1 00:00:01,560 --> 00:00:04,135 Hərəkətə keçmək vaxtıdır. 2 00:00:04,375 --> 00:00:06,651 Mənim adım Qreta Tunberqdir. 3 00:00:06,852 --> 00:00:10,212 Kütləvi yox olunuşun astanasındayıq. 4 00:00:11,171 --> 00:00:13,612 İqlimimiz getdikcə korlanır. 5 00:00:14,022 --> 00:00:18,217 Mənim kimi uşaqlar məktəbə getmək əvəzinə etirazlara qoşulurlar. 6 00:00:18,561 --> 00:00:20,897 Amma hələ də bunu həll edə bilərik. 7 00:00:20,897 --> 00:00:22,963 SİZ bunu həll edə bilərsiniz. 8 00:00:23,372 --> 00:00:26,577 Sağ qalmaq üçün, qalıq yanacaqdan istifadə etməyi dayandırmalıyıq. 9 00:00:27,217 --> 00:00:29,822 Amma tək bununla problem həll olunmayacaq. 10 00:00:30,112 --> 00:00:32,692 İndiyə kimi bir çox həll yolları təklif olunub, 11 00:00:32,692 --> 00:00:35,412 bəs gözümüzün önündə olan həll yolu necə? 12 00:00:35,682 --> 00:00:38,112 Dostum Corc bunu izah edəcək. 13 00:00:38,211 --> 00:00:42,721 Havadakı karbon qazını udan, çox ucuz 14 00:00:42,721 --> 00:00:44,418 və öz-özünə formalaşan bir sehirli maşın var. 15 00:00:44,418 --> 00:00:46,466 Onun adı...ağacdır. 16 00:00:46,576 --> 00:00:47,929 Ağac təbii iqlim həlli üçün bir nümunədir. 17 00:00:47,929 --> 00:00:48,872 Manqrovlar (həmişəyaşıl meşələr), torf bataqlıqlar, cəngəlliklər, 18 00:00:48,952 --> 00:00:53,692 dayaz bataqlıqlar, okean yataqları, yosun meşələri, dərin bataqlıqlar, mərcan rifləri... 19 00:00:53,692 --> 00:00:56,502 Onlar havadakı karbonu udaraq özündə saxlaya bilir. 20 00:00:56,502 --> 00:00:58,772 Korlanmış iqlimi elə təbiətin öz köməyi ilə bərpa edə bilərik. 21 00:00:58,772 --> 00:01:02,692 Bu kimi təbii iqlim həlləri böyük miqyasda müsbət nəticələr verə bilər. 22 00:01:03,212 --> 00:01:07,883 Əladır, elə deyil? 23 00:01:08,502 --> 00:01:12,325 Ancaq bunun üçün qalıq yanacaqları torpağın altında saxlamalıyıq. 24 00:01:12,325 --> 00:01:14,012 Ən dəhşətlisi isə budur ki, indi onlara əhəmiyyət vermirik. 25 00:01:14,222 --> 00:01:17,622 Biz qalıq yanacaq subsidiyalarına təbii həllərdən min dəfə çox vəsait ayırırıq. 26 00:01:19,702 --> 00:01:21,892 İqlim böhranı üçün istifadə edilən məbləğin 27 00:01:21,892 --> 00:01:24,402 yalnız 2%-i təbii iqlim həllərinə ayrılır. 28 00:01:25,744 --> 00:01:30,548 Bu sənin pulundur. Sənin vergilərin və fondda yığılan pullarındır. 29 00:01:30,548 --> 00:01:32,842 Daha da dəhşətlisi isə budur ki, təbiətə ən çox ehtiyacımız olan zamanda 30 00:01:32,842 --> 00:01:35,377 ona daha çox ziyan vururuq. 31 00:01:35,377 --> 00:01:39,053 Hər gün 200-ə qədər növün nəsli kəsilir. 32 00:01:39,394 --> 00:01:41,021 Arktika buzlaqlarının çoxu əriyib. 33 00:01:41,021 --> 00:01:43,468 Vəhşi heyvanların çoxunun nəsli kəsilib. 34 00:01:43,773 --> 00:01:44,958 Torpağın çox hissəsi məhv olub. 35 00:01:44,958 --> 00:01:47,211 Bəs biz nə etməliyik? 36 00:01:47,211 --> 00:01:50,094 Siz nə etməlisiniz? 37 00:01:50,094 --> 00:01:54,228 Çox sadə... Qorumaq. Bərpa etmək. Maliyyələşdirmək. 38 00:01:54,462 --> 00:01:57,050 Qorumaq. 39 00:01:57,050 --> 00:01:59,029 Hər dəqiqə 30 futbol meydançası böyüklüyündə 40 00:01:59,029 --> 00:02:01,012 tropik meşələr kəsilir. 41 00:02:01,012 --> 00:02:02,813 Təbiətin bu qədər önəmli olduğu yerləri qorumalıyıq. 42 00:02:02,813 --> 00:02:04,374 Bərpa etmək. 43 00:02:04,374 --> 00:02:05,458 Planetimizin çox hissəsinə zərər dəyib. 44 00:02:05,458 --> 00:02:06,225 Lakin təbiət özünü bərpa edə bilər, 45 00:02:06,225 --> 00:02:07,429 biz isə bu prosesdə ekosistemlərə kömək edə bilərik. 46 00:02:07,429 --> 00:02:08,501 Maliyyələşdirmək. 47 00:02:08,501 --> 00:02:09,513 Biz təbiətimizi məhv edən şeylərə deyil, 48 00:02:10,084 --> 00:02:11,198 onun yaxşılaşmasına kömək edən şeylərə vəsait ayırmalıyıq. 49 00:02:11,198 --> 00:02:13,325 Hər şey bu qədər sadədir. 50 00:02:13,325 --> 00:02:16,153 Qoru, bərpa et və maliyyələşdir. 51 00:02:16,153 --> 00:02:18,679 Bunu hər yerdə həyata keçirmək mümkündür. 52 00:02:18,679 --> 00:02:20,505 Bir çoxları artıq təbii iqlim həllərindən istifadə etməyə başlayıb. 53 00:02:20,505 --> 00:02:21,878 Amma daha da böyük miqyasda həyata keçirmək lazımdır. 54 00:02:21,878 --> 00:02:24,581 Sən də bu işin bir hissəsi ola bilərsən. 55 00:02:24,581 --> 00:02:26,581 Təbiətin qayğısına qalanlara sən də dəstək ol. 56 00:02:26,581 --> 00:02:30,042 Bu videonu paylaş. 57 00:02:31,051 --> 00:02:31,881 Bu haqda danış. 58 00:02:32,702 --> 00:02:36,172 Dünyanın hər yerində təbiəti qorumaq üçün mübarizə aparan möhtəşəm hərəkatlar var. 59 00:02:36,172 --> 00:02:38,412 Onlara qoşul! 60 00:02:39,112 --> 00:02:40,756 Hər kiçik addım önəmlidir. 61 00:02:40,756 --> 00:02:42,018 Bunun uğrunda atdığın hər addım önəmlidir. 62 00:02:42,018 --> 00:02:43,044