Təşəkkürlər!
Bir gün Hindistanın Maharaca adlı
kralı ad günündə yeni qanun qəbul edir.
Qanuna görə bütün rütbəli
şəxslər ona hədiyyə gətirməli idi.
Bəziləri yaxşı ipək,
bəziləri qeyri-adi qılınc
bəziləri isə qızıl
hədiyyə etdi.
Ən sonda isə üzü-gözü qırışmış
yaşlı bir kişi gəldi.
O, yaşadığı kənddən buraya günlərdir dəniz
sahili boyunca piyada yol qət etmişdi.
İçəri girən kimi kralın oğlu ondan
atası üçün nə hədiyyə gətirdiyini soruşdu.
Qoca göstərmək üçün
yavaş-yavaş əlini açdı.
Əlində al qırmızı, sarı, qırmızı və mavi
çalarlı çox gözəl bir balıqqulağı var idi.
Kralın oğlu həmin an dedi:
"Bu krala layiq hədiyyə deyil.
Belə də hədiyyə olar?"
Qoca başını yavaş yavaş qaldırıb
oğlana baxdı və
"Uzun yol qət etməyim də hədiyyənin
digər qismidir" cavabını verdi.
(Gülüş)
Bir neçə dəqiqədən sonra da mən
sizə bir hədiyyə verəcəm.
Zənnimcə, bu hədiyyə paylaşılmağa
dəyər bir hədiyyədir.
Ancaq ondan öncə izin
verin, qət etdiyim
uzun yola sizi də aparım.
Çoxlarınız kimi mən də
həyata balaca uşaq olaraq başladım.
İçinizdə neçə nəfər həyata
uşaq olaraq başlayıb?
Bəlkə, gənc olaraq doğulmusuz?
Təxminən yarınız..
(Gülüş)
Bəs geridə qalanlarınız necə? Tam
yetkin olaraqmı dünyaya gəlmisiz?
Ananı tanımağı çox istərdim, qardaşım!
Gəlin indi də imkansızlar
haqqında danışaq.
Uşaqlıqdan bəri hər zaman
imkansızı etməyi arzulamışam.
İllərdir etmək istədiyimi də
elə bu gün həyata keçirəcəm.
Çünki bu gün sizlərin gözü önündə
imkansızı etməyə cəhd edəcəm.
Elə burda, TEDxMaastricht səhnəsində.
Ancaq başlamamışdan qabaq
sonda nə olacağı haqda bir az
açıqlama verəcəm.
İndi isə sizə
imkansızın əslində imkansız
olmadığını göstərəcəm.
Sonda isə sizə paylaşılmağa dəyər
bir hədiyyə verəcəyəm.
Həyatda bütün imkansızları
bacara biləcəyinizi göstərəcəm.
İmkansızları etməklə bağlı araşdırmamda
iki şeyin dünyadakı insanlar arasında
bəşəri dəyəri olduğunu gördüm.
Hər kəsin qorxuları da var,
arzuları da.
Eyni zamanda, bu araşdırmamda
illərdir etdiyim üç şeyin
imkansızı etməyə səbəb olduğunu gördüm.
Birincisi "Ortadaqaldı" və ya
sizin deyiminizlə "Trefbol" oyunu
İkincisi "Supermen"
Üçüncüsü isə həşərat.
Bu üçü mənə görə
açar sözlərdir.
Həyatda hər zaman imkansızları
etməyimin səbəbini bilirsinizmi?
Gəlin sizi uzun yol qət etdiyim
səyahətimə aparım.
Burda qorxulardan arzulara
Sözlərdən qılınclara
ortadaqaldı oyunundan
Supermenə,
həşərata gedən yol var.
Ümid edirəm, həm də sizə
imkansızları necə bacara biləcəyinizi
də göstərə bilərəm.
4 Oktyabr 2007-ci il.
Ürəyim yerindən çıxacaq kimi idi.
Ayaqlarım isə tir-tir əsirdi.
Və mən Harvard Universitetindəki
Sanderts Teatrının
səhnəsinə doğru addımlayıram.
Həmin il "Qılınc udma və
onun əks təsirləri" adlı
elmi məqaləmə görə
2007-ci ilin Tibb Sahəsi üzrə
Nobel mükafatına layiq
görülmüşdüm.
(Gülüş)
Bu məqalə heç vaxt oxumadığım
"The British Medical Journal"
adlı kiçik bir jurnalda dərc edilmişdi.
Mənə görə bu həyata keçməsi
mümkün olmayan bir arzu idi.
Bu mənim kimi insana
gözlənilməz bir sürpriz idi.
Bu unutmadığım bir şərəf idi.
Ancaq, həyatımdakı ən
yaddaqalan hadisə də deyildi.
4 Oktyabr 1967-ci il.
Qorxaq, utancaq, cılız və zəif bir uşaq
hədsiz qorxularından əziyyət çəkirdi.
Səhnəyə doğru addımlamağa
hazır olduğunda
ürəyi yerindən çıxacaq
kimi döyünürdü,
dizləri isə tir-tir əsirdi.
Danışmaq üçün ağzını açır,
ancaq sözlər heç cür dilinə gəlmirdi.
Qorxusundan tir-tir əsirdi.
Həyəcandan, sanki, bir tərəfi işləmirdi.
Qorxudan yerindəcə donub qalmışdı.
Bu qorxaq, utancaq, cılız və arıq uşaq
hədsiz qorxularından əziyyət çəkirdi.
Onun qaranlıq qorxusu var idi.
Onun yüksəklik qorxusu var idi.
İlanlardan və hörümçəklərdən
qorxardı.
İçinizdə hansınız ilan və
hörümçəklərdən qorxur?
Bəziləriniz, hə?
Sudan və köpək balıqlarından qorxurdu.
Həkimlərdən, tibb bacılarından,
diş həkimlərindən qorxurdu.
İynələrdən, drellərdən və
iti alətlərdən qorxurdu.
Ən çox da
insanlardan qorxurdu.
Bu qorxaq, utancaq, cılız və arıq uşaq
mən idim.
Uğursuzluqlardan və imtina
edilməkdən qorxurdum.
Özünə dəyər hislərindən yoxsun idim
və hər zaman özümü aşağılarda görürdüm.
Hətta, həmin vaxtlar adını belə bilmədiyim
sosial narahatlıq pozğunluğuna
düçar olmuş bir uşaq idim.
Çünki, məndən güclü olan uşaqların
sataşıb məni döyməklərindən qorxurdum.
Onlar hər zaman mənə
ləqəb qoyub gülərdilər.
Məni heç vaxt öz oyunlarına
qəbul etməzdilər.
Ancaq, onlar bir gün oyunlarına
məni də aldılar.
Ortadaqaldı oyununa.
Topu geri qaytara bilmirdim.
Onlar mənim adımı çağıranda
yuxarı baxıb həmin qırmızı topların
səs sürətindən də yuxarı
bir sürətlə üstümə gəldiyini gördüm.
bam, bam, bam!
Məktəbdən evə qayıtdığım
günləri xatırlayıram.
Üzüm, qulaqlarım, gözlərim qızarar,
ağrıdan yanardım. Qulaqlarım uğuldayardı.
Gözlərim yaşla dolu idi.
Onların sözləri qulağımı deşirdi.
Kimsə sizə
"Çubuq və daşla sümüklərimi sındırsalar
da deyilən sözlər məni incitməz" desə
İnanmayın. Yalandır.
Söz insanı bıçaq kimi kəsər.
Söz içini qılınc kimi dələr.
Söz yarası dərin olar.
Elə dərin ki, izi belə görünməz!
Bəli, qorxularım var idi. Sözlər ən
qatı düşmənlərim idi.
Hələ də elədir.
Ancaq, arzularım da var idi.
Evə gedib Supermen şəkli olan
hekayələrinin içinə qərq olacaqdım.
Supermen haqqında olan
şəkilli hekayələri oxuyacaqdım.
Hər zaman Supermen kimi bir super
qəhrəman olmağı arzulayardım.
Həqiqət və ədalət uğrunda mübarizə
aparmaq istəmişəm.
Xainlərə və kriptonitlərə qarşı
mübarizə aparmaq istəmişəm.
Superqəhrəman olub dünyanın hər yerinə
uçaraq, həyat qurtarmağı arzulamışam.
Real şeylərə qarşı da
böyük həvəsim olub.
"Ginesin Rekordlar kitabı" ilə Ripleyin
"Ya inan, ya yox" kitablarını oxuyardım.
Heç siz bunları oxumusunuzmu?
Bu kitabları çox sevirəm!
Real qəhrəmanlıqlar edənləri
də görüb,
"Mən də bunları edim" demişəm.
O uşaqlar oynadıqları oyuna
məni də qatmadıqda
real sehrlər, real qəhrəmanlıqlar
etməyi arzulamışam.
Onların bacarmadığı, qeyri-adi
bir şeyi etmək istəmişəm.
Məqsədlərimə çatmaq, axtardıqlarımı
tapmağı istəmişəm.
Həyatımın bir mənası
olduğunu bilmək istəmişəm.
Dünyanı dəyişmək naminə
qeyri-adi şeylər etmək istəmişəm.
İmkansızın mümkün olduğunu
sübut etmək istəmişəm.
10 il elə tez gəlib keçdi ki...
21 yaşıma girməyə bir həftə qalmışdı.
Həmin vaxt bir gündə həyatımı kökündən
dəyişdirəcək iki hadisə baş verdi.
Hindistanın cənubunda yerləşən
Tamil Nadu adlı rayonda yaşayırdım.
Orada missionerlik edirdim.
Buradakı müəllimim həm də
dostum idi. O, bir gün məndən:
"Tromların varmı, Daniel?" deyə soruşdu.
Mən Tromun nə olduğunu soruşdum.
O isə cavabında tromların həyatdakı
əsas qayələr olduğunu, yəni, arzu
və qayələrin birləşməsi olduğunu dedi.
Yəni, edə bildiyini, etmək istədiyini
et. İstədiyin yerə get.
Olmaq istədiyin kimi ol.
Hara getmək və ya nə etmək istərdin?
Kim olmaq istərdin?
Mən isə " Yox, bacarmaram. Qorxuram.
Çox qorxuram" dedim.
Elə həmin gecə düyü saplağından
hazırlanmış həsirimlə bunqalonun
damına çıxıb ulduzların altında uzandım.
Yarasa və həşəratların
bombalamaq üçün şığımalarını izlədim.
Tək düşündüyüm şeylər tromlar,
arzular və məqsədlər
və ortadaqaldı oyunundakı uşaqlar idi.
Bir neçə saatdan sonra mən oyandım.
Ürəyim dəhşət döyünürdü.
Bu dəfə qorxudan yox.
Bütün bədənim qıc olmuşdu.
Düz beş gün
huşum itib düzəlir və ölümlə
mübarizə apardım.
Beynimin içi 105 dərəcəli malyariya
qızdırmasından yanırdı.
Huşum yerinə qayıdanda isə
yenə tək düşündüyüm şey tromlar oldu.
Öz-özümə həyatda başqa
nə etmək istədiyimi düşündüm.
Və nəhayət, 21 yaşıma bir gecə qalmış
hər şeyin açığa çıxdığı an
Mən bir şeyi dərk etdim.
5 mikroqramdan da az
çəkisi olan və
duz dənəciyindən də
kiçik olan Anofeles Stefensi adlı
bu balaca həşəratın
80 kiloluq bir adamı məhv etdiyinə görə
bunun mənə görə bir
kriptonit olduğunu anladım.
Daha sonra isə başqa şeyi anladım.
Ancaq, bu həşəratla bağlı deyildi.
Bu həmin həşəratın içindəki balaca
parazitlə bağlı idi.
Plazmodium Falsiparium adlı bu
parazit ildə bir milyondan çox insanı öldürür.
Sonra başqa bir şeyi... Bu
ondan da kiçik olsa da
ancaq, gözümdə ən böyüyü idi.
Mən qorxunun,
kriptonitimin nə olduğunu anladım.
Məni şikəst edən
və bütün həyatımı paralic edənin
bir parazit olduğunu anladım.
Bilirsiniz, təhlükə ilə
qorxu arasında bir fərq var.
Təhlükə real,
qorxu isə seçimdir.
Mən qarşımda bir seçimimin
olduğunu anladım.
Ya qorxu içində yaşamalı,
ya da qorxularımı ölümə tərk edib
arzularıma çataraq bu
həyatı yaşamağı seçəcəkdim.
Bunu da bilirsiz ki, ölüm döşəyində olmaq
və ölümlə burun-buruna gəlmək
səni sadəcə yaşamağa sövq edir.
Başa düşdüm ki, bir gün hamı öləcək.
Çoxları əsl həyatı yaşamır.
Ölümlü dünyada yaşayırıq.
İnsan öləcəyini öyrəndikdə
əslində yaşamağı da öyrənir.
Beləliklə də, mən dəyişmək
qərarına gəldim.
Elə hekayəm də həmin gecədən başladı.
Artıq ölmək istəmirdim.
Başladım bu kiçik duamı etməyə:
" Allahım, əgər 21 yaşıma çata bilsəm,
artıq qorxularımdan asılı
yaşamayacam.
Onları ölümə tərk edəcəm.
Arzularıma çatmaq üçün
əlimdən gələni edəcəm.
Davranışlarımı dəyişdirmək,
həyatımda qeyri-adi bir
şey etmək,
axtardıqlarımı tapmaq və
məqsədlərimə çatmaq,
imkansızın əslində mümkün
olduğunu bilmək istəyirəm.
O gecə sağ qalıb-qalmadığımı demiyəcəm.
Bunu da siz bilin!
(Gülüş)
Ancaq, o gecə mən ilk 10 tromumun
siyahısını tutdum.
Böyük qitələrə getmək,
dünyanın 7 möcüzəsini görmək,
bir neçə dil öyrənmək,
kimsəsiz adada yaşamaq,
okeanın içində gəmidə yaşamaq,
Amazondakı qızıldərililərlə birgə yaşamaq
İsveçdəki ən yüksək dağın
zirvəsinə dırmanmaq qərarına gəldim.
Gün doğarkən Everest
dağına baxmaq istədim.
Naşvildə musiqi biznesi ilə
məşğul olmaq,
sirkdə işləmək istədim.
Və mən təyyarədən aşağı tullanmaq istədim.
Bu tromların çoxunu növbəti
20 il ərzində həyata keçirdim.
Hər dəfə yerinə yetirdikcə də o
tromları siyahıdan çıxardım.
Sonra isə siyahıma 5-10 trom da əlavə
etdim. Beləliklə, siyahım daha da böyüdü.
Son 7 ildə Bahamada
kiçik bir adada yaşadım,
Bu 7 il ərzində
samandan dam örtüyü olan
kiçik bir daxmada yaşadım.
Orada tək yeyiləcək şey oxatan
köpəkbalığı və dəniz pişiyi idi.
Əynimdə isə yalnızca qurşaqdan
aşağı örtük var idi.
Mən onda köpəkbalıqları
ilə bir yerdə üzməyi öyrəndim.
Daha sonra oradan Meksikaya,
Meksikadan Ekvadordakı
Amazon çay hövzəsinə gəlib
oradakı Pujo Ponqo adlı qəbilə
ilə yaşadım.
Bu tromlarım sayəsində isə məndə
özümə inam hissi formalaşmağa başladı.
Əvvəlcə Naşvildə, daha sonra
isə İsveçrənin
Stokholm şəhərinə köçüb, orada
musiqi biznesi ilə məşğul oldum.
Orada yaşadığım zaman şimal qütbündəki
Kebnekeys dağının təpəsinə dırmandım.
Klounluğu,
janqlyorluğu,
sütunlarla yeriməyi
tək təkərli velosiped sürməyi, od udmağı,
şüşə yeməyi öyrəndim.
1997-ci ildə 10-dan az qılınc udanın
qaldığı məlumatını əldə etdim.
Öz-özümə "bunu da etməliyəm" dedim.
Bir qılınc udanla görüşüb ondan qılınc
udmanın bəzi metodlarını öyrəndim.
O mənə 2 metod öyrədəcəyini dedi.
Birincisi, bu çox təhlükəlidir.
Cəhd edənlərin çoxu həyatını itirib.
İkincisi isə
buna girişməməyimi tövsiyə etdi.
(Gülüş)
Ancaq, mən bunu da tromlarımın
siyahısına saldım.
Gündə 10-12 dəfə öz üzərimdə işləməyə
başladım.
Düz dörd il!
İndi hesablayaq
4 x 365 [x 12]
Deməli 130000 dəfə uğursuz
nəticə əldə etmişəm.
və nəhayət, 2001-ci ildə ilk dəfə qılınc
boğazımdan aşağı düşdü.
Həmin müddət ərzində yeni bir
trom kəşf etdim.
Qılınc udmada dünyanın öndə gələn
ekspertlərindən olmalı idim.
Beləliklə, bütün qəzet, jurnal, kitab və
məqalələrdə bu haqda məlumat axtardım.
Bunun üçün psixologiya və
anatomiyanı oxudum.
Bu haqda həkim və tibb bacıları ilə
danışıqlar apardım.
Beynəlxalq Qılınc Udanlar Assossiasiyasının
bütün qılınc udanları ilə əlaqə saxladım.
Düz iki il "Qılınc udma və onun
əks təsirləri" adlı
tibbi məqalə yazdım.
Bu məqaləm "The British Medical
Journal" adlı jurnalda dərc olundu.
(Gülüş)
Təşəkkürlər.
(Alqış)
Beləliklə də, qılınc udma ilə bağlı
bir çox maraqlı məlumatlar əldə etdim.
İçlərində əvvəl ağla belə gəlməyəcək,
amma, bundan sonra gələcək kəslər vardı.
Burdan evinizə gedəndə ətinizi ya öz
bıçağınızla, ya qılıncla ya da digər
kəsici alətlə kəsəcəksiniz.
Və bu haqda da düşünəcəksiniz.
Qılıncudmanın ilk dəfə Hindistanda
başladığını öyrəndim.
Və bunu elə ilk dəfə, 20
yaşımda orada gördüm.
Bu ilk dəfə təxminən 4000 il bundan öncə,
yəni b.e.ə 2000-ci ildə tətbiq olunub.
Qılıncudma ötən 150 il ərzində
elmi və tibbi sahələrdə
geniş şəkildə tətbiq olunub.
Onun müasir formasi isə 1968-ci ildə
Almaniyanın Frayburq əyalətindən olan
Dr. Adolf Kussamaul tərəfindən
kəşf olunmuş sərt endoskopiyadır.
1906-cı ildə isə Uelsdə udma
refleksinin pozulmasını
və həzm sistemini öyrənmək
məqsədiylə elektrodiaqram,
və buna bənzər bronxoskop kəşf olundu.
Ancaq, bu 150 ildə
yüzlərlə yaralanma və onlarla
ölüm hadisələri baş verdi.
Bu da Dr. Adolf Kassamaulun kəşf
etdiyi sərt endoskopiya.
Ancaq, biz bu 150 il ərzində 29 ölüm
hadisəsinin olduğunu öyrəndik.
Həmçinin, buna Londonda qılınc udmağa
çalışarkən ürəyini deşən şəxs də daxildir.
Hər il 3-dən 8-ə qədər adamın
qılınc udarkən ciddi
yaralandığını da öyrəndik.
Bununla bağlı çox telefon zəngləri
aldığımdan, geniş məlumata sahibəm.
Ötən bir neçə həftə ərzində
İsveçdən və Orlandodan olan iki
nəfərin dünyasını dəyişdiyini bilirəm.
Ağır yaralanıb xəstəxanaya
qaldırılanlar da olub.
Bəli, bu
olduqca təhlükəlidir.
Digər tərəfdən də, çoxunun qılıncudmanı
2 ildən
10 ilə qədər vaxt
sərf etdiyini öyrəndim.
Ancaq, kəşf etdiklərimin ən inanılmazı
qılıncudanların imkansızı necə
bacardığı oldu.
İndi isə sizə kiçik bir sirr verəcəm.
Mümkün olmayan 99,9%-ə yox,
mümkün olacaq o bir faizə fikrinizi
yönəldin və bunu həyata keçirməyə çalışın.
İndi də gəlin sizi qılıncudanın
düşüncələrinə aparım.
QIlıncudan həmin maddəyə
fikrini yönəltməli,
dəqiq və diqqətli olmalı, gücləndirilmiş
beyin sinapsisi və bir hərəkəti
təkrarlayan əzələlər vasitəsiylə daxili
orqanların yerlərini müəyyənləşdirmək,
avtomatik bədən reflekslərinin qarşısını
almaq üçün ən kiçik detalları bilməli,
şüurlu şəkildə bunu bəlkə də
10000 dəfədən çox məşq etməlidir.
İndi isə gəlin sizi qılıncudanın bədəninə
kiçik bir səyahətə aparım.
Qılınc udmaq üçün
xəncəri dilimin üzərindən sürüşdrməli,
qida borusunun boyun hissəsindəki
qusma refleksini yatırmalı
qırtlaqüstündən 90 dərəcə aşağı cevirərək
üzükvari qığırdağın üst kardial
sfinkterinden keçib
peristaltik refleksin baş
verməsinin qarşısını alıb,
xəncəri döş boşluğunun içərisinə,
oradan da ağ ciyərlərin
arasına doğru sürüşdürürəm.
Bura çatdıqda isə,
ürəyimi yavaşca bir az
kənara doğru çəkməliyəm.
Diqqətlə baxsaz
udduğum qılınc ürəyə doğru
söykəndiyindən
qida borusu toxumasından təxminən
2,5 sm aralıda yerləşən
ürəyimin qılıncla bir yerdə
vuracağını görəcəksiz.
Bunları etməyi sizə məsləhət görmürəm.
Daha sonra bunu döş sümüyündən keçirib,
qida borusunun aşağı sfinkterindən
mədəyə doğru endirməli
mədədə ögümə refleksini dayandırıb,
onikibarmaq bağırsağa doğru aparmalıyam.
Elə bil bir tikə keksdir.
(Gülüş)
Daha da irəliyə getsəm
Almancada da "Fallopian tubes"
adı verilən uşaqlıq borusuna kimi salsam,
daha sonra xanımlarınızdan bu
barədə məlumat ala bilərsiz...
İnsanlar mənə
"Həyatını niyə riskə atırsan? Bu iş
böyük cəsarət tələb edir.
Düz ürəyinin yanından qılınc
keçirirsən" deyirlər.
Xeyr. Elə əsl cəsarət də
bu qorxaq, utancaq, cılız və arıq uşağın
uğursuz nəticə əldə etmə və
imtina edlmə kimi təhlükələri gözə alıb
ürəyini açmağıdır.
Bütün qürurunu bir kənara qoyub,
burada tanımadığı insanların
qarşısında dayanıb
sizə öz qorxuları və arzularını danışmaq,
bağırsaqlarının istər həqiqi, istərsə
də məcazi mənada dağıtmağı gözə almaqdır.
Bəli...Təşəkkürlər.
(Alqış)
Bəli, ən inanılmazı isə
həyatda hər zaman qeyri-adi
şeylər etmək arzusumda olmağıdır.
Elə də oldu.
Ancaq, əsl yadda qalan hadisə bir dəfəyə
21 qılınc udmağım,
Ripleyin "İstər inan, istər inanma" adlı
kitabında yer almaq üçün 88 köpəkbalığı
və dəniz pişiyinin olduğu anbarın
təxminən 6 metr dərinliyində qalmağım,
və ya Sten Linin "Superqəhrəmanlar" adlı
çoxseriyalı sənədli filmində yer
almaq üçün "Dəmir adam"
adını qazanmış biri kimi
1500 dərəcəyədək istiliyi olan
qılıncı udmağım yox,
Ripleyin və Ginesin
kitablarına düşmək üçün
qılıncla maşını dartmağım və bunu
"Amerikada istedad yetişir" yarışmasının
final mərhələsində təkrarlamağım,
2007-ci ildə tibb üzrə
Nobel Mükafatı almağım deyildi.
Bunların heç biri mənə
qeyri-adi gəlmirdi.
İnsanlara belə görünə bilər.
Əslində, mənə
qeyri-adi gələnlər Allahın hündürlükdən,
sudan və köpək balıqlarından,
həkimdən, tibb bacısından,
iynədən, kəsici alətlərdən,
insanlarla danışmaqdan çəkinən
qorxaq, utancaq, cılız və zəif uşağın
9 km yüksəklikdə uçaraq
dünyanı gəzməyi nəsib etməsi,
köpəkbalıqları ilə dolu
su anbarında itiuclu alətləri udmağı
nəsib etməsi, həkim və tibb bacılarıyla,
dünya səhnələrində insanlarla
danışma cəsarətini nəsib etməsidir.
Bax bunları heç vaxt ağlıma gətirməzdim.
Hər zaman imkansızları etməyi istəmişəm.
Təşəkkürlər!
(Alqış)
Təşəkkürlər!
(Alqış)
Hər zaman arzusunda olduğum şeyi
isə baxın indi edirəm.
Hər zaman həyatımı və dünyanı dəyişəcək
yadda qalan əməllər etməyi arzulamışam
Və mən öz arzuma çata bildim.
Hər zaman superqəhrəmanlar kimi
dünyanı uçaraq gəzmək,
həyat qurtarmaq istəmişəm.
Və mən bu arzularıma çatmışam.
Ancaq bir şey də deyim.
Bu balaca uşağın qəlbinin
dərinliklərində hələ də
həyata keçməyən kiçik bir arzusu qalıb.
(Gülüş) (Alqış)
Hər zaman istədiyim və axtardığım
şeyi tapmaq arzusunda olmuşam.
Buna da nail ola bilmişəm.
Sizcə bu nə ola bilər?
Bu nə qılınc, nə sizin düşündüyünüz,
nə də güclərimlə bağlı olan bir şeydir.
Əslində bu zəifliklərim və
sözlərimlə bağlı olan bir şeydir.
Mənim tək istəyim, tək amalım
qorxunu yenərək dünyanı dəyişdirməkdir.
Bir dəfəyə bir qılıncla,
bir dəfəyə bir sözlə,
bir dəfəyə bir bıçaqla,
bir dəfəlik bir ömürlə.
İnsanları superqəhrəman olmağa
həvəsləndirmək
və həyatlarında ağıllarına
gətirmədiklərini etmək.
Tək amalım insanların
özlərini kəşf etməsinə yardım etməkdir.
Bəs sizin necə?
Məqsədiniz nədir?
Burada olmaq səbəbiniz nədir?
Əminəm, hamımızın içində
bir superqəhrəman yatır.
Bəs sizin supergücləriniz nədir?
Yeddi milyarddan çox əhalisi olan dünyada
bu gün sadəcə bir neçə,
təxminən 12-yə yaxın qılıncudan qalıb.
Səndən bir dənədir
Tayın-bərabərin yoxdur.
Bəs sənin hekayən nədir?
Səni fərqli edən nədir?
İndi də sən hekayəni danış.
Səsin yüksək çıxmasa da,
utansan belə danış!
Sənin tromların nədir?
Edə biləcəyin varsa öncə özünü tanıt,
sonra istədiyin yerə get.
Nə edə bilərsən?
Hara gedə bilərsən?
Nəyi etmək istərdin?
Həyatında etmək istədiklərin nədir?
Ən böyük arzuların məsələn....
Uşaqkən nəyi ən çox xəyal edərdin?
Bir az keçmişə qayıt.
Ümid edirəm, düşündüyümü
siz də düşünmürsüz.
Ən çılğın arzularınız nə olub?
Sizə qəribə gələn, bəlkə də heç
kimə demədiyiniz.
Əminəm, bundan sonra
xəyallarınız sizə qəribə gəlməyəcək.
Sizin qılıncınız hansıdır?
Hər birinizin qılıncı var.
Bir tərəfində qorxu, digər tərəfində
isə arzular olan qılınc.
Siz də öz qılıncınızı heç
düşünmədən udun.
Xanımlar və bəylər, arzularınızın
arxasınca gedin.
İstəklərinizi həyata keçirmək
hələ də gec deyil.
O, ortadaqaldı oyunundakı uşaqlar
heç vaxt imkansızı bacara
bilməyəcəyimi düşünürdülər.
Onlara sadəcə bir sözüm var.
Təşəkkürlər.
Bəlkə də, xainlər olmasa idi,
biz heç vaxt superqəhrəman olmazdıq.
Məhz buraya da imkansızın
mümkün olduğunu sübut etməyə gəlmişəm.
Bu olduqca təhlükəlidir,
bəlkə də ölə bilərəm.
Ümid edirəm, xoşunuza gələr.
(Gülüş)
Deyəsən, burada sizin köməyinizə
ehtiyacım olacaq. Bir...
Tamaşaçılar: iki, üç.
Dan Meyer: Xeyr, sadəcə saymaqda
kömək edin, oldu?
(Gülüş)
Sözləri bilirsinizsə mənimlə
birgə sayın. Hazırsınızmi?
Bir,..
İki,..
Üç.
Yox iki, ancaq bu da ola bilər.
Tamaşaçılar: Bir
İki
Üç
(Heyrət səsləri)
(Alqışar)
Dan Meyer: Belə!
(Alqışlar) (Təbrik səsləri)
Çox sağ olun.
Təşəkkürlər, çox sağ olun, təşəkkürlər!
Bütün qəlbimlə sizə təşəkkür edirəm.
Əslində, bütün mədəmlə təşəkkür edirəm.
Sizə demişdim. Bura imkansızı
etməyə gəlmişdim və bunu da etdim.
Ancaq, bu heç də imkansız deyil,
çünki bunu mən hər gün edirəm.
İmkansız olan bu qorxaq, çılız və zəif
uşağın qorxuları ilə üz-üzə gəlməsi idi.
İmkansız olan onun buraya,
[TEDx] səhnəsinə çıxması idi.
Bir dəfəyə bir sözlə, bir qılıncla,
həyatı dəyişdirməklə
dünyanı dəyişdirməsi idi.
Həyatınızda yeni cığırlar açmağı,
sizi inandırmağı,
imkansızın mümkün olduğuna inandırmağı,
həyatda bütün imkansızları edə
biləcəyinizə inandırmağı bacardımsa,
deməli, vəzifəmi yerinə yetirə bilmişəm.
Bu sizin üçün bir başlanğıcdır.
Arzulamaqdan əl çəkməyin.
İnancınızı heç vaxt itirməyin.
Mənə inandığınız üçün sizə
minnətdarlığımı bildirirəm.
Arzularımın bir hissəsi olduğunuz
üçün minnətdarlığımı bildirirəm.
Bu da sizə hədiyyəm.
imkanzıslar heç vaxt...
Tamaşaçılar: İmkansız deyil.
Qət etdiyim uzun yol isə
hədiyyəmin bir hissəsi olsun.
(Alqışlar)
Çox sağ olun.
(Alqış)
(Təbrik sədaları)
Aparıcı: Çox sağ olun Dan Meyer, əla!