 00:11:33,320 Gündə 10-12 dəfə öz üzərimdə işləməyə başladım. 267 00:11:33,660 --> 00:11:35,160 Düz dörd il! 268 00:11:35,209 --> 00:11:36,709 İndi hesablayaq 269 00:11:36,709 --> 00:11:40,020 4 x 365 [x 12] 270 00:11:40,020 --> 00:11:42,660 Deməli 130000 dəfə uğursuz nəticə əldə etmişəm. 271 00:11:42,660 --> 00:11:45,782 və nəhayət, 2001-ci ildə ilk dəfə qılınc boğazımdan aşağı düşdü. 272 00:11:45,782 --> 00:11:48,100 Həmin müddət ərzində yeni bir trom kəşf etdim. 273 00:11:48,100 --> 00:11:51,080 Qılınc udmada dünyanın öndə gələn ekspertlərindən olmalı idim. 274 00:11:51,080 --> 00:11:54,870 Beləliklə, bütün qəzet, jurnal, kitab və məqalələrdə bu haqda məlumat axtardım. 275 00:11:54,870 --> 00:11:57,090 Bunun üçün psixologiya və anatomiyanı oxudum. 276 00:11:57,090 --> 00:11:59,719 Bu haqda həkim və tibb bacıları ilə danışıqlar apardım. 277 00:11:59,719 --> 00:12:01,760 Beynəlxalq Qılınc Udanlar Assossiasiyasının 278 00:12:01,760 --> 00:12:04,250 bütün qılınc udanları ilə əlaqə saxladım. 279 00:12:04,250 --> 00:12:06,730 Düz iki il "Qılınc udma və onun əks təsirləri" adlı 280 00:12:06,730 --> 00:12:07,890 tibbi məqalə yazdım. 281 00:12:07,890 --> 00:12:11,090 Bu məqaləm "The British Medical Journal" adlı jurnalda dərc olundu. 282 00:12:11,090 --> 00:12:11,840 (Gülüş) 283 00:12:11,840 --> 00:12:12,940 Təşəkkürlər. 284 00:12:12,960 --> 00:12:18,020 (Alqış) 285 00:12:18,020 --> 00:12:21,571 Beləliklə də, qılınc udma ilə bağlı bir çox maraqlı məlumatlar əldə etdim. 286 00:12:21,571 --> 00:12:25,351 İçlərində əvvəl ağla belə gəlməyəcək, amma, bundan sonra gələcək kəslər vardı. 287 00:12:25,351 --> 00:12:29,090 Burdan evinizə gedəndə ətinizi ya öz bıçağınızla, ya qılıncla ya da digər 288 00:12:29,090 --> 00:12:32,097 kəsici alətlə kəsəcəksiniz. Və bu haqda da düşünəcəksiniz. 289 00:12:32,097 --> 00:12:36,589 Qılıncudmanın ilk dəfə Hindistanda başladığını öyrəndim. 290 00:12:36,589 --> 00:12:38,949 Və bunu elə ilk dəfə, 20 yaşımda orada gördüm. 291 00:12:38,949 --> 00:12:42,770 Bu ilk dəfə təxminən 4000 il bundan öncə, yəni b.e.ə 2000-ci ildə tətbiq olunub. 292 00:12:42,770 --> 00:12:45,580 Qılıncudma ötən 150 il ərzində elmi və tibbi sahələrdə 293 00:12:45,590 --> 00:12:47,280 geniş şəkildə tətbiq olunub. 294 00:12:47,280 --> 00:12:50,860 Onun müasir formasi isə 1968-ci ildə Almaniyanın Frayburq əyalətindən olan 295 00:12:50,860 --> 00:12:53,910 Dr. Adolf Kussamaul tərəfindən kəşf olunmuş sərt endoskopiyadır. 296 00:12:53,910 --> 00:12:56,639 1906-cı ildə isə Uelsdə udma refleksinin pozulmasını 297 00:12:56,639 --> 00:12:59,960 və həzm sistemini öyrənmək məqsədiylə elektrodiaqram, 298 00:12:59,960 --> 00:13:01,860 və buna bənzər bronxoskop kəşf olundu. 299 00:13:01,860 --> 00:13:03,840 Ancaq, bu 150 ildə 300 00:13:03,840 --> 00:13:07,860 yüzlərlə yaralanma və onlarla ölüm hadisələri baş verdi. 301 00:13:07,880 --> 00:13:14,560 Bu da Dr. Adolf Kassamaulun kəşf etdiyi sərt endoskopiya. 302 00:13:14,740 --> 00:13:18,679 Ancaq, biz bu 150 il ərzində 29 ölüm hadisəsinin olduğunu öyrəndik. 303 00:13:18,679 --> 00:13:22,672 Həmçinin, buna Londonda qılınc udmağa çalışarkən ürəyini deşən şəxs də daxildir. 304 00:13:22,752 --> 00:13:24,840 Hər il 3-dən 8-ə qədər adamın 305 00:13:24,840 --> 00:13:27,110 qılınc udarkən ciddi yaralandığını da öyrəndik. 306 00:13:27,110 --> 00:13:30,580 Bununla bağlı çox telefon zəngləri aldığımdan, geniş məlumata sahibəm. 307 00:13:30,580 --> 00:13:32,060 Ötən bir neçə həftə ərzində 308 00:13:32,060 --> 00:13:35,450 İsveçdən və Orlandodan olan iki nəfərin dünyasını dəyişdiyini bilirəm. 309 00:13:35,460 --> 00:13:37,799 Ağır yaralanıb xəstəxanaya qaldırılanlar da olub. 310 00:13:37,799 --> 00:13:39,239 Bəli, bu olduqca təhlükəlidir. 311 00:13:39,239 --> 00:13:41,629 Digər tərəfdən də, çoxunun qılıncudmanı 2 ildən 312 00:13:41,629 --> 00:13:44,320 10 ilə qədər vaxt 313 00:13:44,320 --> 00:13:45,610 sərf etdiyini öyrəndim. 314 00:13:45,610 --> 00:13:48,020 Ancaq, kəşf etdiklərimin ən inanılmazı 315 00:13:48,020 --> 00:13:51,350 qılıncudanların imkansızı necə bacardığı oldu. 316 00:13:51,350 --> 00:13:53,390 İndi isə sizə kiçik bir sirr verəcəm. 317 00:13:53,390 --> 00:13:57,570 Mümkün olmayan 99,9%-ə yox, 318 00:13:57,570 --> 00:14:02,030 mümkün olacaq o bir faizə fikrinizi yönəldin və bunu həyata keçirməyə çalışın. 319 00:14:02,817 --> 00:14:06,140 İndi də gəlin sizi qılıncudanın düşüncələrinə aparım. 320 00:14:06,140 --> 00:14:08,249 QIlıncudan həmin maddəyə fikrini yönəltməli, 321 00:14:08,249 --> 00:14:11,760 dəqiq və diqqətli olmalı, gücləndirilmiş beyin sinapsisi və bir hərəkəti 322 00:14:11,760 --> 00:14:16,100 təkrarlayan əzələlər vasitəsiylə daxili orqanların yerlərini müəyyənləşdirmək, 323 00:14:16,100 --> 00:14:20,300 avtomatik bədən reflekslərinin qarşısını almaq üçün ən kiçik detalları bilməli, 324 00:14:20,300 --> 00:14:23,720 şüurlu şəkildə bunu bəlkə də 10000 dəfədən çox məşq etməlidir. 325 00:14:24,020 --> 00:14:28,090 İndi isə gəlin sizi qılıncudanın bədəninə kiçik bir səyahətə aparım. 326 00:14:28,310 --> 00:14:30,130 Qılınc udmaq üçün 327 00:14:30,130 --> 00:14:31,970 xəncəri dilimin üzərindən sürüşdrməli, 328 00:14:31,970 --> 00:14:34,890 qida borusunun boyun hissəsindəki qusma refleksini yatırmalı 329 00:14:34,890 --> 00:14:37,520 qırtlaqüstündən 90 dərəcə aşağı cevirərək 330 00:14:37,520 --> 00:14:40,070 üzükvari qığırdağın üst kardial sfinkterinden keçib 331 00:14:40,070 --> 00:14:42,600 peristaltik refleksin baş verməsinin qarşısını alıb, 332 00:14:42,600 --> 00:14:44,210 xəncəri döş boşluğunun içərisinə, 333 00:14:44,210 --> 00:14:46,660 oradan da ağ ciyərlərin arasına doğru sürüşdürürəm. 334 00:14:46,660 --> 00:14:48,139 Bura çatdıqda isə, 335 00:14:48,139 --> 00:14:50,389 ürəyimi yavaşca bir az kənara doğru çəkməliyəm. 336 00:14:50,389 --> 00:14:51,560 Diqqətlə baxsaz 337 00:14:51,560 --> 00:14:53,580 udduğum qılınc ürəyə doğru söykəndiyindən 338 00:14:53,580 --> 00:14:56,339 qida borusu toxumasından təxminən 2,5 sm aralıda yerləşən 339 00:14:56,339 --> 00:14:58,729 ürəyimin qılıncla bir yerdə vuracağını görəcəksiz. 340 00:14:58,729 --> 00:15:00,670 Bunları etməyi sizə məsləhət görmürəm. 341 00:15:00,670 --> 00:15:02,720 Daha sonra bunu döş sümüyündən keçirib, 342 00:15:02,720 --> 00:15:05,480 qida borusunun aşağı sfinkterindən mədəyə doğru endirməli 343 00:15:05,480 --> 00:15:09,170 mədədə ögümə refleksini dayandırıb, onikibarmaq bağırsağa doğru aparmalıyam. 344 00:15:09,170 --> 00:15:09,750 Elə bil bir tikə keksdir. 345 00:15:09,750 --> 00:15:10,930 (Gülüş) 346 00:15:10,930 --> 00:15:12,880 Daha da irəliyə getsəm 347 00:15:12,880 --> 00:15:17,720 Almancada da "Fallopian tubes" adı verilən uşaqlıq borusuna kimi salsam, 348 00:15:17,720 --> 00:15:20,980 daha sonra xanımlarınızdan bu barədə məlumat ala bilərsiz... 349 00:15:21,810 --> 00:15:23,750 İnsanlar mənə 350 00:15:23,750 --> 00:15:26,740 "Həyatını niyə riskə atırsan? Bu iş böyük cəsarət tələb edir. 351 00:15:26,740 --> 00:15:29,130 Düz ürəyinin yanından qılınc keçirirsən" deyirlər. 352 00:15:29,130 --> 00:15:30,500 Xeyr. Elə əsl cəsarət də 353 00:15:30,500 --> 00:15:32,950 bu qorxaq, utancaq, cılız və arıq uşağın 354 00:15:32,950 --> 00:15:36,170 uğursuz nəticə əldə etmə və imtina edlmə kimi təhlükələri gözə alıb 355 00:15:36,170 --> 00:15:37,040 ürəyini açmağıdır. 356 00:15:37,040 --> 00:15:38,680 Bütün qürurunu bir kənara qoyub, 357 00:15:38,680 --> 00:15:41,060 burada tanımadığı insanların qarşısında dayanıb 358 00:15:41,060 --> 00:15:43,670 sizə öz qorxuları və arzularını danışmaq, 359 00:15:43,680 --> 00:15:47,580 bağırsaqlarının istər həqiqi, istərsə də məcazi mənada dağıtmağı gözə almaqdır. 360 00:15:48,280 --> 00:15:49,450 Bəli...Təşəkkürlər. 361 00:15:49,450 --> 00:15:53,430 (Alqış) 362 00:15:53,430 --> 00:15:55,680 Bəli, ən inanılmazı isə 363 00:15:55,680 --> 00:15:58,650 həyatda hər zaman qeyri-adi şeylər etmək arzusumda olmağıdır. 364 00:15:58,650 --> 00:15:59,780 Elə də oldu. 365 00:15:59,780 --> 00:16:02,880 Ancaq, əsl yadda qalan hadisə bir dəfəyə 366 00:16:02,880 --> 00:16:05,170 21 qılınc udmağım, 367 00:16:06,640 --> 00:16:10,500 Ripleyin "İstər inan, istər inanma" adlı kitabında yer almaq üçün 88 köpəkbalığı 368 00:16:10,500 --> 00:16:14,167 və dəniz pişiyinin olduğu anbarın təxminən 6 metr dərinliyində qalmağım, 369 00:16:14,167 --> 00:16:17,660 və ya Sten Linin "Superqəhrəmanlar" adlı çoxseriyalı sənədli filmində yer 370 00:16:17,660 --> 00:16:19,970 almaq üçün "Dəmir adam" adını qazanmış biri kimi 371 00:16:19,970 --> 00:16:22,394 1500 dərəcəyədək istiliyi olan qılıncı udmağım yox, 372 00:16:22,394 --> 00:16:24,790 Ripleyin və Ginesin kitablarına düşmək üçün 373 00:16:24,790 --> 00:16:26,880 qılıncla maşını dartmağım və bunu 374 00:16:26,880 --> 00:16:30,070 "Amerikada istedad yetişir" yarışmasının final mərhələsində təkrarlamağım, 375 00:16:30,070 --> 00:16:32,660 2007-ci ildə tibb üzrə Nobel Mükafatı almağım deyildi. 376 00:16:32,660 --> 00:16:34,670 Bunların heç biri mənə qeyri-adi gəlmirdi. 377 00:16:34,670 --> 00:16:36,350 İnsanlara belə görünə bilər. 378 00:16:36,350 --> 00:16:37,730 Əslində, mənə 379 00:16:37,730 --> 00:16:40,633 qeyri-adi gələnlər Allahın hündürlükdən, 380 00:16:40,633 --> 00:16:42,080 sudan və köpək balıqlarından, 381 00:16:42,080 --> 00:16:44,820 həkimdən, tibb bacısından, iynədən, kəsici alətlərdən, 382 00:16:44,820 --> 00:16:46,320 insanlarla danışmaqdan çəkinən 383 00:16:46,320 --> 00:16:48,130 qorxaq, utancaq, cılız və zəif uşağın 384 00:16:48,130 --> 00:16:49,290 9 km yüksəklikdə uçaraq 385 00:16:49,290 --> 00:16:51,870 dünyanı gəzməyi nəsib etməsi, köpəkbalıqları ilə dolu 386 00:16:51,870 --> 00:16:55,580 su anbarında itiuclu alətləri udmağı nəsib etməsi, həkim və tibb bacılarıyla, 387 00:16:55,580 --> 00:16:58,780 dünya səhnələrində insanlarla danışma cəsarətini nəsib etməsidir. 388 00:16:58,780 --> 00:17:00,770 Bax bunları heç vaxt ağlıma gətirməzdim. 389 00:17:00,770 --> 00:17:03,040 Hər zaman imkansızları etməyi istəmişəm. 390 00:17:03,040 --> 00:17:04,200 Təşəkkürlər! 391 00:17:04,200 --> 00:17:04,990 (Alqış) 392 00:17:04,990 --> 00:17:05,970 Təşəkkürlər! 393 00:17:05,970 --> 00:17:08,889 (Alqış) 394 00:17:08,889 --> 00:17:11,578 Hər zaman arzusunda olduğum şeyi isə baxın indi edirəm. 395 00:17:11,578 --> 00:17:15,476 Hər zaman həyatımı və dünyanı dəyişəcək yadda qalan əməllər etməyi arzulamışam 396 00:17:15,476 --> 00:17:16,889 Və mən öz arzuma çata bildim. 397 00:17:16,889 --> 00:17:19,517 Hər zaman superqəhrəmanlar kimi dünyanı uçaraq gəzmək, 398 00:17:19,517 --> 00:17:22,300 həyat qurtarmaq istəmişəm. Və mən bu arzularıma çatmışam. 399 00:17:22,300 --> 00:17:23,399 Ancaq bir şey də deyim. 400 00:17:23,399 --> 00:17:25,740 Bu balaca uşağın qəlbinin dərinliklərində hələ də 401 00:17:25,740 --> 00:17:30,320 həyata keçməyən kiçik bir arzusu qalıb. 402 00:17:30,320 --> 00:17:37,000 (Gülüş) (Alqış) 403 00:17:37,000 --> 00:17:40,140 Hər zaman istədiyim və axtardığım şeyi tapmaq arzusunda olmuşam. 404 00:17:40,140 --> 00:17:41,570 Buna da nail ola bilmişəm. 405 00:17:41,570 --> 00:17:42,920 Sizcə bu nə ola bilər? 406 00:17:42,920 --> 00:17:46,570 Bu nə qılınc, nə sizin düşündüyünüz, nə də güclərimlə bağlı olan bir şeydir. 407 00:17:46,570 --> 00:17:49,480 Əslində bu zəifliklərim və sözlərimlə bağlı olan bir şeydir. 408 00:17:49,480 --> 00:17:51,000 Mənim tək istəyim, tək amalım 409 00:17:51,000 --> 00:17:52,870 qorxunu yenərək dünyanı dəyişdirməkdir. 410 00:17:52,870 --> 00:17:55,050 Bir dəfəyə bir qılıncla, bir dəfəyə bir sözlə, 411 00:17:55,050 --> 00:17:57,540 bir dəfəyə bir bıçaqla, bir dəfəlik bir ömürlə. 412 00:17:57,540 --> 00:17:59,870 İnsanları superqəhrəman olmağa həvəsləndirmək 413 00:17:59,870 --> 00:18:02,250 və həyatlarında ağıllarına gətirmədiklərini etmək. 414 00:18:02,270 --> 00:18:05,250 Tək amalım insanların özlərini kəşf etməsinə yardım etməkdir. 415 00:18:05,250 --> 00:18:05,980 Bəs sizin necə? 416 00:18:05,980 --> 00:18:06,990 Məqsədiniz nədir? 417 00:18:06,990 --> 00:18:09,200 Burada olmaq səbəbiniz nədir? 418 00:18:09,200 --> 00:18:12,060 Əminəm, hamımızın içində bir superqəhrəman yatır. 419 00:18:12,060 --> 00:18:14,530 Bəs sizin supergücləriniz nədir? 420 00:18:14,530 --> 00:18:17,940 Yeddi milyarddan çox əhalisi olan dünyada 421 00:18:17,940 --> 00:18:20,031 bu gün sadəcə bir neçə, 422 00:18:20,031 --> 00:18:21,840 təxminən 12-yə yaxın qılıncudan qalıb. 423 00:18:21,840 --> 00:18:22,990 Səndən bir dənədir 424 00:18:22,990 --> 00:18:24,140 Tayın-bərabərin yoxdur. 425 00:18:24,140 --> 00:18:25,560 Bəs sənin hekayən nədir? 426 00:18:25,560 --> 00:18:27,840 Səni fərqli edən nədir? 427 00:18:27,840 --> 00:18:29,180 İndi də sən hekayəni danış. 428 00:18:29,180 --> 00:18:31,790 Səsin yüksək çıxmasa da, utansan belə danış! 429 00:18:31,790 --> 00:18:33,130 Sənin tromların nədir? 430 00:18:33,130 --> 00:18:36,180 Edə biləcəyin varsa öncə özünü tanıt, sonra istədiyin yerə get. 431 00:18:36,180 --> 00:18:37,870 Nə edə bilərsən? Hara gedə bilərsən? 432 00:18:37,870 --> 00:18:38,840 Nəyi etmək istərdin? 433 00:18:38,840 --> 00:18:40,510 Həyatında etmək istədiklərin nədir? 434 00:18:40,510 --> 00:18:41,960 Ən böyük arzuların məsələn.... 435 00:18:41,960 --> 00:18:44,583 Uşaqkən nəyi ən çox xəyal edərdin? Bir az keçmişə qayıt. 436 00:18:44,583 --> 00:18:46,630 Ümid edirəm, düşündüyümü siz də düşünmürsüz. 437 00:18:46,630 --> 00:18:48,080 Ən çılğın arzularınız nə olub? 438 00:18:48,080 --> 00:18:50,470 Sizə qəribə gələn, bəlkə də heç kimə demədiyiniz. 439 00:18:50,470 --> 00:18:53,840 Əminəm, bundan sonra xəyallarınız sizə qəribə gəlməyəcək. 440 00:18:55,370 --> 00:18:57,060 Sizin qılıncınız hansıdır? 441 00:18:57,060 --> 00:18:58,520 Hər birinizin qılıncı var. 442 00:18:58,520 --> 00:19:01,430 Bir tərəfində qorxu, digər tərəfində isə arzular olan qılınc. 443 00:19:01,430 --> 00:19:03,860 Siz də öz qılıncınızı heç düşünmədən udun. 444 00:19:03,860 --> 00:19:06,250 Xanımlar və bəylər, arzularınızın arxasınca gedin. 445 00:19:06,250 --> 00:19:08,770 İstəklərinizi həyata keçirmək hələ də gec deyil. 446 00:19:09,720 --> 00:19:12,410 O, ortadaqaldı oyunundakı uşaqlar 447 00:19:12,410 --> 00:19:15,065 heç vaxt imkansızı bacara bilməyəcəyimi düşünürdülər. 448 00:19:15,065 --> 00:19:17,641 Onlara sadəcə bir sözüm var. 449 00:19:17,680 --> 00:19:18,770 Təşəkkürlər. 450 00:19:18,770 --> 00:19:22,697 Bəlkə də, xainlər olmasa idi, biz heç vaxt superqəhrəman olmazdıq. 451 00:19:23,030 --> 00:19:28,300 Məhz buraya da imkansızın mümkün olduğunu sübut etməyə gəlmişəm. 452 00:19:28,300 --> 00:19:32,340 Bu olduqca təhlükəlidir, bəlkə də ölə bilərəm. 453 00:19:32,340 --> 00:19:33,720 Ümid edirəm, xoşunuza gələr. 454 00:19:33,720 --> 00:19:35,670 (Gülüş) 455 00:19:36,341 --> 00:19:46,715 Deyəsən, burada sizin köməyinizə ehtiyacım olacaq. Bir... 456 00:19:46,715 --> 00:19:48,410 Tamaşaçılar: iki, üç. 457 00:19:48,410 --> 00:19:52,100 Dan Meyer: Xeyr, sadəcə saymaqda kömək edin, oldu? 458 00:19:52,100 --> 00:19:53,210 (Gülüş) 459 00:19:53,210 --> 00:19:55,874 Sözləri bilirsinizsə mənimlə birgə sayın. Hazırsınızmi? 460 00:19:55,874 --> 00:19:56,960 Bir,.. 461 00:19:56,960 --> 00:19:58,170 İki,.. 462 00:19:58,170 --> 00:19:58,980 Üç. 463 00:19:58,980 --> 00:20:00,970 Yox iki, ancaq bu da ola bilər. 464 00:20:06,760 --> 00:20:07,830 Tamaşaçılar: Bir 465 00:20:07,830 --> 00:20:08,800 İki 466 00:20:08,800 --> 00:20:10,030 Üç 467 00:20:11,260 --> 00:20:14,361 (Heyrət səsləri) 468 00:20:14,361 --> 00:20:16,250 (Alqışar) 469 00:20:16,250 --> 00:20:17,450 Dan Meyer: Belə! 470 00:20:17,450 --> 00:20:20,000 (Alqışlar) (Təbrik səsləri) 471 00:20:23,100 --> 00:20:24,950 Çox sağ olun. 472 00:20:24,950 --> 00:20:28,540 Təşəkkürlər, çox sağ olun, təşəkkürlər! Bütün qəlbimlə sizə təşəkkür edirəm. 473 00:20:28,800 --> 00:20:31,610 Əslində, bütün mədəmlə təşəkkür edirəm. 474 00:20:31,880 --> 00:20:34,970 Sizə demişdim. Bura imkansızı etməyə gəlmişdim və bunu da etdim. 475 00:20:34,970 --> 00:20:38,060 Ancaq, bu heç də imkansız deyil, çünki bunu mən hər gün edirəm. 476 00:20:38,060 --> 00:20:41,850 İmkansız olan bu qorxaq, çılız və zəif uşağın qorxuları ilə üz-üzə gəlməsi idi. 477 00:20:41,850 --> 00:20:44,380 İmkansız olan onun buraya, [TEDx] səhnəsinə çıxması idi. 478 00:20:44,380 --> 00:20:46,470 Bir dəfəyə bir sözlə, bir qılıncla, 479 00:20:46,470 --> 00:20:48,740 həyatı dəyişdirməklə dünyanı dəyişdirməsi idi. 480 00:20:48,740 --> 00:20:51,330 Həyatınızda yeni cığırlar açmağı, sizi inandırmağı, 481 00:20:51,330 --> 00:20:53,610 imkansızın mümkün olduğuna inandırmağı, 482 00:20:53,610 --> 00:20:56,880 həyatda bütün imkansızları edə biləcəyinizə inandırmağı bacardımsa, 483 00:20:56,880 --> 00:21:00,270 deməli, vəzifəmi yerinə yetirə bilmişəm. Bu sizin üçün bir başlanğıcdır. 484 00:21:00,270 --> 00:21:03,010 Arzulamaqdan əl çəkməyin. İnancınızı heç vaxt itirməyin. 485 00:21:03,010 --> 00:21:05,620 Mənə inandığınız üçün sizə minnətdarlığımı bildirirəm. 486 00:21:05,620 --> 00:21:08,770 Arzularımın bir hissəsi olduğunuz üçün minnətdarlığımı bildirirəm. 487 00:21:08,770 --> 00:21:09,936 Bu da sizə hədiyyəm. 488 00:21:09,936 --> 00:21:11,490 imkanzıslar heç vaxt... 489 00:21:11,490 --> 00:21:12,840 Tamaşaçılar: İmkansız deyil. 490 00:21:12,840 --> 00:21:15,420 Qət etdiyim uzun yol isə hədiyyəmin bir hissəsi olsun. 491 00:21:15,420 --> 00:21:19,560 (Alqışlar) 492 00:21:19,560 --> 00:21:21,060 Çox sağ olun. 493 00:21:21,060 --> 00:21:25,580 (Alqış) 494 00:21:25,580 --> 00:21:27,779 (Təbrik sədaları) 495 00:21:27,779 --> 00:21:31,509 Aparıcı: Çox sağ olun Dan Meyer, əla!