Proqramlaşdırmağı öyrənəndə 8-ci sinifdə idim. İlk öyrəndiyim ekrana yaşıl dairə və qırmızı düzbucaqlı çıxartmaq olub. Sadəcə bu dərsləri öyrənirsiniz, elə çox da deyillər, və nəticədə gəlib elə bir nöqtəyə çata bilərsiniz ki, demək olar istədiyiniz hər şeyi edə bilərsiniz. İnformatika sadəcə kompüterin necə işləməyini və necə düşünməyini öyrənməkdir, belə ki, ona yeni işlər görməyi öyrədə biləsiniz. Bu günlərdə informatika sahəsində edə biləcəkləriniz olduqca heyrətamizdir. Məncə, bu, əlimizdə olanlardan super gücə ən yaxın olanıdır. (Tanya: informatika tələbəsi) Növbəti bir saat ərzində elə bir oyun oynayacağıq ki, sizə proqramlaşdırmanın əsas anlayışlarını öyrədəcək. Adətən proqramlaşdırma mətn şəklində olur, lakin biz "Blockly"dən istifadə edəcəyik. O, proqramları yazmaq üçün sürüklənib buraxılan vizual bloklardan istifadə edir. Səhnə arxasında siz hələ də kod yazırsınız. Başlanğıc üçün elə bir proqram üçün kod yazacağıq ki, bu qəzəbli quşa labirintdən keçərək onun yumurtalarını oğurlamış ziyankar donuza çatmaqda kömək etsin. "Blockly" üç əsas hissəyə bölünüb. Sol tərəfdə proqramınızın icra olunacağı quş labirinti yerləşir. Hər səviyyə üçün təlimatlar labirintin aşağısında yazılıb. Bu orta sahə alətlər qutusudur və bu bloklardan hər biri quşun başa düşə bildiyi bir əmrdir. Sağdakı ağ sahə iş sahəsi adlanır və biz proqramımızı orada quracağıq. Mən "get" blokunu iş sahəmizə sürükləyib "icra et"i basanda nə olur? Quş labirint şəbəkəsində bir xana irəli gedir. Bəs bir xana irəli hərəkət etdikdən sonra quşun nə isə etməyini istəyirəmsə necə? Mən proqramımıza başqa bir blok əlavə edə bilərəm. Mən "sağa dön" blokunu seçəsiyəm və onu "get" blokunun altına sarı ox görünənə qədər sürükləyəcəyəm, sonra isə onu buraxacağam və iki blok bir-birinə yapışacaq. Mən yenə "icra et" düyməsini basanda quş iş sahəmizdə yuxarıdan aşağıya düzülmüş əmrləri yerinə yetirəcək. Nə vaxtsa bir bloku silmək istəsəniz, onu sadəcə siyahıdan çıxardıb zibil yeşiyinə sürükləyin. "İcra et"i kliklədikdək sonra hər zaman quşu başlanğıca qaytarmaq üçün "yenidən başla" düyməsini basa bilərsiniz. İndi isə, haydı, gedək, o donuzların dərsini verək!